bölmədə 5632 material var

Tarix: 07/11/14 “Facebook”da “Ebola” ilə mübarizəyə kömək üçün düymə istifadəyə verilib

Dünyanın ən böyük “Facebook” sosial şəbəkəsi “Ebola” virusu ilə mübarizə aparan xeyriyyə təşkilatlarına yardım düyməsini nümayiş etdirib.

Tarix: 07/11/14 Azərbaycan startapı dünya səviyyəsində marağa səbəb olub

Azərbaycanın  Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Neuron Technologies” şirkəti Ali Təhsil Müəssisələrinin tam elektron idarəetmə sisteminin tətbiqini uğurla həyata keçirir.

Tarix: 07/11/14 Okeanda “Wi-Fi” şəbəkəsindən istifadə mümkün olacaq

Bu həftə dünyanın nəhəng “Carnival Corporation” səyahətlər operatoru şirkətə məxsus bütün gəmilərdə (101 ədəd) işləyəcək ilk “WiFi@Sea” hibrid simsiz şəbəkənin istifadəyə verilməsini açıqlayıb.

Tarix: 07/11/14 Populyar messencerlər təhlükəsizlik testində yaxşı nəticə göstərməyib

“Electronic Frontier Foundation” (EFF) təşkilatı ani mesajlarla mübadilə üçün tətbiqlərin auditini keçirərək aydınlaşdırıb ki, onların yalnız kiçik bir hissəsi təhlükəsizliyin təmin olunması üçün minimal tələblərə cavab verir.

Tarix: 07/11/14 “Skype”da öz dilində danış, istədiyin dildə səslənsin (VİDEO)

"Microsoft" şirkəti ötən aylarda «Skype Translator» (tərcüməçi) xidmətini təqdim etdi. Bu xidmət «Skype»da danışıqları avtomatik tərcümə edəcək. Beləliklə də, fərqli dillərdə danışan insanlar bir-birləri ilə asanlıqla ünsiyyət qura biləcəklər.

Tarix: 07/11/14 “Android” və “iOS” üçün “WhatsApp”da oxunmuş mesajlar indikatoru əlçatan olub

Cari ilin əvvəlindən “Facebook” şirkəti “WhatsApp” messencerini satın alandan sonra bir çox yeniliklər edib. İndi “Android” və “iOS” üçün “WhatsApp” messenceri ünvan sahibi  tərəfindən oxunmuş mesajları mavi rəngli iki nişanla işıqlandırır.

Tarix: 06/11/14 Elektron dərslik portalı resurslarından indiyədək 5 mindən çox insan istifadə edib

Elektron dərslik portalı resurslarından indiyədək 5 mindən çox insan istifadə edib ki, onların da yarıdan çoxu Bakıda yaşayanlardır. İstifadəçilərin 1000 nəfərə yaxını Azərbaycan dili dərsliyinə aid resursdan yararlanıb.

Tarix: 06/11/14 “AzScienceNet” Elm-kompüter şəbəkəsi “Cloud Computing” xidmətini təqdim edir

Böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün artıq “AzScienceNet” Elm-kompüter şəbəkəsinin təqdim etdiyi  “Cloud Computing” xidmətindən yararlanmaq olar.

Tarix: 06/11/14 "Əşyaların interneti" qurğuların sayına görə dünyanın ən böyük bazarına çevriləcək

“BI Intelligence” analitiklərinin proqnozuna görə, bir neçə il sonra "əşyaların interneti" (Internet of Things, IoT) qurğuların sayına görə dünyanın ən böyük bazarına çevriləcək.

Tarix: 06/11/14 Taksiçilər artıq “TaxiTap” servisinə qoşulma haqqını “MilliÖn” terminallarında ödəyə biləcəklər

“Taxi Tap” onlayn taksi çağırışı servisi şirkəti  “MilliÖn” ödəniş terminallarının sahibi olan “Komtech” şirkəti ilə müqavilə imzalayıb.

Tarix: 06/11/14 İnternet şirkəti Londonda “Bitcoin” bankomat quraşdırıb

İnformasiya texnologiyaları (İT) sənayesi nəhəngi “Google” şirkəti Londonda virtual valyutalardan istifadəni təhlil etmək və bu ödəniş aləti ilə əlaqədar innovasiyalı ideyaları hazırlamaq məqsədilə “Bitcoin” bankomat quraşdırıb.

Tarix: 06/11/14 İlin sonunadək təxminən 0,5 milyard ailə ev “Wi-Fi” şəbəkəsindən istifadə edəcək

“Strategy Analytics” analitik şirkətinin tədqiqatına əsasən, 2014-cü ilin sonunadək dünyada təxminən 451 milyon ailə öz evində “Wi-Fi” simsiz şəbəkəsindən istifadə edəcək.
 

Tarix: 05/11/14 Dövlət Komissiyasının əməkdaşları Polşanın Elektron Rabitə İdarəsinin fəaliyyəti ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) əməkdaşları Rauf Əliyev və Seymur Alıyev və Azərbaycan Xarici İşlər Nazirliyinin İnsan resursları şöbəsinin birinci katibi Nurlana Qurbanova Polşanın paytaxtı Varşavada təşkil edilən təcrübəkeçmə kursunda iştirak ediblər.

Tarix: 05/11/14 Planetin bütün sakinləri üçün ödənişsiz internet yaradılacaq

“Outernet” – senzurasız və peyk sistemi vasitəsilə planetin bütün sakinlərinə ödənişsiz əlçatan olacaq “təmiz” internet yaratmaq cəhdidir.

Tarix: 05/11/14 “CERN” Mərkəzinə ilk dəfə qadın rəhbərlik edəcək

İtaliyalı Fabiola Cianotti Avropa Nüvə Tədqiqatları Mərkəzinə (fransızca Conseil Européen pour la Recherche Nucléaire - CERN) yeni rəhbər seçilib. Onun bu vəzifəyə təyinatı ilə bağlı qərar noyabrın 4-də mərkəzin İdarəetmə Şurası tərəfindən qəbul edilib.








28 Aprel 2024

27 04 2024