bölmədə 3428 material var

Tarix: 22/01/13 İsveçrəli mühəndislər çox yüksək faydalı iş əmsalına malik günəş panelləri yaradıb

İsveçrəli mühəndislər çox yüksək faydalı iş əmsalına (FİƏ) malik nazik plyonkalı günəş panellərinin yeni nəslinin hazırlanması haqqında məlumat verib.

Tarix: 22/01/13 Yeni eynəklər müşahidə kameralarını “kor” edəcək

Hazırda, demək olar ki, dünyanın hər bir yerində xeyli videokamera quraşdırılıb. Bu cür qurğular çox vaxt üzün identifikasiyası funksiyası ilə təchiz edilmiş rəqəmli analitik sistemlə birgə işləyir.

Tarix: 22/01/13 ABŞ-ın Hərbi Hava Qüvvələri uçan routeri sınaqdan keçirib

2013-cü ilin yanvarında ABŞ Hərbi Hava Qüvvələri “Net-T” adlı uçan simsiz routeri sınaqdan keçirib. Məlumata əsasən, qurğu təyyarəyə bərkidilir və yerüstü bölmələrlə rabitə yaradılmasını təmin edir.

Tarix: 22/01/13 Tezliklə güclü mini-kompüter satışa çıxarılacaq

ABŞ-da fevralın 1-dən yeni “ProBox 2” mini-kompüterinin satışlarına start veriləcək. Qurğunun qiyməti 89,99 dollar təşkil edir. Mini-kompüter 1,6 QHs takt tezliyində işləyən ikinüvəli prosessor, 1 qiqabayt əməli yaddaş və ayrıca qrafik sistemlə təchiz edilib. “Android” mobil əməliyyat sistemi ilə işləyən kompüter “FullHD” formatlı videonu göstərməyə “qadirdir”, onda oyunlar oynamaq, “Wi-Fi” modulu ilə internetə daxil olmaq, ofis sənədlərini redaktə etmək və sair mümkündür.

Tarix: 22/01/13 2014-cü ildə “3D” printerdə "çap edilmiş" ilk ev yaradılacaq

Hollandiyalı memar Yanyaap Royssenaars 2014-cü ilədək “Landscape House” adlı ev tikməyə hazırlaşır. 6x9 metr ölçüsündə bloklardan qurulacaq ev “3D” printerdə "çap ediləcək".

Tarix: 21/01/13 Karton dəbilqə satışa çıxarılıb

Qəribə səslənsə də, lakin karton dəbilqə dizaynının prototipi müsbət qarşılanıb və onu mağazalardan satın almaq mümkün olacaq. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, Kral İncəsənət Kollecinin tələbəsi Anirudxa Surabhinin hazırladığı “Kranium” velosiped dəbilqəsi Almaniyanın “Abus” qoruyucu sursat istehsalçısının marağına səbəb olmuş və şirkət onun kütləvi istehsal hüququnu əldə etməyə qərar verib.

Tarix: 21/01/13 Ərzaq və silah saxlamaq üçün hərbi sualtı kapsullar yaratmaq təklif edilir

“DARPA” agentliyi gələcəkdə istifadə etmək üçün ehtiyatların dəniz dibində yerləşdirilməsi proqramı üzərində işləyir. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, agentliyin ideyasına əsasən, qoşunlara lazım olan ehtiyatları dənizin dibində saxlamaq nəzərdə tutulur.

Tarix: 21/01/13 ABŞ-da selülit əleyhinə yataq kisəsi hazırlanıb

ABŞ-da qadınların əsas problemlərindən biri olan selülitlə mübarizə aparmaq üçün yeni həll hazırlanıb. Amerikalı mütəxəssisləri gözəl cinsin nümayəndələrinə selülitlə yuxu vasitəsilə mübarizə aparmağı təklif ediblər.

Tarix: 21/01/13 Pəncərələri silən robot hazırlanıb (VİDEO)

Evdə müxtəlif işləri görən robotların mövcudluğu haqqında bir çoxları məlumatlıdır. Bu yaxınlarda təqdim edilmiş “Winbot 7” robotu isə pəncərələri təmizləyir. Qeyd edək ki, “Winbot 7” dünyada bu tipli birinci robotdur.

Tarix: 21/01/13 Ən nazik fotoçərçivə təqdim edilib

8 düym diaqonala malik ekranla təchiz edilmiş “teXet TF-803” rəqəmli foto çərçivəsi Rusiya bazarına çıxarılıb.

Tarix: 19/01/13 İdmançılar üçün yüksəktexnologiyalı cihaz yaradılıb

Müasir idmançılar məşq prosesləri idarəetməsinin mühüm hissəsini elektron cihazlara etibar edə bilərlər.

Tarix: 18/01/13 “NEXUS” şirkəti yeni “3G” texnologiyalı, 7 düymlük planşeti təqdim etdi

“NEXUS” şirkəti yeni “3G” texnologiyalı, 7 düymlük planşeti təqdim etdi. Artıq 10-cu ilini qeyd etməyə hazırlaşan Azərbaycan brendi “NEXUS” şirkəti bazara yeni məhsul təqdim etdi. 1 ildən çoxdur ki, şirkət tərəfindən istehsal olunan milli premium “Azpad” planşetlərin nəslindən yeni, müasir tələblərə uyğun və istehlakçıların tələbatlarını ödəyən 7 düymlük “AzPad Mini i7S” modeli satışa çıxarıldı.

Tarix: 18/01/13 Fərdi kompüter üçün nəzərdə tutulmuş “Kinect” kontrollerinin rəqibi yazda istifadəyə veriləcək

Kompüteri əl vasitəsilə idarə etməyə imkan verən kontrolleri yaratmış “Leap Motion” şirkəti qabaqcıl qurğusunu yazda satışa çıxaracaq. Cihazı yalnız amerikanın “Best Buy” mağazalar şəbəkəsindən satın almaq və ya şirkətin saytından sifariş etmək mümkün olacaq.

Tarix: 17/01/13 Cənubi Koreyada elastik akkumulyator yaradılıb

Ulsan şəhərində yerləşən Milli Elm və Texnologiya İnstitutunda çalışan cənubi koreyalı alimlərdən ibarət qrupun hazırladığı elastik litium-ion akkumulyatoru gələcəkdə elastik mobil telefonlar hazırlamağa imkan verəcək. Polimer elektrolitin yaradılması üçün nanomateriallardan istifadə edilib.

Tarix: 17/01/13 Yaponiyalı mühəndis yeriyən robot yaradır

Yaponiyalı mühəndis Sakamotonun hazırladığı nəhəng robotu onun daxilində oturaraq idarə etmək mümkün olacaq. Robotun hündürlüyü 4 metr təşkil edəcək. Hazırda mühəndis robotun hərəkət edə biləcək ayaqlarını yaradıb.








19 Mart 2024

18 03 2024