12px13px15px17px
Tarix:26/04/17

Startapların inkişafı məqsədilə “Startap Yarat” təlimi keçiriləcək

Startapçıların maarifləndirilməsi, onların inkişafı və ölkəmizin hər bir regionunda yeni startapların yaranması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startaplar üçün təlimlərə start verilir. Təlimlər 2-3 may tarixlərində Bakı şəhərində Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı,  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçiriləcək.

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin regional mərkəzləri vasitəsilə Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıtda fəaliyyət göstərən startapçılar və bu sahəyə marağı olan şəxslər telekonfrans vasitəsilə təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.

Təlimin əsas məqsədi yeni startapların yaradılmasını təşviq etmək və bu sahədə lazımi biliklərin öyrədilməsidir. Eyni zamanda iştirakçılara startaplar üçün keçirilən müsabiqələrdə iştirak etmək imkanları, müsabiqələrdə layihələrin təqdim edilməsi yolları, "pitching" və layihələrin video təqdimatlarının hazırlanması kimi bacarıqlar təqdim ediləcək.

Təlimlərdə uğurlu sahibkarlar, şirkət rəhbərləri, investorlar və beynəlxalq müsabiqələrdə iştirak təcrübəsi olan startapçılar maraqlı mövzular üzrə təqdimatlarla çıxış edəcəklər. Bütün iştirakçılar və mövzular barədə təlimin proqramından ətraflı məlumatı əldə etmək mümkündür.

Təlim Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Bakı şəhəri Şərifzadə 75 ünvanında yerləşən binasında keçiriləcək. Təlimlərdə iştirak üçün qeydiyyatdan keçmək lazımdır. Bakı şəhəri üzrə iştirakçıların https://goo.gl/EKicOV linki vasitəsilə, digər regionlar üzrə https://goo.gl/s3B2eo linki vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

"Startap Yarat" təlimlərində sizləri gözləyirik.
 




Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2017

17 11 2017

17/11/17
Yenilənmiş “Google Maps”dən istifadə asanlaşacaq

“Google” şirkəti “Google Maps” xəritəsinin dizaynını yeniləyib. Yaxın həftələrdə axtarış sisteminin xəritəsi mobil 

17/11/17
Yol patrul dronu konsepsiyası hazırlanıb

Koreyalı dizayner avtonom köməkçi pilotsuz uçan aparat konsepsiyası hazırlayıb. “Highway patrol drone

17/11/17
“WhatsApp” messencerində yeni səs funksiyası sınaqdan keçirilir

“WhatsApp” messencerinin yaradıcıları "push-to-talk" səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər 

17/11/17
“Fujitsu” biznesi kiberhücumlardan qoruyacaq

Yaponiyanın texnoloji nəhəngi “Fujitsu” “EMEIA” regionu (Avropa, Yaxın Şərq, Hindistan, Afrika) ölkələrində 

17/11/17
“Vivo V7” smartfonu istifadəçini sifətinə görə tanıyacaq

“Vivo” şirkəti Çinin Şençjen şəhərində yeni “V7” smartfonunu təqdim edib. “ICTnews” Elektron Xə

17/11/17
Çərçivəsiz “Oneplus 5T” smartfonu rəsmən təqdim edilib

“Oneplus” şirkəti Bruklində yeni qabaqcıl smartfonunu təqdim edib. “Oneplus 5T” smartfonu çərçivəsiz 

17/11/17
“Nomu T18” smartfonu ratsiya rejimində işləyir

“Nomu” şirkəti zərbəyədavamlı və sukeçirməz korpusla təchiz edilən yeni mühafizəli “T18” smartfonunu