bölmədə 3428 material var

Tarix: 25/09/14 Qabaqcıl “Samsung Galaxy Note 4” fabletinin satışlarına başlanılıb

Analitiklərin pessimist proqnozuna və “Samsung”un səhmlərinin qiymətinin azalmasına baxmayaraq, şirkət rəhbərliyi əmindir ki, Cənubi Koreya nəhənginin mobil biznesi öz möhkəm özülü və texnoloji gücü sayəsində tezliklə bərpa olacaq.

Tarix: 24/09/14 2050-ci ilədək kosmik lift hazırlanacaq

Yaponiyanın “Obayashi” şirkəti 2050-ci ilədək fəaliyyət göstərən kosmik lift yaratmaq niyyətində olduğunu bəyan edib.

Tarix: 24/09/14 “iPhone 6” smartfonunun maya dəyəri nə qədərdir?

“Teardown.com” portalı “iPhone 6” smartfonunun içliyini araşdırıb və müəyyənləşdirib ki, qurğunun aparat hissəsinin maya dəyəri 227 dollar təşkil edir. Bu, “iPhone 5S” qurğusunun maya dəyərindın 15,51 dollar daha çoxdur.
 

Tarix: 23/09/14 Dünyanın ən nazik smartfonu “Ginnesin Rekordlar Kitabı”na salınıb


Çinin “Gionee” şirkəti dünyanın ən nazik smartfonunun istehsalçısı elan edilib. Şirkətin “Gionee Elife S5.1” modeli “Ginnesin Rekordlar Kitabı”na salınıb. Bu qurğuda korpusun qalınlığı 5,1 mm təşkil edir.

Tarix: 23/09/14 “Samsung Galaxy Mega 2” fableti elan edilib

Yeni “Samsung Galaxy Mega 2” planşetofonu şirkətin Tayvan nümayəndəliyinin saytında qeydə alınıb.

Tarix: 23/09/14 “Android” mobil əməliyyat sistemi təqdim edilib

2008-ci il sentyabrın 23-də “Linux” nüvəsi əsasında yaradılmış “Android” mobil əməliyyat sistemi təqdim edilib. Sözügedən platforma ilk öncə “Android Inc.” şirkəti tərəfindən hazırlanıb. Daha sonra “Google” korporasiyası bu şirkəti satın alıb.

Tarix: 23/09/14 “HTC” şirkəti “Google” üçün 9 düymlük “Nexus” planşetini təqdim edəcək

“Google” şirkəti “HTC”-ni “Nexus” brendinə məxsus 9 düymlük planşetin istehsalçısı kimi seçib. Növbəti nəsil planşet oktyabrın 8-də nümayiş etdiriləcək.
 

Tarix: 23/09/14 “LG” şirkəti “Wine Smart” smartfonunu nümayiş etdirib

“LG” şirkəti açılıb-bağlanan formada hazırlanmış “Wine Smart” telefonunu nümayiş etdirib. Aparat 3,5 düymlük ekran (480x320 nöqtə), 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, həmçinin 8 meqapiksellik əsas və ön kamera ilə təchiz edilib.

Tarix: 23/09/14 “BlackBerry” “Passport” smartfonunun satışına başlayır

“BlackBerry”nin direktoru Con Çen “the Wall Street Journal” nəşrinə müsahibəsində bildirib ki, onun şirkəti yaxın vaxtlarda kvadrat formalı “BlackBerry Passport” smartfonunun satışına başlayacaq.

Tarix: 22/09/14 Ekran istehsalçıları rekorda imza atıb

9 düymdən böyük diaqonallı maye kristal panellərin qlobal tədarükü  artaraq bu yaxınlarda yeni, rekord səviyyəyə çatıb.

Tarix: 22/09/14 Bahalı “BlackBerry Porsche Design P'9983” smartfonu nümayiş olundu ı

Kanadanın “BlackBerry” şirkəti yüksəksürətli “4G LTE” şəbəkəsini dəstəkləyən “BlackBerry Porsche Design P'9983” smartfonunu nümayiş etdirib.

Tarix: 20/09/14 “BMW” şirkəti “Çin Google”na özünəməxsus pilotsuz avtomobil yaratmağa kömək edəcək

“BMW” və “Baidu” şirkətləri 2017-ci ilədək birgə pilotsuz maşının prototipini yaradacaqlar.

Tarix: 19/09/14 Ən böyük kompüter oyunları sərgisi Tokioda öz işinə start verib

420-dən çox şirkət konsol, smartfon və kompüterlər üçün oyun sahəsində son həllərini nümayiş etdiriblər. Virtual reallığa tam köklənməyi imitasiya edən oyun və cihazlar builki sərginin əsas özəlliyi olub.

Tarix: 19/09/14 “Fly” şirkəti ucuz “Windows”-smartfon buraxıb

Ucuz smartfon istehsalçısı “Fly” şirkəti “Windows Phone 8.1” sistemi ilə işləyən birinci qurğusunu təqdim edib. Yeni aparat 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon” prosessoru, 512 QB əməli və 4 QB daxili yaddaşla təchiz olunub və iki SİM kartın işini dəstəkləyir.

Tarix: 19/09/14 “Amazon” yeni nəsil “Kindle” qurğularını nümayiş etdirib

“Amazon” internet şirkəti bu gün beş yeni “Kindle” planşet modelini təqdim edib. Yeni planşetlər “Amazon” üçün ənənəvi formatda hazırlanıb: planşetin qiyməti ucuzdur, amma qurğu “Amazon”un əsasən ödənişli xidmətləri ilə sıx əlaqəlidir.








19 Mart 2024

18 03 2024