bölmədə 5632 material var

Tarix: 28/10/13 Sualtı “Wi-Fi” şəbəkəsi yaradılacaq

ABŞ-ın Buffalo Universitetinin tədqiqat qrupu “Wi-Fi” bağlantısını okeanın dibində qurmağa imkan verən sualtı simsiz şəbəkə yaratmağa nail olub. 

Tarix: 26/10/13 “Sazz İnternet” Zaqatala şəhərində fəaliyyət göstərməyə başladı

 İndi şəhər sakinləri “Sazz 4G” xidməti sayəsində saniyədə 10 meqabitə qədər sürətlə telefon xətti olmadan birbaşa internetə qoşula biləcəklər.

Tarix: 26/10/13 Saytlara daxil olmaq üçün yeni üsul hazırlanıb

Amerikadan olan proqramçı Stiv Gibson saytlarda tanınma – autentifikasiya üçün yeni üsul hazırlayıb. Proqramçı yeni üsulu “SQRL – (Secure QR Login)” standartı adlandırıb.

Tarix: 25/10/13 “Mail.Ru”nun üçüncü rübdə mədaxili üç dəfə artıb

“Mail.Ru” bu ilin üçüncü rübündə həyata keçirdiyi işlərlə bağlı hesabat verib.

Tarix: 25/10/13 “Instagram” gələn həftədən reklam nümayişinə başlayacaq

“Instagram” fotoxidmətindən bildirilib ki, gələn həftədən etibarən ABŞ-da istifadəçilər üçün foto və videoreklam nümayişi üçün sınaq proqramın reallaşdırılmasına başlanacaq.

Tarix: 25/10/13 “VikiHərəkat” çərçivəsində Lənkəranda təlim başlayır

“VikiHərəkat” çərçivəsində “Vikipediya” ilə bağlı keçirilən təlimlərin ikinci mərhələsi üzrə növbəti təlim 26 oktyabrda Lənkəranda (Cənub regionu üzrə) keçiriləcək. Təlimdə “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək.

Tarix: 25/10/13 “Twitter”in aktiv istifadəçilərinin sayı 230 milyonu ötür

“Twitter”in aktiv istifadəçilərinin sayı hazırda 230 milyonu ötür ki, bu da təxminən “LinkedIn” peşəkar sosial şəbəkəsinin auditoriyasına bərabərdir, lakin “Twitter”in oxucuları daha çoxdur.

Tarix: 24/10/13 “Instagram”da populyar videoməzmunun 40%-i brendlər tərəfindən yerləşdirilib

“Instagram” fotoxidmətində yerləşdirilən populyar videoçarxların təxminən 40%-i kommersiya şirkətləri və brendlərə məxsusdur.

Tarix: 24/10/13 Elektron “Dərslik” portalı üçün nəzərdə tutulmuş materiallar müzakirə olunub

Elektron “Dərslik” portalı üçün nəzərdə tutulmuş materialların müzakirəsi keçirilib.

Tarix: 24/10/13 “Japan Display” 3840×2160 təsvir ölçülü 12 düymlük ekran təqdim edib

“Toshiba”, “Sony” və “Hitachi” daxil olmaqla “Japan Display” birgə müəssisəsi 3840×2160 nöqtə təsvir ölçülü (4K) 12,1 düymlük ekran təqdim edib.

Tarix: 24/10/13 “LinkedIn” mobil istifadəçilərinin bazasını artırmaq niyyətindədir

“LinkedIn” peşəkar sosial şəbəkəsi bildirib ki, hazırda istifadəçilərin  təxminən 38%-i mobil qurğular üzərindən resursa daxil olur. Gələn il bu göstərici 50%-dək artacaq. “LinkedIn” istifadəçilərinin ümumi bazası hazırda 238 milyon insan təşkil edir.

Tarix: 24/10/13 Bakıda Dənizkənarı Bulvarda yeni nəsil taksofonların sayı artırılacaq

Bakıda Dənizkənarı Bulvarda qurulan yeni nəsil taksofonların sayı artırılacaq. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən  məlumat verilib.

Tarix: 24/10/13 “Facebook” və “Apple” lobbiçiliyə ən çox pul ayıran şirkətlərdir

“Facebook” və “Apple” şirkətləri 2013-cü ilin üçüncü rübündə ABŞ-da lobbizm üçün xərcləri xeyli artırıb. Bu barədə şirkətlərin sənədlərinə istinadən “Consumer Watchdog” hüquq müdafiə resursu məlumat verib. 

Tarix: 24/10/13 “ICANN” dörd yeni domen zonası haqda elan verib

“ICANN” internet korporasiyası dörd yeni domen zonasını təqdim edəcəyini elan edib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, yeni domenlərin yaxın bir neçə həftə ərzində yayılacağı gözlənilir.

Tarix: 24/10/13 İnternet nəhəngi Misiri tərk edir

ABŞ-ın nəhəng “Yahoo!” internet şirkəti Misirdəki bölməsinin bağlanmasını və sayı açıqlanmayan bütün yerli əməkdaşların işdən azad olunmasını bəyan edib.








28 Aprel 2024

27 04 2024