bölmədə 3428 material var

Tarix: 16/11/13 Unikal kompüter-şəhər inşa olunacaq

Portuqaliyanın Paredeş şəhəri yaxınlığında unikal kompüter-şəhər inşa olunacaq.
Bu qeyri-adi tikintinin özəlliyi ondan ibarətdir ki, bütün elementlər, o cümlədən yol hərəkəti və ya fənər işıqları vahid əməliyyat sisteminin köməyi ilə idarə olunacaq.

Tarix: 05/11/13 Dünyanın sərt disksiz ilk superkompüteri istifadəyə veriləcək

ABŞ-da layihələşdirilən yeni superkompüterdə sərt disk və əməli yaddaş çipləri əvəzinə “SSD” daşıyıcılardan istifadə ediləcək.

Tarix: 05/11/13 Artıq gözlərin köməyi ilə də kompüteri idarə etmək mümkün olacaq

Elm daima inkişaf edir. Belə ki, çox tezliklə insanlar kompüteri gözləri ilə idarə edə biləcəklər.
“ICTnews” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, “The Eye Tribe Tracker” qurğusu Danimarkanın “The Eye Tribe” şirkəti tərəfindən hazırlanıb.

Tarix: 05/11/13 “Toyota” yeni nəsil avtomobil təqdim edib

Yaponiyanın “Toyota” şirkəti bu gün Tokio avtosalonunda rəngini sürücünün əhvalına uyğun dəyişən avtomobil təqdim edib. Şirkətdən bildirilib ki, maşının rəngi sürücünün əhvalından asılıdır, belə ki, avtomobilin salonunda üz və emosiyaları tanıyan xüsusi sistem quraşdırılıb.

Tarix: 04/11/13 Görmə qüsurlu insanlar üçün smart eynək yaradılıb

ABŞ-ın Oksford Universitetinin alimləri görmə qabiliyyəti məhdud olan insanlar üçün çoxfunksiyalı smart eynək yaradıblar. Dünya işığından məhrum olmuş insanların əksəriyyəti işıq və hərəkəti qavramaq iqtidarındadır və hazırlanan qurğu məhz bu imkanlardan istifadə məqsədini daşıyır.

Tarix: 02/11/13 2016-cı ilədək maye-kristal televizorlar “LED” işıqlandırma sistemi ilə təchiz olunacaq

2013-cü ildə fon işıqlanması qismində diodlu işıqlandırmadan (LED) istifadə olunan maye-kristal televizorların (LCD) bazar payı 90 faizə çatacaq. Bu barədə “IHS” analitik-informasiya agentliyinin tərkibinə daxil olan “IMS Research” tədqiqat şirkətinin analitikləri proqnoz verib.

Tarix: 01/11/13 “NAO” robotu 19 dildə danışmağı öyrənib

“Aldebaran Robotics” şirkəti tərəfindən hazırlanan insanabənzər “NAO” robotu indi “Nuance Communication” şirkətinin nitqin tanınması “bulud” sisteminə qoşula bilir. Bu, robota ona edilən müraciətləri başa düşməyə və indiyədək danışdığı 8 dilin sayını 19-a çatdırmağa imkan verir.

Tarix: 01/11/13 “Google” şirkəti yeni “Nexus 5” smartfonunu satışa buraxıb

ABŞ-ın “Google” şirkəti dünən yeni “Nexus 5” smartfonunun satışlarına başlayıb. Korporasiya yenilənmiş qurğunun köməyi ilə ilk növbədə Çin və Yaponiya bazarlarında “Apple” şirkəti ilə rəqabət aparmaq niyyətindədir.

Tarix: 31/10/13 Amerika polisi GPS güllələrini sınaqdan keçirir

Kolorado, Arizona, Ayova və Florida ştatlarından olan polislər hazırda təcrübədə yerli “StarChase” şirkəti tərəfindən yaradılmış eyni adlı unikal güllələri sınaqdan keçirir. Onlar adi güllələrdən fərqli olaraq daxili GPS datçikləri ilə təchiz edilib.

Tarix: 31/10/13 “iPad Air” sələfindən iki dəfə daha məhsuldardır

Ötən həftə “Apple” şirkəti tərəfindən təqdim edilmiş “iPad Air” planşetinin məhsuldarlığına dair ilk sınaqların nəticələri dərc edilib. “Geekbench” bençmarkı ilə əldə edilmiş məlumatlara əsasən yeni “iPad” planşeti sələfindən (dördüncü nəsil “iPad” planşeti) təxminən iki dəfə daha məhsuldardır.

Tarix: 30/10/13 Beyin datçiklərinin köməyi ilə hərbi qulluqçuların psixi durumu yaxşılaşdırılacaq

“DARPA (ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi)” beyin datçiklərinin köməyi ilə hərbi qulluqçuların psixi durumunu yaxşılaşdırmağa hazırlaşır. Qurum neyronların aktivliyini izləyən implant hazırlanması üzrə layihəyə 70 milyon dollar ayırıb.

Tarix: 30/10/13 82 dollarlıq güclü smartfon

Çində tezliklə ucuz “G2F” smartfonunun satışlarına başlanılacaq. 82 dollara satılmasına baxmayaraq, cihaz 4,3 düymlük ekrana (720p), 8 meqapiksellik kamera, 1.3 QHs takt tezlikli dördnüvəli prosessor və 1 QB əməli yaddaşla təchiz olunub.

Tarix: 29/10/13 “Kasperski Laboratoriyası” şirkəti “Vertu” istifadəçilərinə antivirus təqdim edir

“Kasperski Laboratoriyası” şirkəti “lyuks klas”a aid olan mobil telefon istehsalçısı “Vertu” şirkəti ilə strateji əməkdaşlığa başlayıb.

Tarix: 29/10/13 Telefonlar modullardan yığılacaq?!

“Motorola” şirkəti modulyar smartfonların yaradılması üzrə layihə təqdim edib. Bu haqda “Motorola”nın rəsmi bloqunda yazılıb. Layihə “Project Ara” adlanır.

Tarix: 29/10/13 Əllə yazılmış qeydləri elektronlaşdırmaq mümkün olacaq

“Livescribe” şirkətinin təqdim etdiyi smart Livescribe 3 qələminin köməyi ilə əllə yazılmış qeydlər və çəkilmiş şəkillər tez bir şəkildə rəqəmli formata çevrilə bilər.








19 Mart 2024

18 03 2024