bölmədə 3428 material var

Tarix: 11/01/13 Mobil prosessorların imkanları artacaq

Bir çox mobil qurğular üçün “Snapdragon” çipsetlərini tədarük edən “Qualcomm” şirkəti iki yeni həll (800 və 600 modelləri) təqdim edib. Onlar güclü “ağıllı” telefon, planşet və "ağıllı" televizorlar üçün nəzərdə tutulacaq. Prosessorlar yanvarın 8-də start götürmüş “Consumer Electronics Show 2013” (CES) sərgisində elan edilib.

Tarix: 10/01/13 “Flower Power” datçiki ev bitkilərinə qulluğu asanlaşdıracaq

“Parrot” şirkətinin yeni “Flower Power” datçiki vasitəsilə bitkilərə qulluq etmək daha da asanlaşacaq. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, cihaz bitkilərə qulluq üçün nəzərdə tutulmuş datçikdir və günəş işığının miqdarına, rütubətin səviyyəsinə, hava temperaturuna və gübrələrin mövcudluğuna nəzarət edir.

Tarix: 10/01/13 Çində görmə imkanından məhrum olan insanlar üçün planşet yaradılıb

Çin Elmlər Akademiyasının Hesablama Texnikası İnstitutunda görmə imkanından məhrum olan insanlar üçün nəzərdə tutulmuş planşet hazırlanıb.

Tarix: 09/01/13 Mobil telefon və kompüterlə nəfəs yolları sisteminin monitorinqini aparmaq mümkün olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu yeni bir layihə üçün eksperimentlər aparmağa hazırlaşır. İnstitutun direktoru Telman Əliyev bildirib ki, küy texnologiyasından istifadə etməklə mobil telefon və kompüterlə nəfəs yolları sisteminin monitorinqini aparmaq mümkündür. Bunun üçün telefonun mikrofonundan istifadə edilə bilər.

Tarix: 09/01/13 Mobil qurğular batareya enerjisini bölüşəcək (VİDEO)

“Fulton Innovation” şirkətinin ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES 2013” sərgisində təqdim etdiyi “eCoupled” texnologiyası sayəsində iki mobil qurğu bir-biri ilə batareya enerjisi ilə bölüşə biləcək.

Tarix: 09/01/13 “Trakdot Luggage” vasitəsilə baqajınızdan xəbərdar olacaqsınız

Yəqin ki bir çoxlarınız uçuşlar zamanı baqajın itirilməsi halları ilə rastlaşmısınız. Statistikaya əsasən, aeroportlarda il ərzində 26 milyona qədər çanta və çamadan itir.

Tarix: 09/01/13 Təhlükəsiz qapılar (VİDEO)

Dünya mütəxəssisləri təhlükəsizlik üsullarının təkmilləşdirilməsi üzərində çalışır və bu başadüşüləndir. Bu istiqamətdə hazırlanmış ən yeni ixtiralardan biri ictimaiyyətə təqdim edilib. İxtira “Linear Revolving Door” adlanır. Bu qapılar silahlı insanı binanın içərisinə buraxmayacaq.

Tarix: 08/01/13 “Wi-Fi” moduluna malik ilk ucuz fotokamera

“Canon” şirkəti “CES” sərgisində daxili “Wi-Fi” moduluna malik “PowerShot ELPH 130IS” yığcam kamerasını təqdim edib. Kamera foto və videoları dərhal fərdi kompüter, planşet və ya smartfona yükləməyə imkan verir.

Tarix: 08/01/13 “Sony” sukeçirməz “Xperia Z” “ağıllı” telefonunu təqdim edib

“Sony” şirkəti “CES 2013” sərgisində “Xperia Z” “ağıllı” telefonunu təqdim edib. O, 5 düymlü ekranla təchiz olunub. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Xperia Z”-in ekranının təsvir ölçüsü 1920x1080 nöqtə (Full HD) təşkil edir.

Tarix: 08/01/13 6.1 düymlü “ağıllı” telefon

“Huawei” şirkəti “CES 2013” sərgisində “Android” mobil əməliyyat sistemi ilə işləyən 6,1 düymlü “ağıllı” telefonunu təqdim etməklə tamaşaçıları heyrətləndirib.

Tarix: 08/01/13 1 TB həcmində fləş-kart yaradılıb

“Kingston” şirkətinin “CES 2013” sərgisində təqdim etdiyi “DataTraveler HyperX Predator” fləş-kartının yeni xətti 1 TB həcmində yaddaşla təchiz edilib. Bu seriyanın bütün modelləri “USB 3.0” standartını dəstəkləyir və informasiyanı 240 MB/s sürətlə oxuya, 160 MB/s ilə isə yaza bilir.

Tarix: 07/01/13 Sürətli mobil prosessor istehsal edilib

“Nvidia” şirkətinin “CES 2013” sərgisinin başlamasına az qalmış ərəfədə təqdim etdiyi yeni “Tegra 4” mobil çipi gələcəkdə “ağıllı” telefon və planşetlərdə quraşdırılacaq.

Tarix: 07/01/13 Bir balaca boyu var, dam dolusu toyu var

“SolidRun” startapının hazırladığı “CuBox Pro” yığcam kompüter sistemi 55x55x42 millimetr ölçüyə malikdir və qurğunun çəkisi 91 qram təşkil edir. Cihaz iş prosesi zamanı təxminən 3 Vatt enerji sərf edir.

Tarix: 07/01/13 7 düymlü uşaq planşeti istehsal edilib

“Polaroid” şirkəti uşaqlar üçün nəzərdə tutulmuş planşet istehsal edib. Şirkət cihazın daxili komponentlərini mümkün ola biləcək zədə və yerə düşmələrdən qorumaq üçün onu möhkəm korpusda hazırlayıb.

Tarix: 07/01/13 Qeyri-adi məişət kondisioneri hazırlanıb

“LG” şirkətinin elan etdiyi “Whisen” məişət kondisioneri istifadəçinin “ağıllı” telefonu ilə qarşılıqlı əlaqədə ola və hətta onun səsini tanıya bilər. Qurğuya 5 metrədək məsafədən əmr vermək mümkündür. Cihazın məhz hansı dilləri dəstəklədiyi hələ ki məlum deyil.








19 Mart 2024

18 03 2024