12px13px15px17px
Tarix:23/12/16

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Milli Net 2016” qaliblərinin təqdimat mərasimi keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və "Delta Telecom" şirkətinin dəstəyi ilə "Milli İnternet Mükafatı - Milli Net 2016" qaliblərinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində artıq 8-cı il keçirilən "Milli Net 2016" müsabiqəsinin cari il üçün qalibləri elan olunub.
 
"Milli Net" Təşkilat Komitəsi adından çıxış edən Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz "Milli İnternet Mükafatı" və müsabiqə çərçivəsində görülmüş işlər haqda məlumat verib. Qeyd edilib ki, "Milli Net 2016"-da  11 nominasiya üzrə 303 internet resurs təqdim olunub ki, onlardan yalnız 238 sayt yarışmaya buraxılıb. Eyni zamanda, AİF tərəfindən 3 istiqamət üzrə formalaşdırılan Münsiflər Heyətinin və 5 nəfərdən ibarət mobil tətbiqlər üzrə münsiflərin 2-ci səsvermə prosesində 74 nominant arasından ən yaxşıları seçilib.
 
AİF prezidenti müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi, "Delta Telecom", "BestComp" , "Lenovo" və "Aromaniaya" şirkətlərinə minnətdarlığını bildirib.
 
Mərasimdə çıxış edən RYTN rəsmisi Tahir Məmmədov Azərbaycan internetinin inkişafında "Milli Net" yarışının önəmli rol oynadığını, internetin inkişafı ilə bağlı atılan addımların nazirlik tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb. O, yaxın zamanlarda İKT-nin inkişafı istiqamətində RYTN tərəfindən daha ciddi addımların atılacağını da qeyd edib.
 
"Delta Telecom" şirkətinin texniki direktoru Atəş Rzayev çıxışında "Milli Net" müsabiqəsinin ölkədə internetin,  bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.
 
Çıxışlardan sonra 11 nominasiya üzrə qaliblər mükafatlandırılıb. "Korporativ saytlar" nominasiyası üzrə http://coworking.az; "İctimai-sosial saytlar" nominasiyası üzrə http://www.ireli.az; "Media və İnformasiya" nominasiyası üzrə http://www.fins.az; "Mədəniyyət, incəsənət və turizm saytları" nominasiyası üzrə http://www.medeniyyet.info; "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə http://www.asanmektub.az; "Bloqlar" nominasiyası üzrə http://saturdaymenu.com; "Elm və təhsil" nominasiyası üzrə http://asanschool.az; "Elektron hökumət" nominasiyası üzrə http://dxr.az/; "Xidmət (Servis) - eTicarət" nominasiyası üzrə http://maxi.az; "Mobil tətbiqlər" nominasiyası üzrə KVOTTER; "Ən yaxşı sosial şəbəkə səhifəsi" nominasiyası üzrə https://www.facebook.com/avtostop.tv/ qalib olub.
 
Qaliblərə və fərqlənənlərə "Lenovo",  "BestCom" və "Aromaniaya" şirkətlərinin hədiyyələri təqdim olunub. 






Baxış sayı: 1285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2017

25/05/17
Üç yeni “Sony” smartfonu nümayiş olunacaq

Yaponiyanın “Sony” texnoloji şirkəti sentyabrda Berlində keçiriləcək “IFA” konfransında “Xperia XZ1”, 

24 05 2017

24/05/17
“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

Elektron hökumət portalında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim edilən "Diplom 

24/05/17
Proqram təminatında aşkar edilmiş boşluqların sayı 30% yüksəlib

“Risk Based Security” konsaltinq şirkəti proqram təminatında boşluqların sayının təxminən 30% artması haqda 

24/05/17
Analitiklər istehlak robotları bazarının həcminin 5 qat artımını proqnozlaşdırırlar

Tractica tədqiqat şirkəti növbəti 5 ildə istehlak robotlarının qlobal tədarükünün 5 qat artımını proqnozlaşdırır.

24/05/17
Məhdud sayda yeni “Vertu” mobil telefonu buraxılıb

Bahalı qurğular istehsalçısı - “Vertu” şirkəti yeni “Signature Cobra Limited Edition” mobil telefon modelini 

24/05/17
“Microsoft” şirkəti dezoksiribinuklein turşusu əsasında məlumatların saxlanılması üzrə “bulud” sistemi yaradır

İndi əksər nəhəng korporasiyalar yeni məlumat daşıyıcılarının yaradılması sahəsində tədqiqatlar keçirirlər. 

24/05/17
“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qalibləri mükafatlandırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər

24/05/17
“WannaCry” virusunun versiyalarının sayı 400 minə yaxınlaşır

Ötən həftənin sonunda dünya “WannaCry” fırıldaqçı proqram təminatından istifadə edilməklə miqyasına 

24/05/17
“Microsoft” şirkəti yeni “Surface Pro” planşetini təqdim edib

“Microsoft” şirkəti Şanxayda keçirilmiş xüsusi tədbirdə yeni “Surface Pro” planşet kompüterini təqdim edib

24/05/17
Ən sürətli sensorlu qələm istehsal olunub

“Microsoft” korporasiyası “Surface Pro” istehsal xəttindən olan noutbukları yeniləyərək qurğunun beşinci 

24/05/17
Təhlükəsiz “LG X Venture” smartfonu təqdim edilib

Cənubi Koreyanın “LG Electronics” korporasiyası tərəfindən təqdim edilmiş orta səviyyəli yeni smartfon 

24/05/17
“Samsung Galaxy Note 8” smartfonunun ilk fotoşəkilləri təqdim olunub

“Samsung” şirkəti qabaqcıl “Galaxy Note 8” smartfonunun satışa çıxarılması ilə bağlı məlumatı rəsmən