12px13px15px17px
Tarix:14/02/12

“Aztelekom” rəy sorğusunu davam etdirir

“Aztelekom” İB bir müddət əvvəl rabitə və internet xidmətlərinin keyfiyyətini yüksəltmək məqsədilə rəy sorğusu elan edib. Hazırda sorğu davam etdirilir. Sorğu çərçivəsində əhali rabitə və internet xidmətlərinin keyfiyyəti barədə rəy və təkliflərini, həmçinin xidmətlərdən istifadə zamanı qarşılaşdığı problemlər - internetə qoşulma zamanı çətinliklər, internetin keyfiyyəti, telefon çəkilişi, telefonların işləməməsi və s. haqqında məlumatları 012 122 saylı telefona zəng etməklə bildirə bilərlər.

Bundan əlavə, vətəndaşlar “kmbs@aztelekom.net” elektron poçt ünvanına yazmaqla və ya birliyin rəsmi saytında (www.aztelekom.org) yerləşdirilən “təkliflər və şikayətlər” bölməsi vasitəsilə rəy, təklif və şikayətlərini elektron formada çatdırmaq imkanına malikdirlər.Qeyd edək ki, 012 122 nömrəsinə respublikanın istənilən bölgəsindən edilən zənglər ödənişsizdir.



 
CAHANGİR



Baxış sayı: 1174

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024