bölmədə 3428 material var

Tarix: 29/03/13 Dünyanın ən sürətli mikroprosessoru təqdim olunub

“Oracle” korporasiyası iri korporativ sifarişçilər üçün nəzərdə tutulmuş “SPARC T5” prosessoru və onun əsasında işləyən məhsuldar serverlərini təqdim edib.

Tarix: 29/03/13 Kamera ilə təchiz edilmiş ilk ratsiya təqdim edilib

“Motorola Solutions” bu gün “MTP6750” – ilk “Photograph and Intelligence Communications System” (PICS) həlli və 5 meqapikselli kamera ilə təchiz edilmiş səyyar “TETRA” radiostansiyasını təqdim edib.

Tarix: 29/03/13 Əlillər avtomatlaşdırılmış avtomobildən istifadə edəcək

Avropa və ABŞ-da avtomatlaşdırılmış avtomobillər hələ prototip mərhələsində olduğu vaxtda Yaponiyada artıq şəhərin küçələrində bu cür maşınlar hərəkət edir. Onların ölçüləri kiçikdir və qoca və əlillər üçün nəzərdə tutulub.

Tarix: 27/03/13 Robot günəş panellərini çirkdən təmizləyəcək

Yaponiyanın “Miraikikai” şirkətinin mütəxəssisləri günəş panellərinin çirkdən təmizlənməsi üçün nəzərdə tutulmuş robot prototipini nümayiş etdiriblər. Sərbəst hərəkət edən qurğu təmizlənmə prosesi üçün suya ehtiyac duymur. Şirkət gələn il modeli bazara çıxarmağı planlaşdırır.

Tarix: 27/03/13 Dünyada ən yüngül material yaradılıb

Çin alimləri dünyada ən yüngül material hazırlayıblar. Onun çəkisi havanın çəkisindən azdır. İstehsalçılar yeni materialı "qrafen aerogel" adlandırıblar, o, Xançjou Universitetində yaradılıb.

Tarix: 27/03/13 Alimlər verilənləri optik lif vasitəsilə təxminən işıq sürəti ilə göndərməyə nail olublar

Sauthempton Universitetinin alimləri optik lifli birləşmələr vasitəsilə verilənlərin ötürülməsində rekord sürətə nail olmağa imkan verən texnologiya hazırlayıblar. Tədqiqatçıların iddiasına görə, mövcud həllər üzrə verilənlərin ötürülmə sürəti işığın vakuumdakı sürətinin 31%-nə bərabərdir. Tədqiqatçılar qrupunun hazırladığı texnologiyada bu göstərici təxminən 99.7% olub.

Tarix: 19/03/13 “Samsung” şirkəti “ağıllı” saatlar istehsal edəcək

“Samsung” şirkəti qol saatı hazırlayır. Bu barədə “Samsung”un mobil bölməsinin icraçı vitse-prezidenti Li Yen Hi “Bloomberg”ə verdiyi müsahibəsində bildirib.

Tarix: 19/03/13 Yaponiyada insanın nəbzini ölçən kamera hazırlanıb

Yaponiyanın “Fujitsu Laboratories” şirkəti insanın nəbzinin videokameranın köməkliyi ilə ölçülməsi üzrə yeni texnologiya hazırlayıb. Kameranı kompüter, “ağıllı” telefon və planşetə quraşdırmaq mümkündür və o, insan üzünün rənginə əsaslanaraq qana düşən oksigenin cüzi dəyişikliyini belə təyin etməyə “qadirdir”.

Tarix: 18/03/13 Qara brilyantdan hazırlanmış qulaqlıq təqdim edilib

“Monster” şirkəti adlı-sanlı dizayner və şou-biznes ulduzları ilə əməkdaşlıq çərçivəsində çox bahalı və xüsusi audioməhsullar yaradır.

Tarix: 18/03/13 Yüksək temperaturda ifrat keçiricilik xüsusiyyətinə malik material yaradılıb

İfrat keçiricilik xüsusiyyətinə malik materiallar bəşəriyyətə nə kimi fayda gətirə bilər? Yeni yüksək temperaturlu ifrat keçiricilik xüsusiyyətinə malik materiallar hazırlayan alimlər məhz bu suala cavab verməyə çalışırlar.

Tarix: 18/03/13 Superkompüterlərin gücü 100 dəfə artırılacaq

ABŞ-ın “DARPA” agentliyi tərəfindən maliyyələşdirilən proqram çərçivəsində işləyən “IBM” şirkətinin tədqiqatçılar komandası çox böyük tutumlu informasiyanın görünməmiş aşağı enerji sərfiyyatında ötürülməsinin yeni üsulunu hazırlayıblar.

Tarix: 16/03/13 Özü bərpa olunan çip yaradılıb

Alim və mühəndislərdən ibarət komandanın yaratdığı kiçik mikroçip ciddi zədələnmədən sonra belə öz iş qabiliyyətini bərpa etməyə "qadirdir".

Tarix: 16/03/13 Rusiya “iPhone” və “iPad” ilə məsafədən idarə edilən zirehli texnika təqdim etməyə hazırlaşır

Rusiyanın “Uralvaqonzavod” müəssisəsi 2013-2015-ci illərdə yeni hərbi maşınların təqdimatına hazırlaşır. “Uralvaqonzavod”un baş direktoru Oleq Sienkonun Rusiya mətbuatına verdiyi məlumata əsasən, bu maşınlar, ötən il təsdiqlənmiş “Armatı” texniki layihə çərçivəsində istehsal ediləcək və “Т-72”, “Т-80” və “Т-90” hərbi tanklarını əvəz edəcək.

Tarix: 15/03/13 Predmetləri qartal kimi ovlayan robot təqdim edilib (VİDEO)

Castin Tomas və onun Pensilvaniya Universitetindəki həmkarlarının hazırladığı avtomatlaşdırılmış tutma həlli sayəsində kvadrolyotlar predmetləri qartal kimi ovlaya bilir.

Tarix: 15/03/13 “Samsung” şirkəti “Galaxy S4” “ağıllı” telefonunu təqdim edib

“Samsung” şirkəti martın 15-də Nyu-Yorkda yeni “Galaxy S4” “ağıllı” telefonunu təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, aparatın əsas xüsusiyyəti "kontaktsız interfeys"ə malik olmasıdır.








19 Mart 2024

18 03 2024