12px13px15px17px
Tarix:08/06/11

Genişzolaqlı Rəqəmsal İnkişaf

Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiya hökumətləri genişzolaqlı çıxışın inkişaf strategiyasını hazırlamağa çağırır
Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiya dünyanın bütün ölkələrinin hökumətlərini təcili surətdə internetə genişzolaqlı çıxış üzrə çoxsahəli inkişaf planları hazırlamağa və reallaşdırmağa çağırır. Bu, iyunun 5-6-da komissiyanın Parisdə keçirilmiş üçüncü iclasının yekunlarına dair hesabatda qeyd olunmuşdur.
İclasda Komissiyanın üzvü - Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirak etmişdir.
“Genişzolaqlı rabitə: tərəqqi üçün platforma” adlı hesabatda qeyd olunmuşdur ki, “cəmiyyətə maksimal fayda əldə etmək üçün, genişzolaqlı rabitənin ümumdövlət səviyyəsində inkişafını əlaqələndirərək, texniki vasitələrə əsaslanan rəqabətin inkişafına kömək etmək və xidmət təchizatçılarını öz servislərini ədalətli bazar şəraiti çərçivəsində təqdim etməyə həvəsləndirən siyasət aparmaq lazımdır. Həyata keçirilən təşəbbüslər sahənin bütün sektorları, hökumət və bütün ölkə səviyyəsində əlaqələndirilməlidir. Təcrid edilmiş layihələrin reallaşdırılması, eləcə də pərakəndə və təkrarlanan şəbəkələrin təşkili effektsiz olmaqla yanaşı, həmçinin müasir dünyada yol infrastrukturu və ya elektrik təminat sistemləri kimi getdikcə daha mühüm rol oynayan infrastrukturun yaradılmasına maneələr törədir”.
Hesabatda iqtisadi artımın inkişaf etdirilməsinin və yeni iş yerlərinin yaradılmasının ən mühüm amillərindən biri kimi genişzolaqlı rabitənin xeyrinə əsaslı dəlillər gətirilir. Sənəddə qeyd olunur ki, veb-səhifələrə sürətli çıxış təqdim etməkdən daha geniş imkanlar yaradan genişzolaqlı şəbəkələr, cansız obyektlərin vasitəsilə insanın müdaxiləsi olmadan bir-birləri ilə rabitə yarada bilmələrini nəzərdə tutan “Əşyaların interneti” konsepsiyasının vacib elementinə çevrilir.
Resursların və nəqliyyat daşımalarının idarə olunması sahəsində artıq əsaslı dəyişikliklər edən bu cür şəbəkələr səhiyyə (elektron səhiyyə proqramları vasitəsilə), təhsil (distant təhsil və müəllimlərin ixtisaslarının artırılması yolu ilə), ətraf mühitin mühafizəsi (“ağıllı elektrik şəbəkələr”, sistemlərin monitorinqi, “ağıllı binalar”-ın köməyi ilə) kimi mühüm ictimai sektorlarda getdikcə daha da əhəmiyyətli rol oynayır.
Komissiya üzvləri bir daha genişzolaqlı qoşulmaların dünyanın ən kasıb cəmiyyətlərinə çatdırılmasının vacibliyini vurğulayaraq, xüsusən də genişzolaqlı internetin qiymətlərinin yüksək qaldığı və əhalisinin on nəfərindən cəmi birinin internet istifadəçisi olduğu Afrikadakı vəziyyətdən narahatlıqlarını bildirmişlər.



Baxış sayı: 2447

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Yanvar 2021

26/01/21
Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması

26/01/21
R.N.Nəbiyevin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

26/01/21
“Samsung Galaxy A72” smartfonunun texniki xüsusiyyətləri məlum olub

“Samsung” şirkətinin yeni smartfonu – “A72” haqqında məlumatlar təqdimatdan öncə məlum olub.

26/01/21
“WhatsApp” ilə bağlı problemlər istifadəçiləri “ICQ” messencerini xatırlamağa məcbur edib

“ICQ” protokolu 20 il bundan əvvəl internetdə ünsiyyət üçün ən populyar üsul idi.

26/01/21
“Sony” şirkəti “Xperia Compact” adlı yığcam smartfonlar istehsalını bərpa edəcək

Yaponiyanın “Sony” şirkəti “iPhone 12 mini” cihazına rəqib olacaq yığcam qabaqcıl smartfonunu təqdim etmə

26/01/21
“Huawei” qabaqcıl smartfonlar biznesini satmaq niyyətindədir

Çinin “Huawei” şirkəti qabaqcıl smartfonların istehsalı üzrə biznesi satmağı planlaşdırır. Bu barədə “Reu

26/01/21
“iPhone 12” smartfonunun insan sağlamlığı üçün əsas təhlükəsi məlum olub

“iPhone 12” smartfonu kardiostimulyator və başqa tibbi qurğular üçün elektromaqnit maneələr yarada bilir.

26/01/21
Oyun həvəskarları üçün “Xiaomi” smartfonu buraxılacaq

“Xiaomi Redmi” törəmə şirkəti oyun həvəskarları üçün smartfon buraxmağı planlaşdırır. Bu barədə şirkətin

26/01/21
“SpaceX” şirkəti rekord sayda peyk buraxıb

“SpaceX” şirkəti “Falcon 9” raketdaşıyıcısı vasitəsilə rekord sayda peykin uğurlu buraxılışını həyata

26/01/21
“WhatsApp” 30 milyondan çox istifadəçi itirib

Populyar “WhatsApp” messenceri yanvarın əvvəlindən 30 milyondan çox istifadəçidən məhrum olub. “The Guard

25 01 2021

25/01/21
Kibertəhlükəsizlik sahəsinə investisiyalar nəzərəçarpacaq dərəcədə artmağa davam edəcək

Təhlükələrin artdığını, yeni boşluqların ortaya çıxmasını və hücumların tezliyinin azalma ehtimalının az

25/01/21
Məsafədən işləyən işçilərin emosiyasının qeydə alınması üçün qolbaq hazırlanıb

“Moodbeam” şirkəti tərəfindən təqdim edilmiş unikal elektron qolbaq müasir fitnes-trekerlərə çox oxşar ol

25/01/21
“Apple” şirkəti “iPhone SE” və “iPhone 6s” smartfonlarının dəstəyini dayandırır

Populyar “iPhone SE” modeli “iOS 15” əməliyyat sistemindən məhrum ediləcək. Bu haqda “Apple”

25/01/21
Fransada kvant kompüteri yaradılacaq

Fransa ən yeni kompüter sistemlərinin hazırlanması sahəsində dünya liderləri üçlüyünə daxil olmaq niyyəti

25/01/21
“Huawei Nova 7 SE 5G Lohas Edition” smartfonu təqdim olunub

Çinin “Huawei” şirkəti “Huawei Nova 7 SE 5G Lohas Edition” smartfonunu təqdim edim edib. Smartfonun əsas

25/01/21
Yarımkeçiricilər sahəsində xərclərə görə lider məlum olub

“IC Insights” analitik şirkətinin mütəxəssisləri yarımkeçiricilər sahəsində elmi tədqiqat və təcrübi-kons

25/01/21
“Samsung” ABŞ-da zavodun tikintisinə 10 milyard dollar ayıracaq

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-da məntiqi mikrosxemlərin istehsalı üzrə müasir zavodu