bölmədə 5632 material var

Tarix: 22/11/13 Rusiyada elektron poçt ilə pul göndərmək imkanı təqdim edilib

“Runet” istifadəçiləri ilk dəfə elektron poçt vasitəsilə pul göndərmək imkanı əldə ediblər.
“ICTnews” xəbər xidmətinin “www.top.rbc.ru” saytına istinadən verdiyi məlumata əsasən, artıq onlar tələb olunan məbləği adi fayl kimi məktuba əlavə edərək göndərə bilərlər.

Tarix: 21/11/13 2013-cü ildə mobil genişzolaqlı internet şəbəkələrinə qoşulmaların sayı 2 milyardı ötəcək

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki,  “Ericsson” şirkəti 2013-cü ilin noyabr ayı üzrə mobil genişzolaqlı internet bazarının vəziyyətinə dair hesabat dərc edib.
Qlobal bazara dair aşağıdakı nəticələr çıxarılıb:

Tarix: 21/11/13 “Instagram” indi də “Windows Phone” platformasında

“Instagram” noyabrın 21-də “Windows Phone” mobil platforması üçün rəsmi tətbiq istifadəyə verib. Bu haqda fotoxidmətin rəsmi bloqunda deyilir. Proqramı “Microsoft” internet mağazasından yükləmək olar.

Tarix: 20/11/13 “Mail.ru” ABŞ-da biznesə başlayır

Rusiyanın “Mail.ru” resursu biznesinin Amerika istiqamətini “My.com”u və ona uyğun Qərb istifadəçiləri üçün nəzərdə tutulmuş servisləri işə salır.

Tarix: 20/11/13 Vətəndaşlar Azərbaycan İpoteka Fonduna qəbulla bağlı elektron qaydada müraciət edə bilərlər

Azərbaycan İpoteka Fondunun rəhbərliyi və aidiyyəti şöbələrin səlahiyyətli nümayəndələrinin qəbuluna elektron qaydada yazılmaq mümkündür.

Tarix: 20/11/13 “Milli Net”də saytların və internet layihələrin qeydiyyatı başa çatır

Milli İnternet Mükafatı – “Milli Net” Müsabiqəsində saytların və internet layihələrin qeydiyyatının başa çatmasına 3 gün qalıb. Müsabiqənin Təşkilat Komitəsindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, qeydiyyat müddəti noyabr ayının 23-də başa çatır.

Tarix: 20/11/13 Dünyada pərakəndə onlayn ticarətin ortaillik artım tempi 17 faiz təşkil edib


“A.T. Kearney” şirkəti tərəfindən dərc edilən qlobal onlayn ticarət reytinqinə 30 inkişaf etmiş və inkişaf etməkdə olan ölkə daxil olub.

Tarix: 20/11/13 Sosial şəbəkədə dövlət qurumları və təşkilatları arasında ən böyük istifadəçi aktivliyi “Elektron hökumət” portalındadır

Bu gün Azərbaycandakı dövlət qurumlarının hər birinin rəsmi internet saytı mövcuddur. Ölkədə “Elektron hökumət” layihəsinin icra edildiyi bir vaxtda bütün dövlət qurumları çalışırlar ki, rəsmi saytlarını daim aktiv nəzarətdə saxlasınlar.

Tarix: 19/11/13 “AzQtel” şirkəti “ITU Telecom World 2013” konfransında öz xidmətlərini sərgiləyir

Noyabrın 19-da Taylandın paytaxtı Bankokda “İTU Telecom World 2013” sərgi-konfransı öz işinə başlayıb. Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında təşkil olunmuş və dünyanın 190-dan çox ölkəsində İKT sahəsində ixtisaslaşan 700-dən artıq qurumun qatıldığı

Tarix: 19/11/13 “Yahoo!” data mərkəzlərində məlumatları şifrləyəcək

“Yahoo!” internet şirkəti məlumatların kütləvi şifrləmə sisteminin tətbiqinə başladığını elan edib. 2014-cü ilin əvvəlində şirkət öz data mərkəzləri arasında məlumatların ötürülməsinin şifrlənməsi sistemini, bir qədər sonra serverlərdə istifadəçi məlumatlarının mühafizəli saxlanılması sistemini həyata keçirməyi planlaşdırır. Bu barədə şirkətin baş direktoru Marissa Mayer öz bloqunda bildirib.

Tarix: 19/11/13 Buenos-Ayresdə “ICANN”-ın 48-ci konfransı keçirilir

Buenos-Ayresdə (Argentina) “ICANN” (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) beynəlxalq korporasiyasının say etibarilə 48-ci konfransı keçirilir.

Tarix: 19/11/13 “Google” ABŞ-da mağazalar şəbəkəsi açır

“Google” şirkəti ABŞ-da “Nexus” mobil qurğuları və “Chromebook” noutbuklarının satılacağı mağazalar şəbəkəsi açır. Şirkətin məlumatına görə, bayram mövsümü ərəfəsində “Google” ABŞ-ın altı şəhərində - Nyu-York, Vaşinqton, Çikaqo, Los-Anceles, Sakramento və Paramusda “Winter Wonderlabs” adlı mağazalar şəbəkəsini istifadəyə verəcək.

Tarix: 18/11/13 “Elektron hökumət”lə bağlı suallar “Skype” vasitəsilə də cavablandırılacaq

Vətəndaşların “Elektron hökumət” portalı ilə ünsiyyət imkanı genişləndirilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portalın rəsmi “Skype” ünvanı (e-gov.az1) istifadəçilərin ixtiyarına verilib. Bununla da vətəndaşlar suallarını sözügedən proqram vasitəsilə asanlıqla portala ünvanlaya bilərlər. Müraciət edənlərin sualları operativ şəkildə cavablandırılır.

Tarix: 18/11/13 London internetdə yüksəksəviyyəli domenə malik olacaq

Böyük Britaniya paytaxtı internetdə yüksəksəviyyəli domenə malik olacaq. Burada saytlar 2014-cü ilin yazından etibarən qeydiyyatdan keçmək imkanı əldə edəcək.
 

Tarix: 18/11/13 “Amazon” məlumat bazalarını idarə edəcək

 “Amazon Web Services” (AWS) “bulud” hostinq platforması məşhur açıq “Postgresql” məlumat bazalarının idarə edilməsi sisteminin hosted-versiyasına çıxış təqdim edir. Bu platforma “Amazon RDS” (Relational Database Service) servisinin bir hissəsi olacaq.








28 Aprel 2024

27 04 2024