12px13px15px17px
Tarix:23/12/11

Rabitə birlik və müəssisələri üzrə büdcə göstəricilərinin proqnozları müzakirə edilmişdir

Dekabrin 23-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sədrliyi ilə keçirilən iclasda rabitə birlik və müəssisələri üzrə 2012-ci ilin büdcə göstəricilərinin proqnozları, operatorlar, provayderlər arasında arabağlantının tənzimlənməsi, onlara ayrılmış resurslardan istifadə və universal telekommunikasiya və poçt xidmətlərinin təşkilinin vəziyyəti ilə bağlı məsələlər müzakirə edilmişdir.

Bundan əlavə, kollegiya üzvləri telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması işləri ilə bağlı məruzəni dinləmiş və digər məsələləri müzakirə etmişlər.

Qeyd olunmuşdur ki, nazirliyin tabeçiliyindəki təşkilatlarda 2011-ci ilin yanvar-sentyabr aylarında qeydə alınan artımı nəzərə alaraq 2012-ci ildə bu təşkilatlar üzrə artım dinamikasının 4 faiz təşkil edəcəyi gözlənilir.

İclası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yekunlaşdıraraq müzakirələrdən irəli gələn məsələlərə və onların həlli yollarına istiqamətlənən müvafiq tapşırıqlarını vermişdir.




Baxış sayı: 1235

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024