bölmədə 5602 material var

Tarix: 22/06/11 “Firefox” səyyahının beşinci versiyası istifadəyə verilib

“Mozilla Foundation” təşkilatı “Firefox” məşhur səyyahının beşinci versiyasını istifadəyə verib. 5-ci versiyanı firefox.com saytından yükləmək mümkündür. “Firefox 5” CSS-animasiyalı səyyahın yeni versiyasında HTML5, “Javascript” ilə iş yaxşılaşdırılmış və kompyuter resurslarının istifadəsi optimallaşdırılmışdır.

Tarix: 21/06/11 Rayonlarda genişzolaqlı internet xidmətləri genişlənir

“AvirTel” şirkəti respublikanın rayonlarında genişzolaqlı internet xidmətlərini genişləndirməyi qarşıya məqsəd qoyub”. Bu barədə “AvirTel” şirkətinin rəhbəri İsmayıl Şabani məlumat verib. “Bakıda Dial- up, ADSL, E-1 və simsiz rabitə vasitəsilə yüksək sürətli internet xidmətini təqdim etmişik və həmçinin, Azərbaycanın iri rayonlarını da bu xidmətlə təmin etməyi planlaşdırırıq” .

Tarix: 21/06/11 Simsiz internetə qoşulma daha da asanlaşdı

Bakı və Abşeron yarımadasında simsiz genişzolaqlı internet-provayder xidmətləri göstərən «Elcell» şirkəti ilə paytaxtda ən böyük «WiFi» şəbəkəsi olan «Hotnet» arasında rouminq üzrə saziş imzalanıb.

Tarix: 21/06/11 “Facebook” auditoriyası qocalır

Dünyanın ən məşhur veb-resurslarının üçlüyünə daxil olan “Facebook” sosial şəbəkəsi internetin gənc istifadəçiləri arasında məşhurluğu sürətlə itirməyə başlayıb. Bu barədə “Forbes” statistik məlumatlarına əsasən, “Facebook”un artan auditoriyasının ən hiss olunan azalması ABŞ, Kanada və Böyük Britaniyada qeydə alınıb.

Tarix: 20/06/11 “Google” Britaniya kitabxanasının arxivini dərc edəcək

“Google” şirkəti Britaniya kitabxanasının arxivini açıq girişdə dərc edəcək. “Google” və kitabxana arasında razılaşma tarixi XVIII əsrə və daha sonraya qoyulmuş mətnlərə aiddir.

Tarix: 20/06/11 “Skype” bir neçə top-meneceri işdən azad edib

İnternet-telefoniya xidmətini idarə edən “Skype Technologies S.A”. şirkəti rəhbər şəxslərdən bir neçə nəfəri işdən azad edib. Məlumata görə, şirkətin 4 vitse-prezidenti “Skype”dakı vəzifəsindən məhrum edilib: Devid Qurl , Kristofer Din , Don Albert və Rass Şou .

Tarix: 20/06/11 Şirkətlərə şəxsi domen zonalarını almağa icazə veriblər

İCANN (The Internet Corporation for Assigned Names and Numbers) korporasiyası ticarət markasının adı ilə uyğun gələn yuxarı səviyyə domen adlarının tətbiqini qərara alıb. İCANN-ın qərarına əsasən, böyük şirkətlər artıq mövcud olan org və .com kimi domen zonalarından deyil, artıq şəxsi adlarından istifadə edə biləcəklər.

Tarix: 18/06/11 Britaniyalı oğurlanmış velosipedini «Facebook” la tapıb

Britaniyalı Saymon Malholl oğurlanmış velosipedini “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tapıb. Malhollun velosipedini onun Oksfordşirdəki evindən oğurlayıblar. Sahibi öz “ikitəkərli dost”unu qıfılla bağlamasa da, cinayət müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Tarix: 17/06/11 .az domen zonasında 11 757 sayt qeydiyyatdan keçib

2011-ci il iyunun 16-na olan məlumata əsasən, .az domen zonasında 11 757 sayt qeydiyyatdan keçib. Qeydiyyatdan keçən saytların sayı çox olsa da, onların bir çoxu işləmir. Cari ilin əvvəlindən .az domen zonasında 1342 sayt ləğv edilib, 2180 yeni sayt yaradılıb.

Tarix: 17/06/11 "Facebook"dan istifadə edən azərbaycanlıların sayı 400 mini keçib

"Facebook"-un reklam verənlər üçün açdığı rəqəmlərdən yararlanaraq hazırladığı statistikaları birləşdirən Socialbaker saytı növbəti update-ini edib. Sürətlə istifadəçiləri artan şəbəkənin üzvləri 700 milyondur.

Tarix: 17/06/11 “Oracle” “Google”dən milyardlarla dollar almaq niyyətindədir

Dünyada proqram təminatının ən böyük istehsalçısı “Oracle” “Google” korporasiyasından mobil əməliyyat sistemi “Android”də patentləşmiş texnologiyalardan qeyri-qanuni istifadə etdiyinə görə bir neçə milyard dollar tələb edib.

Tarix: 17/06/11 İnternet-telefoniya bazarının həcmi 2015-ci ilə ikiqat artacaq

“Point Topic” şirkəti 2015-ci ilə qədər internet-telefoniyanın qlobal bazarı üzrə proqnozu açıqlayıb Qiymətləndirmələrə görə, keçən il IP-telefoniya sistemləri onların operatorlarına təxminən 17,3 milyard dollar qazandırıb. 2009-cu illə müqayisədə artım 12,6% təşkil edib. Onilliyin ortasına, gözlənildiyi kimi, bazarın həcmi 2 dəfədən çox artacaq.

Tarix: 17/06/11 Elektron pullarla aparılan əməliyyatlar tənzimlənəcək

Azərbaycanda elektron pullarla əməliyyatların tənzimlənməsi üzrə normativ-hüquqi baza hazırlanır. Milli Bank tərəfindən elektron pullarla əməliyyatların tənzimlənməsi üzrə normativ-hüquqi bazanın hazırlanması ilin sonunadək başa çatacaq. Milli Bankdan verilən məlumatda deyilir ki, qanunvericiliyə görə, hazırda məbləğ 150 avrodan çox olmadıqda hesabdakı elektron pullar anonim ola bilər, əks halda onlar şəxsləndirilməlidir.

Tarix: 16/06/11 Bütün otellər internet vasitəsilə sifarişlər qəbul edə biləcəklər

Azərbaycan “Eurovision” mahnı yarışmasına bütün sahələr kimi, yüksək keyfiyyətli mehmanxanaları ilə də hazır olacaq. Bu barədə açıqlama verən Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, artıq payızda bütün Azərbaycan mehmanxanaları nömrələrin onlayn-bronlaşdırılması xidmətlərinin göstərilməsinə başlayacaq.

Tarix: 16/06/11 “Google” kompyuterlərdə səsli axtarış xidməti istifadəyə verir

Kompyuter istifadəçiləri “Google” axtarış servisində səsli axtarış funksiyasından istifadəedə biləcək. “Google” nümayəndələrinin sözlərinə görə, yeni funksiya gələn həftədən işə salınacaq. Əvvəlcə sistemin yalnız ingilis dilində sorğuları qəbul edəcəyi bildirilir. Səsli sorğunu daxil etmək üçün axtarış sətrinin yaxınlığında mikrofon işarəsini işə salmaq lazımdır.








17 Oktyabr 2019

16 10 2019

16/10/19
“Google” şirkəti USB daşıyıcı formasında olan təhlükəsizlik açarı təqdim edib

“Google” şirkəti USB daşıyıcı formasında hazırlanmış miniatür təhlükəsizlik açarını təqdim edib. “Titan S

16/10/19
“Adobe” məhsullarında 80-dən çox boşluq aradan qaldırılıb

“Adobe” şirkəti “Acrobat” və “Acrobat Reader”, “Experience Manager” və “Download

16/10/19
Smartfonun yüksək iş qabiliyyətini qoruyan sadə üsul açıqlanıb

İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğun

16/10/19
Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı 

16/10/19
“Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71%-dən çox artıb

Məlum olduğu kimi, “Microsoft” şirkəti bir neçə ay sonra “Windows 7” əməliyyat sisteminin dəstəyini dayan

16/10/19
“Google Pixelbook Go” noutbukunun təqdimatı olub

“Google” şirkəti ənənəvi oktyabr tədbirində yeni “Pixelbook Go” noutbukunu rəsmən təqdim edib.

16/10/19
“Google” hərəkət sensoruna malik ilk smartfonunu təqdim edib

ABŞ-ın “Google” şirkəti tərəfindən təqdim edilmiş “Pixel 4” smartfonu hərəkət sensoru və təkmilləşdirilm

16/10/19
Sahibini izləyən robot-çamadan təqdim edilib

İtaliyanın “Vespa” motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən “Gita”