12px13px15px17px
Tarix:03/03/17

“AzInTelecom” “GoldenPay” şirkəti ilə əməkdaşlığa başlayır

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC yerli onlayn ödənişlər bazarında ən böyük şirkət olan “GoldenPay” ASC ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
 
Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “AzInTelecom” istifadəyə verilmiş TIER III və İSO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində “bulud” texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (IaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edir.
 
Artıq bu həllər yerli və xarici şirkətlərin marağını özünə cəlb etməyə başlayıb. Belə ki, Azərbaycanın onlayn ödənişlər şirkəti olan “GoldenPay” özünün “www.hesab.az” ödəniş portalının “AzInTelecom”un Data Mərkəzində yerləşdirilməsi haqqında razılığa gəlib.
 
Müqaviləyə əsasən, kənardan daxil olan kibertəhdidlərin qarşısının alınması, məlumatlar bazasının mühafizəsi, məlumat itkisi ilə bağlı risklərin minimuma endirilməsi və informasiya təhlükəsizliyi təmin ediləcək.
 
Bundan əlavə, hazırkı müqavilə ilə “GoldenPay” texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən etibarlı infrastruktur əldə edəcək. Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaqdır.
 
Hazırda müştərilərinə 100-dən artıq xidmət təklif edən “www.hesab.az” Azərbaycan bazarında onlayn ödənişlər üçün ən etibarlı platforma olaraq tanınır. Yüz minlərlə insan bu xidmətlərdən müntəzəm olaraq istifadə edir və bu rəqəm hər gün artmaqdadır. Əsas hədəfi bütün onlayn ödənişlərin icra edildiyi vahid platformaya çevrilmək olan “GoldenPay” bütün əməliyyatları şifrləmək və məlumatların təhlükəsizliyini təmin etmək üçün onlayn əməliyyatların şifrlənməsi sahəsində dünya lideri olan “GeoTrust”-dan istifadə edir.
 
”Onlayn əməliyyatların sayı bu qədər yüksək olduğu üçün mübadilə olunan məlumatların təhlükəsizliyi və məxfiliyi əsas şərtdir. Həssas məlumatların təhlükəsiz yerdə qorunub-saxlanması şirkətimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, “GoldenPay”ın  “AzInTelecom”  ilə əməkdaşlıq etməsi heç də təsadüfi deyil” - deyə “GoldenPay” şirkətinin nümayəndəsi qeyd edib.




Baxış sayı: 962

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 İyun 2017

24 06 2017

24/06/17
İlk döndərilən yumşaq robot hazırlanıb

Cənubi Koreya alimləri “DeployBot” adlı dünyanın ilk döndərilən yumşaq robotunu yaradıblar.

24/06/17
Klaviatura formasında kompüter hazırlanıb

Adi kompüterlərin hamısı, demək olar, eyni cür görünür: böyük korpus, monitor, klaviatura və “maus”.

24/06/17
“Airbus” şirkətinin robot vertolyotu ilk sərbəst uçuş həyata keçirib

Sürücüsüz avtomobillər artıq yollarda uğurla hərəkət etdikləri halda, 

24/06/17
Yatağı yığışdıran və yuxu zamanı temperaturu tənzimləyən "ağıllı" yorğan təqdim edilib

Kanadanın “Smartduvet” startapı tərəfindən təqdim edilmiş xüsusi astar adi yorğanı 

24/06/17
“WhatsApp”-dan daha bir faydalı yenilik

“WhatsApp” messencerində yeni funksionallıq istifadəyə veriləcək: belə ki, sözügedən messencerin 

24/06/17
Günəş enerjisi suyu duzdan səmərəli təmizləməyə kömək edəcək

Yer səthinin çox hissəsi su ilə örtülüb, ancaq duz bütün suyu içməyə yararsız edir.