12px13px15px17px
Tarix:06/04/17

İKT sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə növbəti qrant müsabiqəsi elan olundu

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə 5 prioritet istiqamətlər üzrə kiçikhəcmli qrant müsabiqəsi elan edir. Müsabiqə aşağdakı istiqamətləri əhatə edir.

1       Mütərəqqi proqram təminatının hazırlanması;
2       İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
3       İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;
4       Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;
5       İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan layihələrə dair tələblər:

1.       Hər bir layihə Fond tərəfindən müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olmalıdır;
2.       Layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları"na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş "Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları"na uyğun tərtib olunmalıdır;
3.       Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır;
4.       Layihə rəhbəri cari müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak edə bilər.

Layihələrin qəbul qaydaları:

Layihələr yalnız Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) e-qrant bölməsi vasitəsilə elektron formada təqdim edilə bilər.

Qiymətləndirmə meyarları:

1.       Layihənin məqsəd və vəzifəsinin aydınlığı;
2.       Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə;
3.       Layihənin kommersiyalaşdırılma potensialı;
4.       Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması;
5.       Layihənin innovasiya yönümlü olması və aktuallığı;
6.       Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı;
7.       Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı;
8.       Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması;
9.       Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi;
10.     Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti;
11.     Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü;
12.     Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.
 
Müsabiqənin müddəti:
Layihələrin qəbulu 10 aprel 2017-ci il tarixdən başlayır və 9 iyun 2017-ci il tarixdə başa çatır.
 
Layihələrin qəbulu üçün son tarix: 9 iyun 2017-ci il, saat 18:00.
 
Əlaqə:
Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 4
Telefon: (+99412) 5383787
Faks: (+99412) 5383789
Elektron poçt: info@ictfund.gov.az




Baxış sayı: 1030

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Dekabr 2017

13 12 2017

13/12/17
Dünya informasiya təhlükəsizliyi bazarının həcmi 9 faiz artıb

“Canalys” analitik şirkəti 2017-ci ilin üçüncü rübündə dünyada kibertəhlükəsizlik üç

13/12/17
Bu şirkətin noutbuklarında klaviatura casusu aşkar edilib

“HP Inc.” şirkətinin kompüterlərində yenidən casus funksionallığı aşkar edilib. Bu barədə informasiya 

13/12/17
Növbəti “Galileo” peyk sistemi buraxılıb

“Ariane-5” raketdaşıyıcısı dekabrın 12-də Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın 

13/12/17
“Microsoft” kvant hesablamaları üçün proqramlaşdırma dili təqdim edib

“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş “Quantum Development Kit” adlı hazırlama vasitələri paketinin 

13/12/17
“Samsung” qurğuların enerji ilə dodurulması üçün “ağıllı” sviteri patentləşdirib

Cənubi Koreyanın “Samsung” şirkəti istifadəçilərə qurğuları enerji ilə doldurmağa imkan verəcək 

13/12/17
“Goldmont Plus” arxitekturalı ilk birkristallı “Gemini Lake” sistemləri təqdim edilib

“Intel” şirkəti “Goldmont Plus” arxitekturası əsasında ilk birkristallı “Gemini Lake” sistemlərini 

13/12/17
Ekranın alt hissəsinə qurulmuş barmaq izi skaneri ilə təchiz edilmiş smartfon təqdim olunacaq

ABŞ-ın kompüter komponentləri istehsalçısı olan “Synaptics” şirkəti ekranın alt hissəsinə qurulmuş “Clear ID