bölmədə 1221 material var

Tarix: 06/06/14 Bu il dünya proqram təminatı bazarının həcmi 6 faiz artacaq

"International Data Corporation” (IDC) analitik şirkəti dünya proqram təminatı bazarının bəzi seqmentləri üzrə yenilənmiş proqnozu açıqlayıb

Tarix: 05/06/14 “Android” platforması ilə işləyən qurğuların 13,6%-i son versiya ilə işləyir

ABŞ-ın “Google” şirkəti hər ay öz mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığı ilə bağlı statistika dərc edir. Yayın əvvəlində “Android”in ən son modifikasiyasının bazar payı ilk dəfə 10%-i ötüb.
 

Tarix: 04/06/14 “Microsoft” 2014-cü ilin sonunadək “Android” platforması üçün “Office” paketini buraxacaq

“Microsoft” korporasiyası “Office” ofis paketinin “Android” mobil platforması üçün versiyasını buraxmağı planlaşdırır. Həm də bu versiya sensor ekranlar üçün optimallaşdırılmış “Windows” əməliyyat sistemi üçün yeni “Office” paketindən daha əvvəl buraxılacaq.

Tarix: 03/06/14 “Windows” əməliyyat sisteminin hansı versiyası daha populyardır?

“Microsoft” şirkətinin əməliyyat sisteminin son versiyası “Windows 8.1” ilk dəfə bazarda öz sələfi “Windows 8” sistemini ötüb. Bu haqda “NetMarketShare” tədqiqat şirkəti məlumat verib.

Tarix: 03/06/14 “Apple” şirkəti “iOS 8” platformasını nümayiş etdirib

“Apple” şirkəti ənənəvi “WWDC 2014” konfransının açılışında yeni “iOS 8” mobil platformasını nümayiş etdirib.

Tarix: 02/06/14 Azərbaycanın iki ali məktəbi proqramlaşdırma üzrə beynəlxalq olimpiadada uğur qazanıb

Gürcüstanın Tiflis şəhərində yerləşən Gürcüstan Texniki Universitetində proqramlaşdırma üzrə “Bekau 2014 kuboku” Beynəlxalq Olimpiadası keçirilib.

Tarix: 31/05/14 “Windows Phone” platformasının hansı versiyası daha populyardır?

“Microsoft” mobil əməliyyat sisteminin yeni versiyası “Windows Phone 8.1” bu əməliyyat sistemi ilə işləyən qurğuların 5.2%-də quraşdırılıb.

Tarix: 30/05/14 Azərbaycanda daha bir bank lisenziyalı proqram təminatından istifadə edəcək

“VTB Bank Azərbaycan” ASC “Oracle” proqram təminatı üzrə lisenziyaların satınalınması ilə bağlı təkliflər sorğusu keçirmişdir. Sorğuda Azərbaycanın 10-a yaxın aparıcı İT şirkəti iştirak etmişdir. “SİNAM” MMC şirkəti keçirilmiş sorğunun qalibi elan edilib.

Tarix: 27/05/14 Avropada mobil əməliyyat sistemlərinin vəziyyəti araşdırılıb

“Kantar” analitik şirkəti Avropanın ən böyük bazarlarında mobil əməliyyat sistemlərinin bazar payı haqda növbəti hesabat dərc edib

Tarix: 24/05/14 “Microsoft” şirkəti Azərbaycanda riteyl tərəfdaşları şəbəkəsini genişləndirmək niyyətindədir

“Microsoft” şirkəti Azərbaycan bazarında öz iştirakını daha da genişləndirmək niyyətindədir.

Tarix: 22/05/14 Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini: “EİS-in proqram təminatı artıq hazırdır”

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən elektron informasiya sisteminə (EİS) daxil edilərək qeydiyyata alınması mexanizmi hazırlanıb

Tarix: 19/05/14 Avropada korporativ proqram təminatına artıq vəsaitlər xərclənir

"Sage” şirkəti tərəfindən Avropa şirkətlərinin 600 İT rəhbəri arasında aparılan sorğunun nəticələrindən məlum olub ki, Avropada korporativ proqram təminatının alışına və dəstəklənməsinə sərf edilən artıq xərclər ildə 9,6 milyard avro təşkil edir.

Tarix: 14/05/14 Çin hökuməti ölkə sakinlərini “Linux” platformasına keçməyə səsləyib

Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi bu yaxınlarda ölkənin bütün sakinlərini “Windows” əməliyyat sistemindən (ƏS) “Linux” platformasına keçməyə səsləyib.

Tarix: 14/05/14 “Office for iPad” paketi 27 milyon dəfə yüklənilib

2014-cü il martın sonunda “App Store” onlayn mağazasında çoxdan gözlənilən “Office for iPad” tətbiqi yerləşdirilib. “TechEd” konfransında “Microsoft” korporasiyasının ofis bölməsinin baş meneceri Culiya Uayt bu tətbiqin uğurundan danışıb.

Tarix: 06/05/14 Ofis işçiləri “Microsoft Office” proqram paketindənniyə istifadə etmirlər?

“SoftWatch” firması ofis işçiləri arasında “Microsoft Office” paketinin populyarlığını müəyyən etmək üçün araşdırma keçirib. Statistikaya əsasən, böyük təşkilatların əməkdaşlarının əksəriyyəti, demək olar ki, “Microsoft” şirkətinin proqram paketindən istifadə etmir.








19 Avqust 2019

18 08 2019