bölmədə 2336 material var

Tarix: 24/12/12 Sadə vətəndaşın kompüteri hakerə niyə lazımdır?

Sıravi kompüter istifadəçiləri çox vaxt internetdə təhlükəsiz davranış qaydalarını yorucu hesab edərək onlara məhəl qoymur. Bir çoxları isə belə hesab edir ki, onlayn-bankçılıq sistemindən istifadə etmədikdə və internetdə satınalmalar həyata keçirmədikdə onlar şəbəkə cinayəti üçün heç bir maraq kəsb etmir

Tarix: 22/12/12 Fərdi məlumatlar necə qorunmalıdır?!

Bu gün dünyada “İnformasiyalı cəmiyyət”in qurulması ən aktual məsələlərdən biri hesab edilir. Hətta qlobal inkişafı hədəf seçən ölkələr bununla bağlı üzərlərinə xüsusi öhdəçiliklər də götürüblər. Lakin tək iş “İnformasiyalı cəmiyyət”in qurulması ilə bitmir. Bu sistemin müsbət tərəfləri ilə yanaşı, problemləri də var ki, konseptual yanaşma tələb edir.

Tarix: 20/12/12 “Symantec”: 2013-cü ildə kiberhücumlar daha da aqressiv xarakter alacaq

“Symantec” antivirus şirkəti 2013-cü il üzrə kibertəhlükəsizlik dünyası ilə bağlı proqnozunu dərc edib. Korporasiyada çalışan ekspertlərin məlumatlarına əsasən, 2013-cü ildə kiberhücumlar daha da aqressiv xarakter alacaq və yalnız gəlir əldə etmək və ya casusluq məqsədi ilə deyil, həm də hücum edənlərin gücünün göstərilməsi ilə yadda qalacaq.

Tarix: 18/12/12 “Hollivud hakeri” 10 il müddətinə azadlıqdan məhrum edilib

Los-Anceles Federal Məhkəməsi 50-dən çox Hollivud ulduzunun elektron poçt qutularını “sındırmaqla” məşhurlaşmış 35 yaşlı Kristofer Çeyni 10 il müddətinə azadlıqdan məhrum edib. Zərərçəkmişlər arasında Skarlett Yohanson, Rene Olstid, Mila Kunis və Kristina Aqilera var.

Tarix: 14/12/12 Fərdi məlumatların informasiya sistemlərinin mülkiyyətçilərinin və operatorlarının nəzərinə!

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə müvafiq olaraq fərdi məlumatların informasiya sistemləri

Tarix: 13/12/12 2013-cü il mobil viruslar ili elan edilib

Mobil qurğuların populyarlığı çox sürətlə artdığından fırıldaqçıların və hakerlərin pul qazanmaq istəyində təəccüblü heç nə yoxdur.

Tarix: 13/12/12 Bu da son

Qvatemaladan deportasiya edilmiş “McAfee” antivirusunun yaradıcısı Con Makafi artıq ABŞ-a gəlib. “ICTnews.az” elektron xəbər xidməti ”vesti.ru” saytına istinadən bildirir ki, bundan əvvəl Qvatemaladakı məhkəmə Makafiyə 10 günlük miqrant statusunun verilməsi ilə bağlı qərar çıxarmışdı. Proqramçı bu qərar sayəsində Belizə deportasiya edilməkdən canını qurtara bilmişdi.

Tarix: 12/12/12 2013-cü ildə İT təhlükələri davam edəcək

"Kasperski Laboratoriyası" kibercinayətkarların 2012-ci ildəki fəaliyyətlərini araşdırıb və kiberməkanda baş verəcək gələcək hadisələrlə bağlı proqnozunu verib.

Tarix: 11/12/12 Onun “sındıra” bilmədiyi şifrə yoxdur

Kompüter təhlükəsizliyi sahəsi üzrə nüfuzlu mütəxəssis Ceremi Qosninin quraşdırdığı ucuz sistem “Windows” əməliyyat sistemində (ƏS) giriş üçün qoyulmuş şifrəni cəmisi bir neçə saat ərzində tapmağa “qadirdir”. Sistemin 5 serverdən ibarət olan klasteri saniyədə təxminən 350 milyard şifrə yoxlayır.

Tarix: 07/12/12 Hakerlər Beynəlxalq Telekommunikasiya İttifaqını hədələyib (VİDEO)

“Anonymous” haker qruplaşmasının dərc etdiyi bəyanata əsasən, onlar qarşıdakı istirahət günlərində “BMT”-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) resurslarına qarşı bir sıra hücumlar həyata keçirməyi planlaşdırır.

Tarix: 07/12/12 Hakerlər Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransının işini yarımçıq qoyub

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransı (BTÜK) dünən haker hücumuna görə öz işini dayandırmalı olub. Xatırladaq ki, internetin idarə edilməsi məsələsi BTÜK-də müzakirə edilən mövzulardan yalnız biridir.

Tarix: 07/12/12 Botnet 47 milyon dollar “oğurlayıb”

“Zeus” platforması əsasında hazırlanmış "ağıllı" “Eurograbber” botneti (virusa yoluxdurulmuş kompüterlər qrupu) 30 milyon özəl və korporativ müştərilərin hesabından 47 milyon dollar “oğurlayıb”.

Tarix: 06/12/12 Hakerlər ABŞ admiralının kompüterlərinə hücum ediblər

Hakerlər ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Maykl Mallenin kompüterlərinə hücum ediblər. Amerikanın “The Wall Street Journal” nəşrinin məlumatına əsasən, hərbçinin 2011-ci ildən sonra istifadə etdiyi texnika haker hücumunun hədəfinə tuş gəlib.

Tarix: 04/12/12 İstifadəçilər əvvəlki kimi çox sadə şifrələrdən istifadə edirlər

“Splash Data” şirkəti ən populyar 25 istifadəçi şifrəsinin (TOP-25) reytinqini tərtib edib. Şirkətin gəldiyi nəticə narahatçılıq doğurur: belə ki, xəbərdarlıqlara baxmayaraq, istifadəçilər əvvəlki tək password, 123456 və ya 12345678 kimi çox sadə şifrələrdən istifadə edirlər.

Tarix: 01/12/12 Yaponiya Kosmik Agentliyi troyan virusunun qurbanı olub

Yaponiyanın "Jaxa" Kosmik Agentliyi bildirib ki, naməlum kibercinayətkarlar troyan proqram təminatı vasitəsilə Yaponiyanın yeni kosmik raketi ilə əlaqədar məxfi məlumatları ələ keçiriblər. "Jaxa"dan verilən məlumata görə, kompüter virusu Tokionun şimal-şərqində yerləşən








19 Mart 2024

18 03 2024