bölmədə 5632 material var

Tarix: 02/10/13 Azərbaycanda daxil olan trafikin orta sürəti 4.56 Mbit/s təşkil edir

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib.

Tarix: 02/10/13 “Sazz İnternet”in əhatə dairəsinə Pirallahı adası və Pirşağı qəsəbəsi də daxil edilib

“Sazz İnternet” provayderi ölkədə “İKT ili”nin elan edilməsi ilə əlaqədar tərtib etdiyi geniş inkişaf proqramını uğurla həyata keçirməyə davam edir.

Tarix: 30/09/13 İnternet istifadəçilərinin 50%-dən çoxu şəbəkədə özü haqqında informasiya axtarır

“mashable.com” saytı Amerikanın “Pew Research Center” araşdırma  şirkətinin məlumatlarına istinadən yazır ki, internet istifadəçilərinin təxminən 56%-i ən azı bir dəfə axtarış sistemində öz adını axtarıb.

Tarix: 28/09/13 Fransa “Google” şirkətini 300 min avro cərimələyib

Fransa “Google” şirkətini 300 min avro dəyərində cərimələyib. Bu qərar  internet nəhənginin məlumatların təhlükəsizlik qaydalarını pozması ilə izah edilib.

Tarix: 28/09/13 Azərbaycan Mədəniyyət Mərkəzinin veb-saytı hazırlanıb

Azərbaycanın Özbəkistan Respublikasındakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin veb-saytı (www.azculture.uz) yaradılıb və internet məkanında yerləşdirilib.

Tarix: 27/09/13 “Google” axtarış sisteminin alqoritmini təkmilləşdirib

“Google” şirkətinin axtarış sisteminin işi “Hummingbird” adlı yeni alqoritmə keçirilib. Əslində sistem bir ay əvvəl yeni alqoritmlə  işləməyə başlayıb, lakin şirkət onun üstünlükləri haqqında yalnız indi danışmağa qərar verib.

Tarix: 27/09/13 “Facebook” istifadəçilərə şərhləri dərc etdikdən sonra redaktə etməyə icazə verib

“Facebook” sosial şəbəkəsində əvvəllər dərc edilən şərhləri redaktə etmək üçün imkan yaradılıb. Müvafiq funksiya sosial şəbəkənin saytına, eləcə də “Facebook”un “Android” əməliyyat sistemi üçün nəzərdə tutulan mobil əlavəsinə inteqrasiya edilib.

Tarix: 27/09/13 Daha bir ATS-in abunəçiləri “AzStarNet”in xidmətlərindən istifadə edə bilərlər

“AzStarNet”  şəbəkə operatoru və internet provayderi əhatə dairəsini genişləndirib. Şirkətin yaydığı məlumata görə, Sahil qəsəbəsində yerləşən ATS-446-da ADSL avadanlığı quraşdırılıb

Tarix: 27/09/13 “MilliÖN” nağdsız ödənişləri qəbul etməyə hazırlaşır

 “Komtec LTD” şirkətinin “MilliÖN” ödəmə terminallarında yaxın zamanda kartla ödəniş etmək mümkün olacaq.

Tarix: 27/09/13 “Google” 15 yaşını qeyd edir

Dünyanın ən böyük axtarış sisteminin əsas səhifəsində “Google” şirkətinin yaranmasının 15 illiyi şərəfinə bayram loqosu yerləşdirilib.

Tarix: 27/09/13 “Ebay” ödəniş platformasını genişləndirir

“Ebay” internet şirkəti “Braintree” ödəniş platformasını 800 milyon dollara satın almasını bəyan edib.

Tarix: 27/09/13 “Firefox” “Flash”dan başqa bütün plaqinləri deaktiv edəcək

“Firefox” brauzerinin yeni versiyasında “Flash Player”dən başqa bütün plaqinlər (proqramın imkanlarını genişləndirən modullar) deaktiv ediləcək.

Tarix: 26/09/13 Çində mobil istifadəçilərin sayı 1,196 milyarda çatıb

Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dərc olunmuş məlumatlara əsasən, avqust ayının yekununa görə mobil rabitə xidmət istifadəçilərinin sayı 1,196 milyard olub ki, bu da ötən ayla müqayisədə 0,88% və ötən ilin müvafiq dövrü ilə isə 11.51% çoxdur.

Tarix: 26/09/13 ADİU-nun 4 saylı tədris korpusunda “Wi-Fi” sistemi quraşdırılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris korpusu əsaslı yenidənqurmadan sonra fəaliyyətə başlayıb.

Tarix: 26/09/13 Məşhur sosial şəbəkə Avropa nümayəndəliyini genişləndirir

“Twitter” şirkəti Dublində yerləşən Avropa mənzil-qərargahının işçi heyətinin sayını iki dəfə artıracaq.








27 Aprel 2024

26 04 2024