12px13px15px17px
Tarix:01/02/12

Tərtərin kəndlərində müasir rabitə şəbəkəsi yaradılır

Tərtər rayonunun Qaradağlı və Qapanlı kəndlərinin telefonlaşdırılması üçün Qaradağlı kəndində tutumu 128 nömrə olan elektron ATS quraşdırılacaq. Bunun üçün stansiyanın montaj olunması və Qaradağlı kənd EATS-i üzərindən rabitənin təşkili üçün birləşdirici fiber optik kabelin çəkilişi başa çatdırılıb. İlin sonuna qədər tikinti işlərinin başa çatdırılması nəzərdə tutulur.

Rayonun Evoğlu kəndinin telefonlaşdırılması məqsədilə Evoğlu kəndində icra nümayəndəliyi tərəfindən ayrılan otaqda təmir işləri başa çatdırılıb. Tutumu 96 nömrə olan EATS montaj olunaraq istifadəyə verilib. Hazırda 60 abunəçinin mənzili telefonlaşdırılıb.

Bundan əlavə, Dəmirçilər kəndində 256 nömrə tutumlu EATS tikilərək istifadəyə verilib. Səhlabad bələdiyyəsi tərəfindən ayrılan torpaq sahəsində yeni EATS binasının tikilməsi planlaşdırılıb.

Buna qədər isə 160 nömrə tutumlu EATS müvəqqəti tikilən binada yerləşib.Qeyd edək ki, bütün kənd stansiyalarında genişzolaqlı internet xidmətlərinə çıxış təmin olunacaq.
 




Baxış sayı: 1529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024