12px13px15px17px
Tarix:11/07/17

Cəlilabad rayonunun telekommunikasiya infrastrukturu yenilənir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cəlilabad rayonu ərazisində bir sıra yenidənqurma və genişləndirmə işlərini həyata keçirir. Rayonun  mərkəzi və kənd elektron ATS-lərinin xətt şəbəkəsinin texniki normaya gətirilməsi, köhnə avadanlıqların istismardan çıxarılması, port tutumunun artırılması, yeni telefon çəkilişinin aparılması ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir.
 
Mərkəzdə yeraltı çəkilmiş 2100 metr zədələnmiş kabellər yeni kabellərlə əvəz olunaraq, abunəçi xətti normaya gətirilib.
 
Paralel olaraq kəndlərdə də işlər davam etdirilir. Günəşli kəndi istiqamətində rabitə xətlərinin texniki normaya gətirilməsi və əlavə 50 telefonun çəkilməsi üçün yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb. Əlavə olaraq mərkəzi küçədə abunəçilərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə  200 yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb, mövcud abunəçilərdən əlavə 100 müştərinin yeni tikilmiş xəttə qoşulması təmin edilib.
 
Hazırda Günəşli kəndində rabitə xətt şəbəkəsində genişləndirmə və təmir işləri davam etdirilir.  
 
Adnalı və Üçtəpə kəndlərində də şəbəkənin genişləndirilməsi və təmir bərpa işləri aparılıb.
 
Bu müddət ərzində Muğan kəndində xətt şəbəkəsi genişləndirilərək 100 nömrə, Alar kəndində isə 50 nömrə artırılıb.
 
Qarazəncir kənd sakinlərinin müraciətləri nəzərə alınaraq, ərazidə 20 yeni telefon çəkilməsi üçün xətt şəbəkəsi çəkilib.
 
Hazırda Cəlilabad Telekommunikasiya Qovşağının xidməti ərazisi üzrə xətt şəbəkəsində nəzərdə tutulmuş təmir-tikinti işləri davam etdirilir.
 
Gələcəkdə “Aztelekom”un digər xidməti ərazilərində də şəbəkənin yenidənqurulması  və genişləndirilməsi işləri aparılacaq.




Baxış sayı: 456

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2017

17 11 2017

17/11/17
Yenilənmiş “Google Maps”dən istifadə asanlaşacaq

“Google” şirkəti “Google Maps” xəritəsinin dizaynını yeniləyib. Yaxın həftələrdə axtarış sisteminin xəritəsi mobil 

17/11/17
Yol patrul dronu konsepsiyası hazırlanıb

Koreyalı dizayner avtonom köməkçi pilotsuz uçan aparat konsepsiyası hazırlayıb. “Highway patrol drone

17/11/17
“WhatsApp” messencerində yeni səs funksiyası sınaqdan keçirilir

“WhatsApp” messencerinin yaradıcıları "push-to-talk" səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər 

17/11/17
“Fujitsu” biznesi kiberhücumlardan qoruyacaq

Yaponiyanın texnoloji nəhəngi “Fujitsu” “EMEIA” regionu (Avropa, Yaxın Şərq, Hindistan, Afrika) ölkələrində 

17/11/17
“Vivo V7” smartfonu istifadəçini sifətinə görə tanıyacaq

“Vivo” şirkəti Çinin Şençjen şəhərində yeni “V7” smartfonunu təqdim edib. “ICTnews” Elektron Xə

17/11/17
Çərçivəsiz “Oneplus 5T” smartfonu rəsmən təqdim edilib

“Oneplus” şirkəti Bruklində yeni qabaqcıl smartfonunu təqdim edib. “Oneplus 5T” smartfonu çərçivəsiz 

17/11/17
“Nomu T18” smartfonu ratsiya rejimində işləyir

“Nomu” şirkəti zərbəyədavamlı və sukeçirməz korpusla təchiz edilən yeni mühafizəli “T18” smartfonunu