bölmədə 1303 material var

Tarix: 25/04/13 “App Store” mobil tətbiq mağazası rekord qırmağa davam edir

“Apple App Store” mobil tətbiqlər mağazası rekord qırmağa davam edir. Rüb ərzində sözügedən mağazanın yükləmələrinin sayı 5 milyard artaraq 45 milyard olub.

Tarix: 25/04/13 Gənclər lisenziyalı proqram təminatı ilə təmin ediləcək

2013-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən "İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan olunmasını nəzərə alaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) üzvlərini ödənişsiz olaraq, lisenziyalı proqram təminatı ilə təchiz edəcək.

Tarix: 23/04/13 Proqram təminatı bazarında artım sürəti zəifləyib

“International Data Corporation” (IDC) analitiklərinin hesablamasına əsasən, 2012-ci ildə qlobal proqram təminatı bazarının həcmi 342 milyard dollar olub ki, bu da ötən illə müqayisədə 3.6% çoxdur. Artım sürəti 2010 və 2011-ci illərlə müqayisədə təxminən 2 dəfə azdır.

Tarix: 17/04/13 Yerli bank bütünlükdə “Microsoft” platformasına keçdi

Azərbaycan Beynəlxalq Bankı “Microsoft” şirkəti ilə “Microsoft Enterprise Agreement” proqramına qoşulması ilə bağlı saziş imzalayıb.

Tarix: 17/04/13 2013-cü ilin sonunadək “Android” istifadəçilərinin sayı 1 milyardı ötəcək

2013-cü ilin sonunadək “Android” smartfon sahiblərinin sayı 1 milyardı ötəcək. Bu barədə Nyu-Yorkda keçirilmiş konfransda “Google” şirkətinin direktoru Erik Şmidt deyib.

Tarix: 16/04/13 “Oracle” bu gün “Java” üçün yeniləmə paketi çıxaracaq

“Oracle” şirkəti “Java” plaqini üçün yeniləmə paketi çıxarmağı planlaşdırır. “Java Runtime Enviroment”in yenilənmiş versiyasında 39 kritik boşluq aradan qaldırılacaq

Tarix: 16/04/13 “Firefox”əməliyyat sisteminin çıxarılma tarixi açıqlanıb

“Mozilla” şirkəti tərəfindən hazırlanan “Firefox” mobil əməliyyat sistemi 2013-cü ilin iyununda bazara çıxarılacaq. Bu barədə “D: Dive Into Mobile” konfransının açılışı zamanı “Mozilla” şirkətinin direktoru Qeri Kovaç deyib.

Tarix: 11/04/13 “Android” və “iOS” üçün “Microsoft Office” 2014-cü ilin payızında təqdim ediləcək

“Android” və “iOS” əməliyyat sistemləri üçün “Microsoft Office” mobil versiyaları hazırda tərtibat prosesindədir, amma istifadəçilərə azından daha bir il lazımdır ki, yeni məhsullar əlçatımlı olsunlar.

Tarix: 11/04/13 İlin sonunadək 1.4 milyard mobil qurğu “HTML5” texnologiyasını dəstəkləyəcək

“ABI Research” analitiklərinin proqnozuna görə, 2013-cü ilin sonunadək “HTML5” texnologiyasını dəstəkləyən mobil qurğuların ümumi sayı 1,4 milyardı ötəcək.

Tarix: 10/04/13 “Google Play”-dən 60 min tətbiq silinib

2013-cü ilin fevralında “Google” şirkəti “Android” platforması üçün “Google Play” tətbiq internet mağazasında "təmizləmə” işləri aparıb. Bu barədə “TechCrunch” bloqu yazıb.

Tarix: 09/04/13 Mobil tətbiq bazarında gəlirin həcmi artıb

2013-cü ilin birinci rübündə smartfon və planşetlər üçün nəzərdə tutulmuş tətbiq bazarının həcmi 9% artaraq 2.2 milyard dollar olub. Hesabat dövründə “Apple App Store”, “Google Play Store”, “Microsoft Windows Phone Store” və “BlackBerry World” onlayn kataloqlarından 13.4 milyard tətbiq və oyun köçürülüb ki, bu da ötən rüblə müqayisədə 11% çoxdur.

Tarix: 08/04/13 Bir ildən sonra “Windows XP” əməliyyat sistemi olmayacaq

2014-cü il aprelin 8-də “Microsoft” korporasiyası “Windows XP SP3” və “Windows XP x64 Edition SP2” əməliyyat sistemlərinin (ƏS) dəstəklənməsini dayandıracaq.

Tarix: 04/04/13 “Google” şirkəti “Android” və “iPhone” üçün yenilənmiş “QuickOffice” buraxıb

“Google” şirkəti “QuickOffice”in lokal kompüterlərdə ofis faylları ilə işləmək istəyən mobil qurğu istifadəçiləri üçün “Android” və “iPhone” versiyalarını istifadəyə verib.

Tarix: 04/04/13 Kompüterlərin zərərli proqram və təhlükəli saytlardan müdafiəsi üçün ödənişsiz xidmət istifadəyə verilib

Rusiyanın "Yandeks" şirkəti kompüterlərin zərərli proqram və təhlükəli saytlardan müdafiəsi üçün ödənişsiz xidmət istifadəyə verib. Şirkətin bloqunda dərc edilmiş xəbərə əsasən, “Yandeks.DNS” xidməti istifadəçinin kompüterini zərərli, fırıldaq və ya porno saytlardan müdafiə edir.

Tarix: 04/04/13 Gələcəkdə daha fərqli brauzerlərdən istifadə edəcəyik

“Firefox” brauzerinin tərtibatçısı “Mozilla” şirkəti Cənubi Koreyanın “Samsung” şirkəti ilə birgə “Servo” adlanan "yeni nəsil" brauzer mexanizmi üzərində işləyirlər. “Mozilla”nın texniki direktoru Brendan Eyx mexanizm haqda rəsmi bloqunda məlumat verib.








27 Aprel 2024

26 04 2024