bölmədə 5632 material var

Tarix: 29/03/13 Miqrasiya haqqında qanunvericiliyin pozulmasına görə tətbiq olunan cərimələr internet vasitəsilə ödənilə bilər

Miqrasiya haqqında qanunvericiliyin pozulmasına görə tətbiq olunan cərimələrin internet vasitəsilə ödənilməsi xidməti tam avtomatlaşdırılıb.

Tarix: 28/03/13 “Facebook”un yaradıcısı lobbiçiliklə daha ciddi məşğul olacaq

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq lobbiçiliklə məşğul olacaq qurum yaradır və siyasətlə məşğul olmağa hazırlaşır. “ICTnews” xəbər xidmətinin “www.sotovik.ru”-ya istinadən verdiyi məlumata əsasən, yaxın zamanda Silikon Vadisində (Silicon Valley) M. Zukerberqin aktiv iştirakı ilə ABŞ-ın aparıcı İT şirkətlərinin maraqlarını müdafiə edəcək lobbist firma yaradılacaq.

Tarix: 28/03/13 2014-cü ildə “Twitter”in reklam gəliri 1 milyard dolları ötəcək

“EMarketer” analitik şirkətinin proqnozuna əsasən, gələn il “Twitter” sosial şəbəkəsinin reklam gəliri 1 milyard dolları ötə bilər, halbuki bu il bu məbləğ təxminən 583 milyon dollar olacaq. Hesabat müəlliflərinin sözlərinə görə, “Twitter”in reklam gəlirinin artması şirkətin mobil sahədə fəallığının artması ilə bağlıdır. Mobil reklamdan əldə olunan gəlir

Tarix: 28/03/13 “Azerdict”in internet səhifəsi yenilənib

Azərbaycanca dil və lüğət xidməti – “Azerdict”in saytının yeni versiyası istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin “www.azerdict.com ” saytına istinadən verdiyi məlumata görə, saytdakı dəyişikliklər sırf kosmetik xarakter daşımır, saytın daha sürətli fəaliyyət göstərə bilməsi və optimallaşdırılması üçün bütün kodları yenidən və ən son yeniliklərdən istifadə edilərək yazılıb.

Tarix: 28/03/13 Dünyada internetin sürətinin zəifləməsinin səbəbi məlum olub

Britaniya KİV-nin yaydığı məlumata əsasən, naməlum hakerlər artıq bir həftədən çoxdur ki internet tarixində görünməmiş kiberhücum həyata keçirirlər. Nəticədə internetin sürəti azalır və qlobal şəbəkə xidmətlərində nasazlıqlar qeydə alınır.

Tarix: 28/03/13 İnternet məkanında ilk Azərbaycan filmləri kinoteatrı istifadəyə verilib

Qlobal internet məkanında ilk “Az.Cinema Online” adlı Azərbaycan filmlərinin və videolarının inkişafı və yayımlanmasına yönləndirilmiş internet kinoteatrı yaradılıb.

Tarix: 27/03/13 “ICANN” ticarət markalarının mühafizəsi üçün sistem istifadəyə verəcək

“ICANN” internet korporasiyası biznes strukturlarına öz brendlərinə uyğun domen adlarını qeydiyyatdan keçirmək imkanını təqdim edən məlumat bazasını istifadəyə verib.

Tarix: 27/03/13 2017-ci ildə “Mobil bankinq” xidmətlərindən daha çox planşet istifadəçiləri istifadə edəcək

“Mobil bankinq” xidmətlərinə, eləcə də, planşetlərə istifadəçilərin marağının artması kontekstində 2017-ci ilədək bank tranzaksiya xidmətlərinin istifadəçi bazasının təxminən 200 minədək artması proqnozlaşdırılır.

Tarix: 27/03/13 Planetin hər yeddinci sakini “YouTube”-a daxil olur

“YouTube” videohostinqi rekord qırmağa davam edir: xidmətin aylıq auditoriyası hazırda 1 milyard unikal istifadəçiyə bərabərdir. Beləliklə, hazırda “YouTube”-da yerləşdirilmiş çarxlara planetin təxminən hər yeddinci sakini və ya Ümumdünya şəbəkəsinə çıxış imkanına malik hər ikinci insan baxır.

Tarix: 27/03/13 Regionlarda genişzolaqlı internet xidmətlərində çıxış imkanı artırılıb

Regionlarda genişzolaqlı internet xidmətlərində çıxış imkanlığı bir qədər də artıb. “Aztelekom” İB-nin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 63 min istifadəçi və ya 2,2 dəfə (121%) artaraq 114 mini keçib. Hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 21,9% təşkil edir. 2012-ci ilin əvvəlində bu göstərici 10,9% olub.

Tarix: 27/03/13 Mobil trafikin həcmi son iki il ərzində üç dəfə artıb

“Net Applications” şirkətinin məlumatına əsasən, son iki il ərzində mobil trafikin həcmi ənənəvi fərdi kompüter göstəricilərinə yaxınlaşaraq təxminən üç dəfə artıb. “Net Applications” analitik şirkətinin hesablamasına görə, cari ilin fevralında mobil trafikin payı 13,2% olub ki, bu, mütləq rekord göstərici sayılır.

Tarix: 27/03/13 TQDK-nın sınaq imtahanlarına yazılış mart ayının sonlarında aparılacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış mart ayının sonlarında (Novruz Bayramından sonrakı ilk iş günlərində) aparılacaq.

Tarix: 19/03/13 2013-cü ildə qlobal “LTE” trafik 207% artacaq

“ABI Research” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin sonuna mobil trafikin ümumi həcmi 13412 petabayt olub ki, bu da ötən ilin göstəricisindən 69% çoxdur. Bu halda trafikin 46%-ni “3G” texnologiya ötürülən məlumatlar təşkil edib.

Tarix: 19/03/13 “Twitter” sosial şəbəkəsinin banisi Nyu-Yorkun meri olmaq istəyir

“Twitter” sosial şəbəkəsinin banisi Cek Dorsi Nyu-Yorkun meri postuna namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə 36 yaşlı amerikalı proqramçı və iş adamı müxbirlə söhbət zamanı “SBC” telekanalına bildirib.

Tarix: 19/03/13 Peşə liseylərinin şagirdləri “Şagird-Məzun sistemi” vasitəsilə imtahan qiymətləri ilə tanış ola bilərlər

Peşə liseylərinin şagirdləri imtahan qiymətləri və yekun qiymətləndirmənin nəticələri ilə “Şagird-Məzun sistemi”ndəki öz səhifələrinə daxil olmaqla tanış ola bilərlər.








28 Aprel 2024

27 04 2024