12px13px15px17px
Tarix:23/06/11

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ikinci "Qaynar Xətt" istifadəyə verib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da artırılması məqsədilə ikinci «Qaynar xətt»i istifadəyə verib. Bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.
Onun sözlərinə görə, ikinci «Qaynar xətt» mətbuat xidmətində yaradılıb ki, bunun məqsədi vətəndaşların informasiya və telekommunikasiya xidmətlərində, o cümlədən poçt, radio və televiziya xidmətlərindən istifadə zamanı yarana biləcək hər hansı problem və nöqsanların vaxtında aradan qaldırılması, problemlərin həllinə dair operativ tədbirlərin həyata keçirilməsi, vətəndaşlarla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında birbaşa ünsiyyətin yaradılmasıdır: «Sözügedən «Qaynar xətt»ə daxil olan zənglər barədə hər günün sonunda birbaşa olaraq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova məruzə olunacaq».
M.Əmirov qeyd edib ki, vətəndaşlar «Qaynar xətt»ə zəng edib iradlarla yanaşı, həmçinin fikir və təkliflərini də bildirə bilərlər.
Qeyd edək ki, ikinci «Qaynar xətt»ə müraciət və təkliflər hər həftənin I günündən V gününədək saat 09:00-dan 18:00-dək 598-08-69 telefon nömrəsi ilə qəbul olunur.



Baxış sayı: 20479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 İyul 2019

22/07/19
Yeni virtual reallıq əlcəyi virtual obyektlərə toxunur

Koreya Elm və Texnologiyalar İnstitutunun mütəxəssisi Yunqsu Çanın rəhbərliyi ilə tədqiqat qrupu yüngül

22/07/19
“Google” aşkar edilmiş boşluqlar üçün məbləği üç dəfə artırıb

“Google” korporasiyası “Chrome” və onun komponentlərində aşkar edilmiş boşluqlar üçün mükafatlandı

22/07/19
Alimlər yeriş zamanı smartfonları enerji ilə doldurmağı öyrəniblər

Alternativ enerji axtarışında olan alimlər bəzən maraqlı texnologiyalar düşünürlər. Çinli alimlər tərəfin

22/07/19
“Huawei” şirkəti “Android” sisteminin əvəzlənməsi ilə bağlı məsələyə aydınlıq gətirib

“Huawei” şirkəti gələcəkdə də “Google” mobil əməliyyat sistemindən istifadəni planlaşdırır, “Hongmeng”

21 07 2019