bölmədə 5632 material var

Tarix: 17/05/13 Avstraliyadakı Azərbaycan icmasının rəsmi saytı yaradılıb

Avstraliyadakı Azərbaycan icmasının rəsmi veb-səhifəsi istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə

Tarix: 17/05/13 Azərbaycanda daxil olan trafikin orta sürəti 4.06 Mbit/s təşkil edir

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib.

Tarix: 16/05/13 İri brendlər “Google“ sosial şəbəkəsindən istifadə etmirlər

“Google”-un məlumatına əsasən, “Google+” sosial şəbəkəsində 400 milyondan çox insan qeydiyyatdan keçib və onların 100 milyonu aktivdir. Buna baxmayaraq, sözügedən sosial şəbəkə reklam kampaniyası qismində ondan istifadə edən iri şirkətləri cəlb etmir.

Tarix: 16/05/13 Məlumat Hesablama Mərkəzi “AzDataKom” istifadəçilərinin sayını açıqlayıb

Hazırda “AzDataKom” genişzolaqlı ADSL xətləri vasitəsilə göstərilən internet xidmətləri üzrə abonentlərin sayı 1520 nəfər təşkil edir. Məlumat Hesablama Mərkəzindən (MHM) “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, istifadəçilərdən 800 nəfəri paytaxtın, 720 nəfəri isə regionların payına düşür. Bununla yanaşı, sözügedən xidmətlərdən 155 korporativ müştəri istifadə edir.

Tarix: 16/05/13 “App Store” onlayn mağazasından yüklənmiş tətbiqlərin sayı 50 milyardı ötüb

“App Store” onlayn mağazasından yüklənmiş tətbiqlərin sayı 50 milyardı ötüb. Yubiley tətbiqini yükləmiş şəxs “Apple” şirkətindən 10 min dollar həcmində hədiyyə sertifikatı alacaq və onu “iTunes”-də satınalmalara xərcləyə biləcək.

Tarix: 16/05/13 “Google+” sosial şəbəkəsinin dizaynı dəyişdirilib

“Google I/O 2013” konfransında internet nəhənginin icraçı prezidenti Vik Qundotra “Google+” sosial şəbəkəsinin dizaynının dəyişdirilməsi haqqında bildirib.

Tarix: 16/05/13 “Azsciensnet” elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) “İKT ili” ilə bağlı Tədbirlər Planı çərçivəsində “Azsciensnet” elm kompüter şəbəkəsinin ölkə üzrə infrastrukturunu inkişaf etdirmək niyyətindədir.

Tarix: 16/05/13 Azərbaycan Milli Elmlər Akademiyası “wiki”-mühitdə ölkə haqda məlumatların daha geniş təqdim edilməsini təmin edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu “İKT ili” ilə bağlı Tədbirlər Planı çərçivəsində ölkəyə dair kontentin və “Wikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycan haqda məlumatların inkişaf etdirilməsi üzrə tədbirlər görmək niyyətindədir.

Tarix: 16/05/13 E-viza üçün sənəd qəbulu sistemi təqdim olunub

"Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli, 2577 saylı Sərəncamının icrasının təmin edilməsi məqsədilə cari ilin 15 mart tarixindən elektron viza sisteminin tətbiqinə başlanılıb.

Tarix: 16/05/13 "Chrome” brauzerinin aktiv istifadəçilərinin sayı 750 milyonu ötüb

“Google” şirkətinin nümayəndələri “Google I/O” konfransı zamanı “Chrome” brauzerinin uğurlarını bölüşüb.

Tarix: 16/05/13 Suriyada internet yenidən söndürülüb

“Renesys” monitorinq şirkətinin məlumatına əsasən, Suriyada internet yenidən kəsilib. Sözügedən ölkədə qlobal şəbəkəyə çıxış imkanı ötən gün səhər saat 10-da yoxa çıxıb.

Tarix: 16/05/13 Azərbaycanda ilk dəfə olaraq onlayn-sığorta xidmətlərinin göstərilməsinə başlanılıb

«GoldenPay» elektron ödəmə texnologiyaları əsasında yaradılan “Hesab.az” portalı və «Atəşgah Sığorta» şirkəti Azərbaycanda ilk dəfə olaraq onlayn-sığorta xidmətlərinin göstərilməsinə başlayıblar.

Tarix: 15/05/13 “Mozilla” şirkəti “Firefox 21” brauzerini istifadəyə verib

“Mozilla” ötən gün “Windows”, “Mac” və “Linux” əməliyyat sistemləri üçün “Firefox 21” brauzerinin sabit versiyasını istifadəyə verib. Tərtibatçılar bildiriblər ki, brauzerin yeni versiyasında populyar sosial şəbəkə və foto və videoların mübadiləsi üçün xidmətlərin dəstəklənməsi təkmilləşdirilib.

Tarix: 15/05/13 “Google” musiqili olacaq

“Google” şirkəti ilkin mərhələdə təkcə Şimali Amerikada işləyəcək “Spotify”- musiqili yayım xidmətini bu həftə ərzində istifadəyə vermək niyyətindədir.

Tarix: 15/05/13 “Outlook.com” elektron poçtuna “Google Talk” inteqrasiya ediləcək

“Microsoft” şirkəti “Outlook.com” elektron poçtunun inkişafı ilə ciddi surətdə məşğul olmağa başlayıb. Belə ki, adıçəkilən şirkət elektron poçtuna yalnız öz layihələrini deyil, həm də rəqiblərinin məşhur xidmətlərini inteqrasiya etməyə başlayıb.








28 Aprel 2024

27 04 2024