bölmədə 3428 material var

Tarix: 17/10/14 “Apple” şirkəti 5K təsvir ölçülü ekranla təchiz edilmiş “iMac” monoblokunu nümayiş etdirib

“Apple” korporasiyası “Retina 5K” (5120x2880 piksel) təsvir ölçüsünə malik ekranla təchiz edilmiş “iMac” kompüter-monoblokunu nümayiş etdirib.

Tarix: 17/10/14 “Apple” şirkəti 6 mm qalınlığında “iPad Air 2” planşetini təqdim edib

“Apple” şirkəti 9,7 düymlük ekranla təchiz edilmiş “iPad Air” planşetinin yeni versiyasını nümayiş etdirib. Qurğunun korpusunun qalınlığı 6,1 mm təşkil edir. Cihaz “Apple”ın baş direktoru Tim Kuk tərəfindən elan edilib.

Tarix: 16/10/14 “Huawei” “ağıllı” qolbaq istehsal edib

Çinin “Huawei” şirkəti “Play Smart” qolbağını nümayiş etdirib.

Tarix: 16/10/14 “Google” yeni qurğularını təqdim edib

“Google” şirkəti “Nexus” istehsal xəttində yeni qurğularını (Nexus 6 smartfonu, Nexus 9 planşeti və Nexus Player media oxuducusunu) təqdim edib

Tarix: 15/10/14 Çində smartfon avtobusun sərnişinin əlində partlayıb

Çinin Sıçuan əyalətinin Nançun şəhərində avtobusların birində müşahidə kamerası qadının əlində mobil telefon partlamasını qeydə alıb.

Tarix: 15/10/14 Finlandiya şirkəti Çin operatoru ilə 970 milyon dollarlıq saziş imzalayıb

Finlandiyanın “Nokia Networks” və Çinin “China Mobile” şirkətləri arasında çərçivə sazişi imzalanıb. Sazişə əsasən, Finlandiya istehsalçısı Çin şirkətinə 970 milyon dollar dəyərində avadanlıq tədarük edəcək və xidmətlər göstərəcək.

Tarix: 14/10/14 “Google”u daha bir menecer tərk edib

“Google”un keçmiş meneceri Cay Mani Çinin “Xiaomi” smartfon istehsalçısının Hindistanda bölməsinin məhsullar üzrə aparıcı meneceri təyin edilib. Bu haqda “The Wall Street Journal” yazıb.
 

Tarix: 14/10/14 “Dropbox” xidmətində səhvən bir sıra istifadəçilərin faylları silinib

“Dropbox” "bulud"unda məlumatların saxlanılması və sinxronlaşdırılması xidməti səhvən onlayn saxlancdan bir sıra istifadəçilərin fayllarını silib. Bu haqda “Gizmodo” texnologiya bloqu yazıb.

Tarix: 14/10/14 “Vertu” 17 min dollarlıq smartfonunu nümayiş etdirib

“Vertu” şirkəti qiyməti 17 min dollardan başlayan “Vertu for Bentley” smartfonunu nümayiş etdirib.

Tarix: 14/10/14 “Raspberry Pi” mikrokompüterinin satış həcmi rekord qırıb

“Pi Foundation” şirkətindən bildirilib ki, “Raspberry Pi” miniatür kompüterinin satış həcmi 3,8 milyonu ötüb. 2012-ci ilin yazında çıxarılmış qurğunun tədarükü birinci ildə 1 milyondan bir qədər çox olub.

Tarix: 14/10/14 “HTC” şirkəti “One (M8) Eye” smartfonunu nümayiş etdirib

“HTC” şirkəti yeni smartfonunu nümayiş etdirib.

Tarix: 13/10/14 Sinqapurda beş dəqiqə müddətində enerji toplayan batareyalar hazırlanıb

Sinqapur alimləri 5 dəqiqə ərzində enerji toplayan yeni elektrik batareyası hazırlayıb. Bu haqda Nanyan Texnologiya Universitetindən layihənin müəllifləri məlumat veriblər.

Tarix: 13/10/14 Daktiloskopik datçik bazarında dördqat artım gözlənilir

2020-ci ilədək daktiloskopik datçik bazarının həcmi dörd dəfə artaraq 1,7 milyard ABŞ dollarından çox təşkil edəcək.

Tarix: 13/10/14 “Sharp AQUOS Crystal” smartfonu ABŞ-da satışa çıxarılıb

“Sharp AQUOS Crystal” smartfonu Yaponiyadan kənarda satışa çıxarılıb. Qeyd edək ki, bu modelin özəlliyi cihazın orijinal dizaynıdır.

Tarix: 13/10/14 Yaponiya şirkəti “iPhone 6” sahibləri üçün "barmaq" yaradacaq

Cihazın qiyməti 14 dollar təşkil edəcək. Barmağa taxılma onun ölçüsünü təxminən 15 mm artıracaq.








19 Mart 2024

18 03 2024