bölmədə 5594 material var

Tarix: 07/02/14 “NETTY” yubileyə hazırlaşır

“NETTY-2014” Azərbaycan Milli İnternet mükafatının 10-cu yubileyinin keçirilməsi ilə bağlı  hazırlıq işlərinə başlanılıb.

Tarix: 06/02/14 “Twitter” öz arxivlərini alimlər üçün açıq edəcək

“Twitter” mikrobloqlar xidməti öz arxivlərini alimlər üçün açıq edəcək. Bu haqda fevralın 5-də sosial şəbəkənin rəsmi bloqunda yazılıb.

Tarix: 06/02/14 Türkiyədə saytlar məhkəmənin icazəsi olmadan bağlana bilər

Türkiyə Böyük Millət Məclisi hakimiyyətin internet üzərində nəzarət sahəsində səlahiyyətlərini xeyli genişləndirən qanun layihəsini qəbul edib.

Tarix: 06/02/14 “Twitter” istifadəçilərinin sayı 240 milyonu ötüb

“Twitter” mikrobloqlar servisinin aylıq istifadəçilərinin sayı 241 milyon təşkil edib, 2013-cü ilin oktyabrından servisin auditoriyası 9 milyon artıb. Bu barədə şirkətin saytındakı məlumatda deyilir.

Tarix: 06/02/14 “YouTube”un rəhbəri dəyişəcək

“Bloomberg” agentliyinin yaydığı məlumata əsasən, “Google”un baş vitse-prezidenti Süzan Voysiski yaxın vaxtlarda “YouTube” videohostinqinə  başçılıq edəcək

Tarix: 05/02/14 ABŞ-da “Facebook” istifadəçilərinin 10%-i gündəlik statusunu yeniləyir

ABŞ-da “Facebook” sosial şəbəkəsi istifadəçilərinin təxminən 10%-i  hər gün öz statusunu yeniləyir. Bu haqda “Pew Research Center” şirkətinin “Facebook”un 10 illiyinə həsr edilmiş tədqiqatında deyilir.

Tarix: 05/02/14 Mark Zukerberq: “Necə oldu ki, mən ”Facebook”u yaratdım?!”

“Facebook” öz onilliyinə həsr olunmuş  istifadəçilərinin sosial şəbəkədə ilk məşhur postlarını əks etdirən “Look back” (geriyə nəzər sal) səhifəsini yaradıb.

Tarix: 05/02/14 Qatarlarda internetə giriş pulsuz olacaq

Dəmir yolu stansiyaları ilə yanaşı, hərəkətdə olan qatarlarda da internetə giriş pulsuz olacaq. Belə ki, Azərbaycan Dəmir yolları şəbəkəsində “Wİ-Fİ” sistemi qurulacaq.

Tarix: 05/02/14 İnternetdə 920 milyondan çox sayt işləyir

“Netcraft” analitik şirkəti internetdə işləyən bloq və saytların sayı haqqında fevral ayına olan statistikanı dərc edib. Şirkətin məlumatına görə, fevralın 1-dək internetdə 920 milyondan çox sayt işləyib ki, bu da ötən ayla müqayisədə 58 milyon çoxdur.

Tarix: 04/02/14 Vüqar Əliyev: “Onlayn medianın təhlükəsiz şəraitdə funksionallığının təmin edilməsi dövlət üçün böyük əhəmiyyət kəsb edir”

"Azərbaycan dövləti ölkədə informasiya təhlükəsizliyinin qorunmasına xüsusi önəm verərək bu istiqamətdə lazım olan bütün addımları atır”.

Tarix: 04/02/14 Yerli internet provayderdən istifadəçilərinə hədiyyə

İstifadəçilərinə iqtisadi cəhətdən əlverişli, yüksək keyfiyyətli və istifadədə rahat xidmət proqramlarını təqdim edən “AzDataCom” bu dəfə də onlar üçün növbəti yeniliklərin tətbiqinə başlayıb. Belə ki,  abonentlər abunə haqqını  5 aylıq ödəyərsə 1(bir)  ay, 10 aylıq ödəyərsə 2 (iki)  ay internetdən hədiyyə olaraq pulsuz istifadə edə bilər.

Tarix: 04/02/14 "Facebook" xəbərlərin oxunması üçün tətbiq çıxarıb

"Facebook" sosial şəbəkəsi fevralın 3-də "Paper" tətbiqini təqdim edib. O, "Facebook" sosial şəbəkəsində dərc edilmiş xəbər və başqa yazıların oxunması üçün nəzərdə tutulub. Sözügedən tətbiq hələ ki yalnız ABŞ istifadəçilərinə əlçatandır.

Tarix: 04/02/14 “AzDataCom” şəbəkəsinin regionlar üzrə tarifləri endirilib

“Elektron hökumət” proqramı çərçivəsində yaradılan və respublikanın bütün ərazisini əhatə edən məlumatların ötürülməsi şəbəkəsi – “AzDataCom”un regionlar üzrə tarifləri endirilib. Belə ki, tariflər fevral ayının 1-dən 5 MB üçün 30 manat, 6 MB üçün 40 manat, 8 MB üçün 60 manat, 10 MB üçün isə 80manat müəyyənləşdirilib.

Tarix: 04/02/14 Musiqi əsərini elektron qaydada necə qeydiyyatdan keçirmək olar?

Azərbaycan Müəllif Hüquqları Agentliyi musiqi əsərini elektron qeydiyyatdan keçirmək qaydalarını açıqlayıb.

Tarix: 04/02/14 Bu gün “Facebook”un yaradılmasından 10 il ötür

2004-cü il fevralın bu günü  Harvard Universitetinin tələbəsi Mark Zukerberq “The Facebook” adlı sosial şəbəkəni istifadəyə verib.








18 Avqust 2019

17 08 2019

17/08/19
“NVIDIA” və “AutoX” şirkətləri Avropa bazarı üçün avtomatlaşdırılmış taksi hazırlayacaq

2020-ci ilin sonunadək “NVIDIA” qrafik prosessorlar istehsalçısı “AutoX” və “NEVS” şirkətləri ilə 

17/08/19
“iPhone” smartfonunda yeni təhlükəli boşluq aşkar edilib

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə “iPhone” qurğusuna müdaxilə etməyə 

17/08/19
Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin