12px13px15px17px
Tarix:28/10/20

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Facebook” şirkətinə müraciət ünvanladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Facebook" şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub ünvanlayıb.

 

Müraciətdə son zamanlar "Facebook" və "Instagram" sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılıb.

 

Məktubda 27 sentyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın təcavüzünü dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirlərinə başladığı vurğulanıb. "Biz beynəlxalq səviyyədə tanınmış, Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində işğal edilmiş və əhalisi etnik cəhətdən təmizlənməyə məruz qalmış ərazilərimizi işğaldan azad edirik. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıtmaq üçün təxminən 30 ildir gözləyir", – deyə qeyd olunub.

 

Həmçinin, hadisələrin fonunda sosial media platformalarının dünyaya həqiqətləri çatdıran və erməni tərəfinin yaydığı saxta xəbərləri ifşa edən informasiya müharibəsi üçün döyüş meydanlarına çevrildiyi bildirilib.

 

Müraciətdə azərbaycanlı istifadəçiləri susdurmaq üçün onların profillərinin kütləvi şəkildə bloklandığının müşahidə olunduğu vurğulanıb.

 

Məktubda şirkətdəki bəzi ermənipərəst işçilərin təsiri ilə Azərbaycandan olan istifadəçi profillərinin və səhifələrinin əsassız bloklanmasından xüsusi narahatlıq keçirdiyimiz xüsusi vurğulanıb. "Digər narahatlıq yaradan məqam isə Azərbaycanın işğal olunmuş ərazilərinin etnik baxımdan təmizlənmiş əhalisini təmsil edən seçilmiş şəxslərin profillərinin təsdiqlənməməsidir. Onların yoxlama tələbləri heç bir izahat verilmədən tamamilə rədd edilir".

 

"Bu müşahidələri nəzərə alaraq şirkətin imkanlarından istifadəçi səslərini susdurmaq üçün istifadə olunmaması və hamımıza qarşı tutduğunuz bitərəfliyi qorumağınız üçün bütün lazımi addımlar atacağınıza ümid edirik. Bu, sərbəst ifadə və həqiqət üçün etibarlı bir virtual mühiti təmin edəcək", – deyə müraciətdə bildirilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Facebook" şirkətinə ünvanladığı məktubda qeyd olunan məsələlərin müzakirəsi üçün şirkət tərəfindən müvafiq koordinatorun təyin edilməsini tələb edib.





Baxış sayı: 8582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Aprel 2021

22/04/21
“Samsung” şirkəti köhnə smartfonları “ağıllı” ev qurğularına çevirəcək

“Samsung Electronics” şirkəti tərəfindən elan edilən “Galaxy Upcycling at Home” təşəbbüsü çərçiv

22/04/21
Virtual reallıq bazarında 51 faizlik illik artım gözlənilir

Dünya virtual reallıq bazarının illik həcmi 51,1 faiz (CAGR göstəricisi) artaraq 2026-cı ildə 100 milyard

22/04/21
“Instagram”da yeni funksiya əlçatan olacaq

“Instagram”da istifadəçilərə təhqiramiz ifadələrdən ibarət mesajları gizlətməyə imkan verəcək yeni funksi

22/04/21
Ən populyar smartfon istehsalçısı açıqlanıb

“Samsung” şirkəti 2021-ci ilin birinci rübünün yekunları üzrə ən böyük smartfon

22/04/21
“Apple” şirkətinin “AirTags” “ağıllı” cihazı xəritələrin köməyi ilə əşyaları tapmağa imkan verəcək

“Apple” şirkəti başqa əşyaları tapmağa kömək edəcək “AirTags” adlı ilk “ağıllı” cihazını təqdim

22/04/21
“Siemens” və “Google” süni intellekt sahəsində əməkdaşlıq edəcək

Almaniyanın sənaye nəhəngi “Siemens” və “Google” korporasiyası prosesləri optimallaşdırmağa və zavodların

22/04/21
“Amazon” Londonda yeni texnologiyanın sınaqdan keçiriləcəyi bərbərxana açıb

“Amazon” şirkəti Londonda sənayedə ən yeni texnologiyaların sınağının planlaşdırıldığı “Amazon Salon” adl

21 04 2021

21/04/21
Yeni “iMac” kompüteri “M1” prosessoru ilə təchiz edilib

“Apple” şirkəti tərəfindən təqdim edilmiş yeni nəsil “iMac” kompüterləri indi şirkətin öz “M1” pro

21/04/21
“Apple” şirkəti “iPad Pro” planşetlərinin yeni nəslini təqdim edib

Yeni “iPad Pro” planşetləri “M1” prosessoru ilə təchiz edilib. İstehsalçı yaz təqdimatı çərçivəsind

21/04/21
“Apple” şirkəti “iPhone 12” smartfonunu yeni rəngdə təqdim edib

“Apple” korporasiyası “iPhone 12” smartfonunu yeni rəngdə təqdim edib. Təqdimatın yazısı “YouTube”

21/04/21
Sinqapurda tənəffüs vasitəsilə koronavirus test sistemi tətbiq ediləcək

Sinqapur hakimiyyəti aeroportlarda tənəffüs vasitəsilə koronavirus testlərinin aparılması üçün yeni apara

21/04/21
“Zoom” startaplara kömək üçün 100 milyon dollarlıq fond yaradıb

“Zoom” şirkəti startaplara kömək üçün 100 milyon dollar dəyərində investisiya fondu yaradıb. Vəsaitlər hə

21/04/21
“Samsung Display” Hindistanda smartfon ekranlarının istehsalına başlayıb

“Samsung Display” şirkəti Hindistanda smartfonlar üçün displey istehsalına başlayıb. Bu barədə “Economic

21/04/21
“iPhone” smartfonlarında “5G” standartı sürətləndiriləcək

Avropada satılan “iPhone” smartfonları daha sürətli məlumat ötürmə standartı dəstəyi ilə təchiz ediləcək.