12px13px15px17px
Tarix:30/07/20

NRYTN Qurban Bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Qurban Bayramı günlərində əhali dayanıqlı nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

Bayram günlərində Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən "Şəbəkə" xidmət mərkəzləri saat 9:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Paytaxtın Üzeyir Hacıbəyli küçəsi 72 ünvanındakı 1 saylı "Şəbəkə" Xidmət Mərkəzi isə saat 09:00-dan 18:00-dək əhalinin xidmətindədir.

Həmin günlərdə Bakı şəhərində yerləşən 1, 7, 10, 33, 66; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri, eləcə də regionlardakı müştəri xidmətləri şöbələri saat 10:00-dan 17:00-dək işləyəcək.

Vətəndaşlardan qarşılaşdıqları problemlərlə bağlı nazirliyin "1655" nömrəli "Qaynar xətt"i və müvafiq qurumların çağrı mərkəzləri ilə əlaqə saxlamaları, nazirliyin, eləcə də müvafiq qurumların rəsmi "Facebook" səhifələri vasitəsilə müraciət etmələri xahiş olunur.




Baxış sayı: 1371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Avqust 2020

11/08/20
“Apple”ın direktoru milyarder olub

“Apple” şirkətinin direktorunun varidatı eyniadlı şirkətin səhmlərinin dəyərinin 

11/08/20
“Sony” son dörd ildə ilk dəfə “Xperia” smartfonlarından qazanc əldə edəcək

“Sony” şirkəti son dörd ildə “Xperia” smartfonlar bölməsinin ilk dəfə gəlir əldə edəcəyini proqnozlaşdırır

11/08/20
“Qualcomm”un istehsalı olan çiplərdə boşluqlar aşkar edilib

“Check Point” şirkətinin mütəxəssisləri “Qualcomm”un istehsalı olan çiplərdə 400-dən çox boşluq 

11/08/20
“Android” və “iOS” arasında “WhatsApp” yazışmaları sinxronlaşdırılacaq

“Facebook” şirkətinə məxsus “WhatsApp”da messenceri yalnız bir smartfonda istifadə etməyə imkan verən məhdudiyyətlər aradan qa

11/08/20
“TikTok” dünyada ən çox yüklənilən əlavələr siyahısında liderdir

“Sensor Tower” analitik şirkəti 2020-ci ilin iyulu üçün dünyada ən çox yüklənilən mobil əlavələrin reyti

11/08/20
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC 

11/08/20
“Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları bitib

“Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları qurtarıb. Bu barədə “China Info 100” konfransında ş

10 08 2020

10/08/20
Ən sürətli enerjidoldurma texnologiyasına malik smartfonlar bəlli olub

“Android Authority” nəşrinin mütəxəssisləri tərəfindən keçirilmiş araşdırmada ən sürətli enerjidoldurma texnologiyasına m

10/08/20
“Raspberry Pi Zero” əsasında işləyən smartfon ölçüsündə minikompüter təqdim edilib

2017-ci ildə “Zero Terminal Mini” minikompüterini təqdim etmiş “NODE” startapı populyar “Raspberry Pi Zero”&n

10/08/20
“Vivo Y1s” smartfonu “MediaTek Helio P35” çipi ilə təchiz olunub

Çinin “Vivo” şirkəti “Funtouch OS 10.5” (Android 10 əsasında) əməliyyat sistemi və “MediaTek” prosessoru&nb

10/08/20
“Facebook” distant iş rejimini 2021-ci ilin iyuluna kimi uzadıb

“Facebook” şirkəti “COVID-19” pandemiyasına görə öz əməkdaşlarına 2021-ci ilin iyuluna kimi 

10/08/20
Çində “iPhone” smartfonlarının satışı təhlükə altındadır

ABŞ Prezidenti Donald Tramp “TikTok” və “WeChat” servisləri ilə mübarizə üzrə verdiyi fərmanlarla Çində &ldqu

10/08/20
“Toshiba” noutbuklar bazarını tərk edib

Yaponiyanın “Toshiba” korporasiyası “Dynabook” şirkətində malik olduğu payını sataraq noutbuk istehsalı üzrə biznesi tam

10/08/20
“TikTok” və “Twitter” birləşə bilər

ABŞ-ın “Twitter” mikrobloqlar servisi və Çinin “TikTok” sosial şəbəkəsi arasında mümkün birləşmə