bölmədə 5632 material var

Tarix: 28/09/11 “Firefox 7” səyyahı çıxıb

“Mozilla” şirkəti yaxın saatlar ərzində rəsmən “Firefox 7” səyyahının çıxışı haqqında elan verməsə də, veb-səyyah artıq şirkətin “FTP” serverində yerləşdirilib. Artıq, “Windows”, “Linux” və “Mac OS X” əməliyyat sistemləri üçün olan versiyaları yükləmək olar.

Tarix: 28/09/11 “Google+” istifadəçilərinin sayı 50 milyonu ötüb

“Google+” sosial şəbəkəsində artıq 50 milyondan çox istifadəçi qeydiyyatdan keçib. 1 həftədən az bir müddət ərzində resursun auditoriyası 7 milyon istifadəçi artıb.

Tarix: 27/09/11 Bu gün “Google”-un ad günüdür

Bu gün nəhəng axtarış sistemi “Google”-un 13 yaşı tamam olur. Stenford Universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən əsası qoyulan şirkət “BackRub” adlı axtarış sisteminin əsasında yaradılıb. Şirkətin adı bir və yüz ədəd sıfırdan ibarət sayı ifadə edən (10 üstü 100) “googol”

Tarix: 27/09/11 “Twitter” İrlandiyada beynəlxalq ofis açıb

“Twitter” sosial şəbəkəsi İrlandiyanın Dublin şəhərində beynəlxalq ofis açıb. Bundan əvvəl burada öz beynəlxalq ofislərini “Google”, “Facebook”, “Microsoft” və digər şirkətlər açıblar. Ofisi məhz İrlandiyada açmaq cəhdi güzəştli vergi rejimi və digər tərəfdən Avropaya yaxın olmaq istəyi ilə izah olunur.

Tarix: 26/09/11 “TechCrunch” banisi startaplar haqqında yeni bloq istifadəyə verib

Ən məşhur ingilisdilli İT bloqun – “TechCrunch”un banisi Maykl Errinqton “Uncrunched” adlı yeni bloq istifadəyə verib. Məlumat üçün qeyd edək ki, o, 6 il əvvəl yaratdığı şirkəti tərk edib. Errinqton “uncrunched.com” ünvanında bloqun istifadəyə verilməsini “Twitter” hesabında bildirib. Errinqtonun sözlərinə görə, o, yeni “uncrunched.com”

Tarix: 26/09/11 Hansı ödəniş sistemi daha populyardır?

“PayPal” ödəmə sistemi bu yaxınlarda öz platformasının populyarlığı haqqında bəzi yeni informasiyalar dərc edib. “PayPal” nümayəndələrinin məlumatına əsasən, platforma cari ilin ikinci rübündə hər saniyə təxminən 3,650 dollar emal edib.

Tarix: 26/09/11 “eBay” və “Facebook” irimiqyaslı əməkdaşlıq elan edəcəklər

“Facebook” sosial şəbəkəsi və “eBay” elektron ticarət nəhəngi birgə tezliklə yeni layihə həyata keçirməyi planlaşdırırlar. Məlumata əsasən, yeni layihənin təqdimatı “eBay” şirkətinin “X.commerce İnnovate” adlı konfransında olmalıdır. Konfrans 2 həftə sonra keçiriləcək.

Tarix: 24/09/11 Britaniyanın ən böyük internet mağazası satılıb

Yaponiyanın “Rakuten” şirkəti Britaniyanın “Play.com” internet mağazasını almaq üçün saziş bağlayıb. “Play.com” internet mağazası musiqi, kitab, geyim, məişət elektronikası, idman avadanlığı və digər mallar təklif edir. Bazası təxminən 14 milyon istifadəçidən ibarət olan xidmət Böyük Britaniyada ən məşhur internet mağazalardan biridir.

Tarix: 23/09/11 “Firefox” səyyahının yeni versiyası 30 həftədən bir çıxacaq

“Mozilla” şirkəti yeni siyasəti – “Firefox” səyyahının yeni versiyalarını tez-tez çıxarmasına görə biznes-istifadəçilərin narazılığı ilə qarşılaşıb. “Mozilla” şirkətinin yeni təklifinə əsasən, gələcəkdə “Firefox” səyyahının yeni versiyaları 30 həftədən bir çıxacaq. Bu müddət indiki sürətli dövrdən 5 dəfə daha yavaşdır.

Tarix: 23/09/11 “Twitter” mikrobloqlar xidməti MMS də qəbul edəcək

“Twitter” mikrobloqlar xidmətinə telefondakı şəkli MMS mesaj vasitəsilə nəşr etmək imkanı əlavə edilib. Bu barədə xidmətin rəsmi bloqunda bildirilib. İstifadəçi MMS-də 120 simvoldan artıq mətn daxil edə bilməz, yeni funksiya ilə bağlı dərslikdə qeyd olunub.

Tarix: 22/09/11 “AZ EVROTEL” MMC tərəfindən internet xidmətinin tariflərinə yenidən baxılır

Baki şəhərində vətəndaşlara yüksək keyfiyyətli telefon və multimedia xidmətləri təqdim edən ”AZEVROTEL”MMC internet şəbəkəsinə 1 mbq/san sürətə kimi qoşulan abunəçilərin internet kanalının sürətini iki dəfə artırıb. Hazırda “AZ EVROTEL” MMC tərəfindən internet

Tarix: 22/09/11 “Google” və “Oracle” rəhbərləri barışa bilməyib

“Google” şirkətinin baş direktoru Larri Peyc və “Oracle” şirkətinin rəhbəri Larri Ellison patentlərin pozulması haqqında iş üzrə ilkin görüş gedişində barışıq müqaviləsi imzalaya bilməyiblər. “Oracle” şirkəti 2010-cu ilin avqustunda “Google”-u məhkəməyə verib.

Tarix: 22/09/11 Erik Şmidt: “Google” axtarış nəticələrində heç nəyi redaktə etmir

“Google” şirkətinin İdarə heyətinin sədri Erik Şmidt ABŞ Senatında dinləmələrdə şirkətin öz xidmət və layihələrinin irəliləyişi üçün axtarış

Tarix: 22/09/11 “Twitter” sosial informasiyaları analiz edəcək

Məşhur “Twitter” mikrobloqlar xidməti sosial informasiyanın analizi üçün “Julpan” startapını aldığını elan edib. Sazişin maliyyə şərtləri açıqlanmayıb. “Julpan” startapının banisi “Google”-un keçmiş əməkdaşı Ori Ellondur . Məlumat üçün qeyd edək ki, o,

Tarix: 22/09/11 Dünyada internetin sürətli olduğu ölkələr müəyyənləşdirilib

“Pando Networks” şirkəti dünya üzrə 20 milyon kompyuterdən toplanmış məlumatları emal edərək müxtəlif ölkələrdə internetin sürətini qiymətləndirib. Reytinqdə Cənubi Koreya liderlik edir: informasiyanın şəbəkədən yüklənməsi sürəti bu ölkədə orta hesabla saniyədə 2202 kilobayt (kb/s) təşkil edir.








27 Aprel 2024

26 04 2024