bölmədə 5594 material var

Tarix: 16/03/13 Ən təhlükəsiz brauzerlər məlum olub

"Secunia" antivirus şirkətinin ekspertlərinin araşdırmasına əsasən, "Windows" əməliyyat sistemində təhlükəsizlik səviyyəsinin aşağı olmasına görə onun tənqid hədəfi olmasına baxmayaraq, əksər boşluqlar heç də "Microsoft"un məhsulları ilə bağlı deyil.

Tarix: 16/03/13 Parisdə kiçik və orta müəssisələr üçün internet texnologiyaları təqdim olunacaq

“Solutions Intranet et Collaboratif 2013” kiçik və orta müəssisələr üçün internet texnologiyaları və hazırlamaları əsasında biznes üçün alətlər təklif edir. Tədbir bazarın aparıcı oyunçularının yeni məhsullarının təqdim olunduğu sərgi ilə məhdudlaşmır.

Tarix: 16/03/13 Artıq hər evdə internet olacaq

Bakıda “Evlərə optika” layihəsinin icrasına başlanılıb. Bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirov məlumat verib.

Tarix: 15/03/13 “AzScienceNet” TERENA-nın rəqəmsal sertifikatlarından istifadə edəcək

“AzScienceNet” TERENA-nın rəqəmsal sertifikatlarından istifadə edəcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.

Tarix: 15/03/13 Bu il ABŞ-da internetdən alver edənlərin sayı 4 milyon nəfər artacaq

“Forrester Research” tədqiqat şirkətinin məlumatına əsasən, 2013-cü ilin yekununa görə, ABŞ-da elektron ticarətin həcmi 262 milyard dollar olacaq ki, bu da ötən ilin göstəricisindən 13,4% çoxdur. Analitik şirkətin proqnozuna əsasən, 2017-ci ilədək ABŞ-da internet üzərindən edilən satışların həcmi bütün satış həcminin təxminən 10%-ni və ya 370 milyard dollar təşkil edəcək.

Tarix: 15/03/13 “Veb-təhsil” konfransı keçirilib

Xəzər Universitetində «veb-təhsil» (“web-təhsil”) konfransı keçirilib. Tədbir “Microsoft Azərbaycan”, “IREX Azərbaycan”, Təhsil Nazirliyinin “Elekton Təhsil” Respublika müsabiqəsi, “Mədəd Azərbaycan”, Azərbaycan İnternet Forumunun dəstəyi ilə “Youth Network of Azerbaijan” Gənclər Təşkilatı tərəfindən düzənlənib.

Tarix: 15/03/13 “Google” axtarış sisteminin bazarında lider olaraq qalır

“comScore” analitik şirkətinin məlumatına əsasən, bu ilin fevralında ABŞ-da “Google” axtarış sisteminin bazar payı 0,5% artaraq 67.5% olub.

Tarix: 15/03/13 “Skype”: “İstifadə olunan alqoritm və protokollar ötürülən məlumatları üçüncü tərəfin ələ keçirməsini əngəlləyir”

“Skype” internet-telefoniya xidməti onun üzərindən həyata keçirilən zənglərə Rusiyanın xüsusi xidmət orqanlarının qulaq asması haqqında mətbuatda yayılmış informasiyanı təkzib edib. “ICTnews.az” elektron xəbər xidməti “telegraf.com.ua” saytına istinadən bildirir ki, “ilkin kodun verilməsi şəxsi yazışmaların açılması anlamına gəlmir” – agentlikdən bildirilib.

Tarix: 15/03/13 “.com” domen zonası ad gününü qeyd edir

Bu gün ".com" domen zonası ad gününü qeyd edir. "Symbolics.com" ilk internet-domeni 1985-ci il martın 15-də qeydiyyatdan keçirilib. Həmin il, həmçinin daha 5 domen adı qeydiyyatdan keçirilib.

Tarix: 15/03/13 “Google” reklam elanlarını bloklayan tətbiqləri “Google Play” mağazasından silib

“Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün mobil tətbiqlər mağazası “Google Play”dən reklamı bloklayan əlavələri silib. Məsələn, mağazadan “Adblock Plus”, “AdAway” və “AdFree Android” utilitləri silinib. Adıçəkilən bu tətbiqlər pulsuzdur və brauzer, oyun və başqa proqramlarda reklam elanlarının bloklanması üçün nəzərdə tutulub.

Tarix: 14/03/13 “Sazz 4G İnternet” Novruz Bayramı kampaniyasına başlayır

“Sazz 4G İnternet” Novruz Bayramı münasibətilə martın 15-dən bayram kampaniyasına start verəcək. Sərfəli bayram paketlərindən faydalanan müştərilər çox əlverişli şərtlərlə həm “Sazz” abunəçisi ola biləcək, həm də modemləri daha sərfəli qiymətlərlə əldə etmək imkanına sahib olacaqlar. “Sazz 4G İnternet”in yeni Novruz Bayramı kampaniyası dörd sərfəli paketdən ibarətdir.

Tarix: 14/03/13 Azərbaycanın elektron ticarət portalının istifadəçilərinin sayı 14 minə yaxınlaşıb

İqtisadiyyatın müxtəlif sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyi iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sahibkarlıq sahəsində müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir.

Tarix: 14/03/13 “Google Reader” iyulun 1-də bağlanacaq

İnternet nəhənginin bloqunda dərc edilmiş məlumata əsasən, “RSS” axınlarına baxış xidməti “Google Reader” 2013-cü il iyulun 1-də bağlanacaq.

Tarix: 14/03/13 Əli Əhmədov: «Azərbaycan vətəndaşlarının internet resurslarından sərbəst istifadəsi üçün hər cür şərait yaradılıb»

«Azərbaycanda nə internet resurslarının, nə də “Facebook” sosial şəbəkəsinin qadağan olunması gündəmdə deyil»."ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

Tarix: 14/03/13 Azərbaycanın daha 53 regionunun sakinləri stasionar telefon ödənişlərini onlayn qaydada apara bilərlər

“Hesab.az” internet ödəmə portalı stasionar telefonlar üzrə danışıq və abunə haqlarının onlayn ödəmə imkanlarını genişləndirib. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Quba və Şirvan şəhərləri ilə bərabər, daha 53 bölgənin sakinləri stasionar telefonları üzrə danışıq və abunə borclarını “Hesab.az” portalında ödəyə bilərlər.








18 Avqust 2019

17 08 2019

17/08/19
“NVIDIA” və “AutoX” şirkətləri Avropa bazarı üçün avtomatlaşdırılmış taksi hazırlayacaq

2020-ci ilin sonunadək “NVIDIA” qrafik prosessorlar istehsalçısı “AutoX” və “NEVS” şirkətləri ilə 

17/08/19
“iPhone” smartfonunda yeni təhlükəli boşluq aşkar edilib

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə “iPhone” qurğusuna müdaxilə etməyə 

17/08/19
Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin