bölmədə 5632 material var

Tarix: 22/08/13 “Yahoo!” saytları ABŞ-da istifadə sayına görə liderlikdə “Google”u qabaqlayıb

“ComScore” analitik şirkətinin reytinqinə əsasən, “Yahoo!” şirkətinin internet resursları iyulun yekunları üzrə ümumi istifadə sayına görə lider olaraq “Google” korporasiyasının saytlarını üstələyib.

Tarix: 22/08/13 İnternet televiziyaları “Azerspace” peyki vasitəsilə yayımlanmaq üçün təkliflər verib

“Hazırda “Azerspace-1” telekommunikasiya peyki üzərindən Azərbaycanda fəaliyyət göstərən internet televiziyalar yayımlanmır. Lakin “Azərkosmos” ASC-yə indiyədək İnternet TV-lər tərəfindən bir neçə təklif daxil olub”.

Tarix: 22/08/13 “Google” istifadəçilərin bir-birlərinə kömək etməsinə şərait yaradacaq

“Google” şirkəti “Google Helpouts” adlı yeni şəbəkə layihəsini istifadəyə verib. Sözügedən layihə vasitəsilə istifadəçilər bir-birlərinə kömək edə biləcək. Hər bir kəs ödənişli və ya ödənişsiz kömək istəyə və ya köməkçi ola bilər.

Tarix: 22/08/13 “Vine” video xidmətinin auditoriyası iki ayda üç dəfə artıb

“Vine” video xidmətinin rəsmi mikrobloquna əsasən, qısa çarxlar dərc etməyə imkan verən sözügedən xidmətin auditoriyası 40 milyona çatıb. Belə ki, iki ayda xidmətin istifadəçilərinin sayı üç dəfə artıb. Bu il iyunun əvvəlində “Vine” video xidmətinə sahib olan “Twitter” elan etmişdi ki, xidmətin aktiv auditoriyası 13 milyondur.

Tarix: 22/08/13 Xəritələrdə tıxaclar və yol nəqliyyat hadisələri haqqında məlumatları əlavə edəcək

“Android” və “iOS” əməliyyat sistemli mobil qurğular üçün “Google Maps” mobil əlavə istifadəçiləri indi “Waze” sosial naviqasiya əlavəsinin məlumatlarından yararlana biləcək.

Tarix: 22/08/13 Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

Bakıda avqustun 23-də beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanın milli “*.az” domeninin 20 illiyinə həsr edilmiş konfrans keçiriləcək.

Tarix: 21/08/13 Ən təhlükəsiz brauzerlər müəyyən edilib

Mobil və onlayn proqram təminatının sınaqdan keçirilməsi üzrə ixtisaslaşmış Kaliforniyanın “Sauce Labs” şirkəti ən təhlükəsiz brauzerlərin reytinqini hazırlayıb.

Tarix: 21/08/13 “Amazon” şirkəti 45 dəqiqə saytının işləmədiyinə görə 5 milyon dollar itirib

ABŞ və Kanada sakinləri 45 dəqiqə ərzində “Amazon” onlayn pərakəndə satış şirkətinin əsas saytının xidmətlərindən yararlana bilməyiblər.

Tarix: 21/08/13 ABŞ Milli Təhlükəsizlik Agentliyi Amerika internet seqmentinin 75%-ni izləyir

“The Wall Street Journal” nəşri yazıb ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) ölkənin internet kommunikasiyaları üzərindən keçən informasiyanın 75%-ni izləmək imkanına malikdir.

Tarix: 21/08/13 “Google” tərcümə xidməti “Google+” sosial şəbəkəsinə inteqrasiya edilib

İnternet nəhənginin mütəxəssisləri “Google+” sosial şəbəkəsinə “Google Translate” tərcümə xidmətini inteqrasiya edib. Beləliklə, sözügedən sosial şəbəkənin istifadəçiləri başqa dillərdə dərc edilən materialları başa düşə biləcəklər.

Tarix: 21/08/13 İlham Əliyevin 10 illik prezidentlik fəaliyyətini əks etdirən sayt istifadəyə verildi

İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyətinin nəticələrini əks etdirən və yeddi dildə təqdim olunan internet saytı istifadəyə verilib.

Tarix: 21/08/13 “Facebook” sosial şəbəkəsində ən çox müzakirə edilən brend hansıdır?

“Statista” statistika şirkətinin dərc etdiyi məlumata əsasən, “Facebook” sosial şəbəkəsinin istifadəçiləri ən çox “Coca-cola” brendini müzakirə edirlər.

Tarix: 20/08/13 “Chrome” brauzerinə valideyn nəzarəti funksiyası quraşdırılacaq

“Google” şirkəti “Chrome” brauzerində "nəzarət edilən hesablar" funksiyasını təqdim etməyi planlaşdırır. Sözügedən yenilik sayəsində valideynlər uşaqlarının internetdəki davranışına nəzarət edəcək və müəyyən kateqoriyaya aid saytlara girişi məhdudlaşdıracaq.

Tarix: 20/08/13 İnternet vasitəsilə bank xidmətlərindən istifadə genişlənir

Yanvar-iyun ayları ərzində internet-bankinq vasitəsilə 171,4 mln. manat məbləğində 28,3 min ədəd əməliyyat həyata keçirilib.

Tarix: 20/08/13 2020-ci ilədək Çinin böyük şəhərlərində 1 Qbit/s sürətində internet olacaq

Çin 2020-ci ilədək ölkənin şəhər və kənd rayonları genişzolaqlı internet şəbəkəsi ilə əhatə etməyə çalışacaq. “Sinxua” agentliyinin yaydığı məlumata əsasən, Çin Xalq Respublikasının (ÇXR) dövlət şurası şənbə günü qarşıdakı 8 ildə onun həyata keçirilməsi qrafikini təqdim edib.








28 Aprel 2024

27 04 2024