bölmədə 5632 material var

Tarix: 15/04/14 “MilliÖN” şəbəkəsində daha 5 bankın ödənişi qəbul ediləcək

“Komtec” şirkəti “MilliÖN” ödəmə köşklərində qəbul etdiyi bank xidmətlərinin ödənişlərini genişləndirir.

Tarix: 15/04/14 Daha bir bankın müştəriləri kreditlərini “Hesab.az” portalında onlayn qaydada ödəyə bilərlər

“Hesab.az” elektron ödəmə portalına “Bank Respublika”nın kredit ödənişləri əlavə olunub. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq istifadəçilər “Hesab.az”da olan şəxsi kabinetə daxil olaraq, “Bank və Lizinq” bölməsində “Bank Respublika” kredit ödənişlərini həyata keçirə bilərlər.

Tarix: 15/04/14 Naxçıvan əhalisi artıq elektrik enerjisi və qaz haqlarını internet üzərindən ödəyə bilər

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvanın “Elektron hökumət” portalında növbəti elektron ödənişli xidmətlər istifadəyə verilib.

Tarix: 14/04/14 Gənclərə sosial şəbəkələrdə düzgün iştirak vərdişləri aşılanacaq

Azərbaycanda “Yeni  media və sosial şəbəkələrdə gənclərin ictimai məsuliyyətinin artırılması” mövzusunda layihə həyata keçirilir.

Tarix: 14/04/14 “Amazon” şirkətinin direktoru maaşının artırılmamasını istəmir

“Amazon.com” şirkətinin yaradıcısı və əsas icraçı direktoru Ceff Bezos 2013-cü ildə 1,68 milyon dollar qazanıb. 2012-ci illə müqayisədə Bezosun kompensasiya paketi dəyişməz qalıb.

Tarix: 14/04/14 “Twitter” istifadəçilərinin 50%-i öz mikrobloqlarında heç vaxt tvit yazmayıblar

“Topcharts” analitikləri bu yaxınlarda populyar “Twitter” mikrobloqlar xidmətinin auditoriyasının təhlilini aparıb. Onların qiymətləndirməsinə görə, xidmətin istifadəçilərinin təxminən yarısı (44%-i) öz mikrobloqlarında heç vaxt tvit yazmayıblar, onlar yalnız başqa mikrobloqları oxuyurlar.
 

Tarix: 14/04/14 “Facebook” pulköçürmə sistemi yaradır

“Facebook” şirkəti tezliklə şəxsi elektron pul sistemini istifadəyə verəcək.

Tarix: 14/04/14 2014-cü ildə internet reklamı bazarının həcmi 120 milyard dolları ötəcək

“ZenithOptiMedia” agentliyi analitiklərinin qiymətləndirməsinə əsasən, cari ildə qlobal internet reklamı bazarının həcmi 537 milyard dollara çatacaq.

Tarix: 14/04/14 Niderlandda pirat kontentin yüklənməsi qadağan olunub

Niderland Milli Təhlükəsizlik və Ədliyyə Nazirliyi ölkədəki bütün pirat kontenti qeyri-qanuni elan edərək onun yüklənməsini qadağan edib. İndiyədək istifadəçilər şəxsi istifadə üçün lisenziyasız musiqi və filmləri yükləyə bilirdilərsə, yeni qaydalar onları bu imkandan məhrum edib.

Tarix: 12/04/14 “OpenSSL” paketinin kodunda səhv buraxmış proqramçı diqqətsizliyini etiraf edib

“TJournal” yazır ki, “OpenSSL” paketinə “Heartbleed” kritik boşluğunu əlavə etmiş alman proqramçısı Robin Zeqqelman deyib ki, bunu bilmədən edib. Avstraliyanın “The Syndey Morning Herald” qəzetinə müsahibə vermiş Zeqqelman deyib ki, “Heartbleed” boşluğu kodda təsadüfən buraxılıb.

Tarix: 12/04/14 Azərbaycanın prosessinq mərkəzi onlayn kredit ödəmələri üzrə fəaliyyətini genişləndirir

Azərbaycan Beynəlxalq Bankının “AzeriCard” prosessinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində bankın veb-saytında onlayn kredit ödəmələrin həyata keçirilməsi imkanı yaradılıb.

Tarix: 11/04/14 “Milliön” köşklərində “e-Wallet” sistemi tətbiq ediləcək

"Komtech" şirkəti "Milliön" köşklərində “e-Wallet” elektron pul cüzdanı sistemini tətbiq edəcək.

Tarix: 11/04/14 2013-cü ildə Rusiyanın internet auditoriyası 9% artıb

"Yandeks" şirkəti Rusiyanın regionlarında internetin inkişafı statistikasını dərc edib. Məlumata görə, 2012-ci ilin payızından 2013-cü ilin payızınadək Rusiyanın internet auditoriyası yalnız 9% artıb. Bu, son 10 ildə ən aşağı göstərici olub. Bununla belə, yuxarıda göstərilmiş müddətdə 5 milyondan çox yeni istifadəçi internet məkanına daxil olub.

Tarix: 11/04/14 Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi iş yeri haqda arayışların təqdim olunmasını asanlaşdıracaq

Artıq bundan sonra işçi vətəndaşların bu və ya digər məsələlərlə əlaqədar iş yerləri və ya əməkhaqları barədə arayış təqdim etmələri işi xeyli asanlaşacaq

Tarix: 11/04/14 Mütəxəssislərimizə informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlər görməyin yolları aşılanır

Mütəxəssislərimizə viki-mühitdə real və potensial təhlükə mənbələrini vaxtında aşkar etmək, ölkəmizə qarşı aparılan informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlər görmək, analiz etmək və s. ilə bağlı lazımi bilik və təcrübə aşılanır. Bu sahədə daha güclü bilik və bacarıqları onlar viki-qruplarda qazanacaqlar.








27 Aprel 2024

26 04 2024