bölmədə 3428 material var

Tarix: 07/09/11 “Hitachi” şirkəti bir lövhə ilə 1 TB tutuma malik vinçesterlər istehsal edəcək

“Hitachi Global Storage Technologies” (Hitachi GST) şirkəti 3,5 düym form-faktorda hazırlanan ilk sərt disklərinin tədarükünə başlayır. Sərt disklərin konstruksiyasında 1 terabaytlıq lövhə tətbiq edilib. “Deskstar” və “CinemaStar” xəttinin “7K1000.D” və “5K1000.B” vinçesterlərində şpindelin fırlanma sürəti müvafiq olaraq 7200 və 5 400 dövr/dəq-dir.

Tarix: 07/09/11 Noutbuk, planşet və oyun konsolunu əvəz edəcək smartfon (VİDEO)

“Korea Telecom” (KT) şirkəti “İFA 2011” sərgisində (Berlin, Almaniya) olduqca maraqlı yenilik təqdim edib. “Spider” smartfonu müxtəlif tip portativ qurğuların (noutbuk, planşet və hətta cib oyun konsolu) funksiyalarını yerinə yetirə bilir. “Spider” smartfonu 4,5 düym diaqonallı sensor ekranla təchiz olunub; ekranın kəskinliyi 1280×800 nöqtədir.

Tarix: 06/09/11 “Wi-Fi” dəstəkli ilk fləş-kart

“Toshiba” korporasiyası “İFA 2011” (2 – 7 sentyabr, Berlin, Almaniya) sərgisində “Wi-Fi” simsiz əlaqə dəstəyi ilə “SDHC” formatlı ilk fləş-kart təqdim edib. “FlashAir” adını almış daşıyıcı 8 QB tutuma malikdir. İnformasiyanın ötürülmə sürəti 6 Mb/s-yə çatır; işçi temperatur diapazonu minus 25-dən müsbət 85 dərəcə selsiyə qədərdir.

Tarix: 05/09/11 Yeni mini-kompyuter

“Nvidia”, “İntel” və “AMD” şirkətlərinin partnyoru olan “Jehe” şirkəti Avropada “Giada i50” mini-kompyuterinin yeni modelini təqdim edib. Qurğunun fərqləndirici xüsusiyyəti “İntel Core i3” və “i5” prosessorlarını, “Full HD” kəskinlikli videonu və “USB 3.0” texnologiyasını dəstəkləməsidir.

Tarix: 05/09/11 Fikrin gücüylə idarə olunan televizor yaradılıb

Çin şirkəti “Haier” “İFA 2011” (Berlin) sərgisində fikir əmrlərinə reaksiya verə bilən televizorun prototipini təqdim edib. Qurğuda “NeuroSky ThinkGear” texnologiyası reallaşdırılıb: xüsusi komplekt istifadəçinin başına bərkidilir və beyin dalğalarını qeydə alır.

Tarix: 05/09/11 Azərbaycan günəş batareyaları zavodunu ilin sonunda istifadəyə verəcək

Azərbaycan alternativ enerji sahəsinin inkişafı istiqamətində işləri davam etdirir Azərbaycan Sənaye Nazirliyi Alternativ və Bərpa Olunan Enerji

Tarix: 03/09/11 Azərbaycan müəssisəsi TV-tuner istehsal edəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin PEYK zavodu ilin sonunadək rəqəmli DVB-T-tunerlərin (rəqəmli televiziya siqnallarını qəbul etmək üçün) istehsalına başlayacaq. Bu barədə zavodun müdiri Siyavuş Əliyev bildirib. Əliyevin sözlərinə görə, Milli Televiziya və Radio Şurasına təqdim olunmuş təcrübəli nümunə müvəffəqiyyətlə sınaqdan keçirilib və bu məsələ bu gün RİTN səviyyəsində müzakirə edilir.

Tarix: 02/09/11 “HTC” şirkəti “Windows Phone Mango” əməliyyat sistemi ilə işləyən ilk smartfonlarını təqdim edib (VİDEO)

“HTC” şirkəti “İFA 2011” (2-7 sentyabr, Berlin, Almaniya) sərgisində “Radar” və “Titan” smartfonlarını təqdim edib. Smartfonlar oktyabr ayında satışa çıxarılacaq. Təqdim edilmiş aparatlar “HTC” şirkətinin “Windows Phone 7.5” (Mango) platformasında hazırlanan ilk smartfonlarıdır.

Tarix: 02/09/11 “Samsung” smartfon və planşeti hibrid edib (VİDEO)

“Samsung” şirkəti “İFA 2011” Berlin sərgisində “Galaxy Note” mini-planşetini təqdim edib. Qurğu 2 nüvəli 1.4 QHz takt tezlikli prosessorla təchiz edilib; qrafikanın emalına “Mali-400” kontrolleri nəzarət edir. Əməli yaddaş tutumu 1 QB təşkil edir. Əməliyyat sistemi kimi “Android 2.3” platforması istifadə olunub.

Tarix: 02/09/11 “Toshiba” dünyada ən nazik 10 düymlü planşet təqdim edib

“Toshiba” şirkəti “İFA 2011” (2-7 sentyabr, Berlin, Almaniya) sərgisində “Android 3.2” (Honeycomb) platformasında işləyən “AT200” planşet kompyuterini təqdim edib. İstehsalçılar yeniliyi dünyada ən nazik 10,1 düymlü planşet adlandırıblar. Onun korpusunun qalınlığı 7,7 millimetrdir.

Tarix: 02/09/11 “Lenovo” şirkəti ilk ultrabuk kompyuterini təqdim edib

“Lenovo” şirkəti dünən ilk ultraportativ kompyuterini təqdim edib. “Lenovo”dan bildiriblər ki, yeni “İdeaPad U300S” ultrabuku “MacBook Air”dən daha nazikdir. Belə ki, ultrabuk 13,3 düym ekrana malikdir.

Tarix: 02/09/11 “Sony” şirkəti “Tablet S” planşetini təqdim edib

“Sony” korporasiyası 9.4 düym diaqonal ekranla “Tablet S” planşet kompyuterini təqdim edib. Qurğu ikinci nəsil “nVidia Tegra” aparat platformasında hazırlanıb. Sensor ekranın kəskinliyi 1280×800 nöqtə təşkil edir.

Tarix: 01/09/11 “Sony” şirkəti başa geyinilə bilən “3D-kinoteatr” hazırlayıb

Yaponiyanın “Sony” şirkəti dünən öz yeni hazırlamasını – istifadəçinin başına taxıla bilən və videoya üçölçülü rejimdə baxmağa icazə verən üçölçülü ekranı təqdim edib. “Sony”-dən bildiriblər ki, yenilik filmə təklikdə baxmaq istəyənlər üçün nəzərdə tutulub.

Tarix: 01/09/11 “İBM Power7+” prosessorları ilin sonuna kimi çıxa bilər

Veb-mənbələrin məlumatına görə, “İBM” korporasiyası oktyabr və ya noyabr ayında serverlər üçün “Power7+” prosessorlarını təqdim edəcək. “Power7” çipləri 45 nanometr texnologiya ilə hazırlanıb, 4, 6 və 8 nüvədən ibarətdir. “Power7” seriyası 32 MB üçüncü səviyyə keş yaddaşına malikdir

Tarix: 01/09/11 2018-ci ilədək enerjiyə daha çox qənaət edən superkompyuterlər yarana bilər

Hal-hazırda ən güclü müasir superkompyuter yapon kompleksi “K Computer” hesab olunur. O, 8,16 petaflops sürətə malikdir, belə ki, 1 saniyə ərzində üzən vergüllə 8,16 kvadrillion əməliyyat yerinə yetirməyə qadirdir.








19 Mart 2024

18 03 2024