bölmədə 5632 material var

Tarix: 05/03/13 “Mail.Ru” şirkətinin "Veb-Agent"i artıq videozəngləri dəstəkləyir

“Mail.Ru” şirkətinin brauzerlər üçün nəzərdə tutulmuş "Veb-Agent" xidmətində videozəng funksiyası istifadəyə verilib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, funksiya hələ ki sınaq rejimində işləyir.

Tarix: 05/03/13 Vergilər Nazirliyi axtarış bazasını yeniləyib

Vergilər Nazirliyi vergi uçotuna alınmış fiziki şəxslər üzrə axtarış bazasını yeniləyib. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə nazirliyin mətbuat şöbəsindən məlumat verilib.

Tarix: 05/03/13 “Chrome” brauzerində verilənləri sıxma funksiyası aktivləşdiriləcək

“Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün “Chrome” brauzerinə verilənlərin sıxılması funksiyasını birləşdirəcək. Bu barədə “Google+” sosial şəbəkəsində tərtibatçı Fransua Bofor deyib.

Tarix: 04/03/13 Balakəndə internet istifadəçilərinin sayı 4 dəfə artıb

Bu il ərzində Balakən rayonunun bütün kəndlərinin sürətli internetlə təmin olunması nəzərdə tutulur. Balakən Telekommunikasiya Qovşağından verilən məlumata görə, əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində Qazbinə və Püştətala elektron telefon stansiyaları üçün yeni binanın tikintisinə başlanılıb.

Tarix: 04/03/13 Aprel ayından etibarən “Milliön” köşklərində su pulunu da ödəmək mümkün olacaq

“Komtech” şirkəti “Milliön” sisteminə yeni xidmət növlərinin əlavə edilməsini planlaşdırır. Şirkətin icraçı direktoru Zöhrab Fərhadovun verdiyi məlumata əsasən, aprel ayından etibarən şirkətin köşklərində “Azərsu” ASC-nin ödənişlərinin qəbuluna başlanılacaq.

Tarix: 04/03/13 Azərbaycanda Milli ödəmə nöqtəsi brendi - “Milliön” təqdim edilib

“Komtech” şirkəti bu gün yeni “Milliön” (Milli ödəmə nöqtəsi) brendini təqdim edib. Belə ki, bundan sonra paytaxtın müxtəlif yerlərində, metro stansiyalarda, keçid və iri ticarət obyektlərində rastlaşdığınız “Paypoint”lar yeni brend altında fəaliyyət göstərəcək.

Tarix: 04/03/13 “EPEG” magistralı bu həftə kommersiya istismarına verilməlidir

“EPEG” (Europe Persia Express Gateway) layihəsi üzrə konsorsium yaxın günlərdə beynəlxalq kabel magistralını kommersiya istismarına verməyi planlaşdırıb.

Tarix: 04/03/13 İSB-nin informasiya sistemində qeydiyyata alınan sığorta tələblərinin sayı açıqlanıb

01.03.2013-cü il tarixə olan məlumata əsasən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi”ndə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən müvafiq icbari sığorta növü üzrə ümumilikdə 6936 sığorta tələbi qeydiyyata alınıb.

Tarix: 04/03/13 Azərbaycanda daxil olan trafikin orta sürəti açıqlanıb

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib. Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,74 Mbit/saniyə təşkil edir. Xatırladaq ki, ötən ilin dekabrında bu göstərici 3,55 Mbit/saniyə olub.

Tarix: 04/03/13 “WLAN” avadanlıq bazarının həcmi yüksək templə artır

2012-ci ilin dördüncü rübündə lokal simsiz şəbəkə (WLAN) bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2% artıb. Korporativ seqmentdə artım 28,5% olub."ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin yekununa görə, "WLAN" korporativ bazarı üzrə ən böyük artım Latın Amerikası (38,7%) və Yaponiyada (38,6%) qeydə alınıb.

Tarix: 04/03/13 “Facebook” “Microsoft”-un “Atlas” reklam platformasını satın alıb

“Facebook” şirkəti “Microsoft”-un “Atlas” adlanan reklam platformasını satın alıb.

Tarix: 02/03/13 İnternetdəki saytların sayı 631 milyonu ötüb

"Netcraft" analitik şirkətinin mart hesabatına əsasən, internetdə 631521198 sayt fəaliyyət göstərir.

Tarix: 02/03/13 “Chrome” brauzerinin payı azalıb

“Net Applications” xidməti 2012-ci ilin fevralı üzrə brauzer bazarı ilə bağlı statistikanı açıqlayıb. Araşdırmaya əsasən, “Internet Explorer” brauzerinin payı artmağa davam edir, lakin “Chrome”-un vəziyyəti o qədər də yaxşı deyil.

Tarix: 01/03/13 Magistraturaya sənəd verən şəxslərin informasiyaları Dövlət Elektron Məlumat Sistemində yerləşdirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılan “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün ərizə vermiş 21 623 bakalavrdan 21 083 nəfərinə dair məlumatlar yerləşdirilib. “ICTnews ” elektron xəbər xidmətinə verilən məlumata görə, bu barədə TQDK-nın rəsmi internet səhifəsində elan yerləşdirilib.

Tarix: 01/03/13 Mobil verilənlər 10 Qbit/s sürətlə ötürülüb

Yaponiyanın “NTT DoCoMo” mobil operatoru mobil verilənləri 10 Qbit/s sürətlə ötürməyi bacarıb ki, bu da istehlakçılar üçün əlçatan müasir sürət limitini 100 dəfə ötür. Bu, “5G” şəbəkəyə doğru atılmış növbəti addımdır. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 2012-ci il dekabrın 11-də Yaponiyanın İsiqaki şəhərində sınaq keçirilmişdi.








28 Aprel 2024

27 04 2024