bölmədə 2336 material var

Tarix: 25/07/13 “Apple”-ı da “sındırdılar”

Artıq “Apple” şirkətinin rəsmi saytını “sındırma” cəhdindən bir həftə keçib. “ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, şirkətin rəsmi səhifəsində hücum haqda məlumat yerləşdirilib. Hazırda artıq elan yenilənib və istifadəçilərə əlavə məlumatlar təqdim edilib.

Tarix: 24/07/13 Hansı ölkə əsas spam mənbəyidir?

“Cloudmark” şirkətinin tədqiqat nəticələrinə əsasən, Şərqi Avropa ölkələri spam siyahısına başçılıq edirlər. Ekspertlər qeyd edirlər ki, Belarus spamerlər arasında çox populyarlaşıb və onlar bunu başqa ölkələrin spamerlərlə fəal mübarizə aparması ilə əlaqələndiriblər.

Tarix: 24/07/13 Kiberhücumlar dünyaya 1 trilyon dollar ziyana vurub

“McAfee” antivirus şirkəti və Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin son hesabatına əsasən, kiberhücumlar nəticəsində qlobal illik zərərin həcmi 1 trilyon dollar təşkil edir.

Tarix: 23/07/13 Britaniya provayderləri pornoməzmunu bloklayacaqlar

Böyük Britaniyada internet provayderlər bütün istifadəçilər üçün pornoqrafik materialları başlanğıc ayar kimi bloklayacaq. Bu barədə baş nazir Devid Kemeron bəyan edib. Baş nazir deyib ki, kompüterlərdə pornoqrafik təsvirlərin (istər real, istərsə də düzəldilmiş) saxlanması İngiltərə və Uelsdə qanunsuz əməl sayılacaq. Bununla da qanunvericilikdəki boşluq aradan qadırılacaq.

Tarix: 22/07/13 750 milyon telefonda boşluq aşkar edilib

İnformasiya təhlükəsizliyi sahəsində problemlərin həlli üzrə ixtisaslaşmış “Security Research Labs” şirkətinin təsisçisi Karsten Nol SİM kartlarda aşkar edilmiş boşluq haqqında məlumatı bölüşüb.

Tarix: 22/07/13 “Apple” haker hücumunun qarşısını belə aldı

ABŞ-ın “Apple” şirkəti haker hücumunun edilməsi səbəbindən əlavə tərtibatçıları üçün servisi bağlamaq məcburiyyəti ilə üzləşib. Bu barədə şirkətin saytında yerləşdirilən məlumatında deyilir.

Tarix: 19/07/13 2013-cü ildə “DDoS” hücumların gücü 1655% artıb

“Prolexic Technologies” şirkəti bu ilin ikinci rübündə həyata keçirilmiş kiberhücumlara dair təhlilin nəticələri haqqında məlumatları bölüşüb.

Tarix: 18/07/13 “Facebook”un əməkdaşları istifadəçilərin yazışmasını oxuyur?!

Şirkətin direktoru Mark Zukerberq üçün çıxışların mətninin yazılması ilə məşğul olmuş “Facebook”un keçmiş əməkdaşı Ketrin Loss deyib ki, sosial şəbəkənin əməkdaşları istifadəçilərin fərdi məlumatlarına, həmçinin hesabların parollarına giriş imkanına malikdirlər.

Tarix: 17/07/13 Ötən il dünyanın bütün fond birjalarının 50%-i haker hücumlarına məruz qalıb

Ötən il dünyanın bütün fond birjalarının təxminən 50%-nin kompüter sistemləri haker hücumlarına məruz qalıb. Qiymətli kağızlar üzrə Beynəlxalq Komissiya təşkilatının yenilənmiş hesabatında belə qeyd edilib.

Tarix: 16/07/13 Avropa Komissiyası Angela Merkeli dəstəklədi

Almaniya kansleri Angela Merkel təklif edir ki, xüsusi xidmət orqanları abunəçilərin hər hansı məlumatlarına giriş əldə etdiyi təqdirdə Avropanın internet provayderləri istifadəçilərini məlumatlandırsınlar.

Tarix: 15/07/13 Cənubi Koreya informasiya itkisinin qarşısını bu yolla alacaq

“Renxap” agentliyinin yaydığı məlumata əsasən, Cənubi Koreyanın Müdafiə Nazirliyi bu gündən qurumun qərargahında daxili fotokamera və internetə çıxış imkanına malik smartfon və başqa qurğulardan istifadəni qadağan edib.

Tarix: 15/07/13 Sidneydə informasiya təhlükəsizliyinə dair sərgi keçiriləcək

Təhlükəsizlik texnologiyaları üzrə ixtisaslaşdırılmış “Security Expo - Sydney 2013” sərgisi iyulun 24-dən 26-dək Sidney şəhərində keçiriləcək. Sərgidə informasiya təhlükəsizliyi və şirkətlərin məxfiliyinin mühafizəsi sahəsində mövcud olan yeni texnologiyalar təqdim ediləcək.

Tarix: 13/07/13 AİF-i informasiya təhlükəsizliyi sahəsində konsaltinq xidmətləri ilə təmin edəcək şirkət bəlli olub

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunda informasiya təhlükəsizliyi sahəsində konsaltinq xidmətlərinin satın alınması ilə bağlı təkliflər sorğusu başa çatıb.

Tarix: 10/07/13 “VKontakte” və “Odnoklassniki” şəbəkələrində ziyanverici troyan peyda olub

“Eset” şirkəti rusdilli internet istifadəçiləri üçün nəzərdə tutulmuş “Win32/Bicololo” troyanının aktivliyinin artması haqda xəbərdarlıq edib.

Tarix: 10/07/13 ABŞ xüsusi xidmət orqanlarının internet izləməsi ilə bağlı daha bir iddia

Bu gün Avstraliyanın "Sidney Herald Morninq" qəzeti yazıb ki, ABŞ-ın xüsusi xidmət orqanları Avstraliyada yerləşən güclü server avadanlığı ilə təchiz edilmiş dörd obyekt vasitəsilə məlumatın toplanılması ilə məşğuldur.








19 Mart 2024

18 03 2024