bölmədə 2336 material var

Tarix: 10/04/15 Yaponiya istifadəçilərin pul vəsaitlərini oğurlayan virus aşkar edib

Dünyada ən azı 82 min kompüter onların sahiblərinin elektron vəsaitlərini kənar hesablara köçürən virusa yoluxub. Bu haqda Tokio Polis İdarəsinin kibernetika təhlükəsizliyi bölməsi məlumat verib.

Tarix: 09/04/15 Azərbaycanda ilin əvvəlindən 505 sanksiyalaşdırılmamış insident qeydə alınıb

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə mart ayında 130 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
 

Tarix: 06/04/15 Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilata üzv seçilib

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “First” beynəlxalq təşkilatına tam hüquqlu üzv seçilib.

Tarix: 06/04/15 Elektron Təhlükəsizlik Mərkəzi: “Olduğunuz məkanla bağlı məlumatlar üçüncü tərəfə ötürülə bilər”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi smartfon istifadəçilərinə növbəti xəbərdarlığını edib.

Tarix: 06/04/15 Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə veb-brauzerlərin təhlükəsizliyini təmin etməyi tövsiyə edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi istifadəçinin xəbəri olmadan bədniyyətlilər tərəfindən kompüterə yüklənmiş, məlumatların oğurlanmasına səbəb ola bilən ziyanverici proqramlar təhlükəsindən müdafiə olunmaq üçün veb-brauzerlərin təhlükəsizliyini təmin etməyə çağırır.

Tarix: 03/04/15 Şirkətlər təhlükəli kiberhücumlara hazır deyil

“Computing Technology Industry Association” (CompTIA) informasiya texnologiyaları şirkətinin tədqiqatına görə, ABŞ biznes təşkilatlarının 54 faizi müəssisələrə kiberhücumların sayının artmasından, 48 faizi cinayətkarların hücumlar üçün mürəkkəb alətlərdən istifadə etmələrindən, 52 faizi kiberhücumların yüksək səviyyədə həyata keçirilməsindən xəbərdardır.

Tarix: 03/04/15 “Google”: “Android” mobil platformasında virusların sayı iki dəfə azalıb

“Google” şirkəti 2014-cü il üzrə “Android” platforması üçün zərərli proqramların sayını açıqlayıb. Hesabata əsasən, bir ildə zərərli koda malik proqram quraşdırmalarının sayı 50 faiz azalıb, smartfon və planşetlərin 1 faizi müxtəlif növ virus yoluxmalarına məruz qalıb.

Tarix: 31/03/15 Pentaqon daha təhlükəsiz telefonlardan istifadəyə keçir

ABŞ Müdafiə Nazirliyi “Blackphone” smartfonlarının sınaqlarına başlayıb. Bu haqda “Silent Circle” şirkətinin idarə heyətinin direktoru, keçmiş dəniz xüsusi təyinatlısı Mayk Cankeyə istinadən “Nextgov” resursu məlumat yayıb.

Tarix: 31/03/15 Estoniya kibertəhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə edir

Estoniyanın Müdafiə Nazirliyi “Raytheon Company” ilə kibertəhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə etmək məsələsini nəzərdən keçirməklə bağlı razılığa gəliblər.

Tarix: 31/03/15 ABŞ xarici kibercinayətkarları məsuliyyətə cəlb edəcək

ABŞ Ədliyyə Nazirliyi digər ölkələrin kiberfırıldaqçılarını məsuliyyətə cəlb etmək məqsədilə mövcud qanunvericiliyi təkmilləşdirmək niyyətindədir.

Tarix: 29/03/15 ETM istifadəçiləri “Hoax” elektron məktublarından ehtiyatlı olmağa çağırır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə “Hoax” elektron məktublarına cavab verməməyi tövsiyə edir.

Tarix: 29/03/15 “DDoS” hücumların əksəriyyəti hansı ölkədən həyata keçirilir?

“Akamai Technologies” şirkəti “DDoS” hücumlarla bağlı vəziyyət haqda hesabat təqdim edib.

Tarix: 19/03/15 “Safari” və “Android” brauzerlərində “Freak” hücum təhlükəsi yaranıb

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Safari” və “Android” brauzerlərində ciddi boşluqdan ehtiyatlı olmağa çağırıb.

Tarix: 18/03/15 “Microsoft” şirkəti Bakıda kibertəhlükəsizlik üzrə seminar keçirib

Bu gün Bakıda “Microsoft” şirkətinin korporativ sektorun İT departament rəhbərləri üçün kibertəhlükəsizlik üzrə seminar keçirilib.

Tarix: 18/03/15 “IDC”: kompüter təhlükəsizliyi üzrə aparat vasitələri bazarının həcmi kəskin yüksəlib

2014-cü ilin dördüncü rübündə kompüter təhlükəsizliyi üzrə aparat sistemlərinin (security appliance) tədarük həcmi pul baxımından ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.6 faiz yüksələrək 2,6 milyard dollar təşkil edib.








19 Mart 2024

18 03 2024