bölmədə 3428 material var

Tarix: 14/10/13 “Google” oktyabrın 15-də “Nexus 5” və “Android KitKat”ı təqdim edə bilər

“Cnet” nəşri yazır ki, “Google” şirkəti oktyabrın 15-də “Nexus 5” smartfonunun yeni nəslini, həmçinin “Android 4.4 KitKat” mobil platformasını təqdim edə bilər.

Tarix: 14/10/13 Sağlam həyat tərzi keçirmək istəyənlər üçün “ağıllı” saat təqdim olunub

“Fitbit” şirkəti sağlam həyat tərzi keçirmək istəyənlər üçün “Force” adlanan smart-saatlar təqdim edib. Qurğu smartfonla sinxronlaşdırıla bilir, “OLED” texnologiyası üzrə hazırlanmış ekrana malikdir, müxtəlif sensorlarla təchiz edilib və enerji toplamadan 10 günədək işləyir.

Tarix: 12/10/13 Uşaqlar üçün “Ağıllı qələm”

Azərbaycanda “Danışan kitablar” ideyası çərçivəsində “Ağıllı qələm”  layihəsinin həyata keçirilməsinə başlanılıb.

Tarix: 11/10/13 “Flickr” yenilənib

“Yahoo!” şirkəti “iOS 7” mobil əməliyyat sistemi üçün “Flickr” tətbiqinin yenilənmiş versiyasını çıxarıb. Yeni versiyada telefonun kamerası ilə çəkilmiş fotoşəkillərin “Flickr” serverlərinə avtomatik yüklənməsi funksiyası reallaşdırılıb.

Tarix: 11/10/13 Nyu-Yorkda dünyanın ilk süni insanı təqdim edilib

Dünyanın ilk süni insanı Nyu-Yorka gətirilib. Bu süni insanı İngiltərədən olan alimlər qrupu yaradıb. Bu ilin fevralında alimlər onu London Elm Muzeyində nümayiş etdiriblər.

Tarix: 11/10/13 Dünyanın ən böyük sensor istehsalçısı barmaq izləri skaneri ilə maraqlanır

Biometrik sensorlar istehlak elektronikasında yeni tendensiyaya çevrilir.

Tarix: 11/10/13 “iPad 5”-dən yeni görüntülər

“Apple”ın yeni “iPad”inə aid olduğu deyilən görüntülər “Sonni Dikson” tərəfindən yayımlanıb.

Tarix: 11/10/13 Batareya texnologiyası sahəsində inqilab olacaq

“LG”-nin mobil aləmə istiqamətlənmiş innovativ həmlələrinin arası kəsilmir. Cənubi koreyalı istehsalçı indi də üç yeni batareya texnologiyasını rəsmi olaraq təqdim edib. Belə ki, Cənubi Koreyanın ikinci böyük mobil alətlər istehsalçısı olan “LG” innovativ addımlarına birini də əlavə edib.

Tarix: 11/10/13 “LG” yeni smartfon təqdim edib

Koreyanın “LG Electronic” şirkəti “G Pro Lite” smartfonunu təqdim edib. Cihaz daha əvvəl təqdim edilmiş 6 düymlük “G Pro” smartfonunun kiçildilmiş versiyasıdır. Sözügedən aparat 5.5 düymlük ekrana malikdir, ekranın təsvir ölçüsü 960x540 təşkil edir.

Tarix: 10/10/13 Çaynik “Wi-Fi” vasitəsilə idarə olunacaq

"Ağıllı" “iKettle” çayniki "Əşyaların İnterneti"nə çox gözəl nümunədir. Qurğunu divandan qalxmadan uzaq məsafədən suyu qaynatmağı əmr etmək olar. Bundan başqa, su qaynadıqda çaynik xəbərdarlıq mesajı göndərə bilir.

Tarix: 10/10/13 “Ford” toqquşmaların qarşısının alınması elektron sistemini nümayiş etdirib

“Ford” şirkəti Belçikanın Lommel şəhərində keçirilən “Ford Futures” sərgisində avtomobil və piyadalarla toqquşmaların qarşısının alınması üçün sükan idarəetmə və əyləc sistemini müstəqil şəkildə aktivləşdirə bilən intellektual avtomatik sistemli sınaq avtomobilini nümayiş etdirib.

Tarix: 09/10/13 Dünyada bükük ekranla təchiz edilmiş ilk smartfon

“Samsung” şirkəti dünyada bükük ekranla təchiz edilmiş ilk smartfonu rəsmən təqdim edib. Yenilik “Galaxy Round” adlandırılıb.

Tarix: 08/10/13 “LG” şirkəti bükük smartfon ekranlarının kütləvi istehsalına başlayıb

“LG” korporasiyasının ekranların istehsalı ilə məşğul olan bölməsi smartfon üçün ilk bükük ekranın kütləvi istehsalına başlanması haqqında məlumat verib. Ehtimal ki, şirkət ondan istifadə edilən aparatı noyabrda nümayiş etdirəcək.

Tarix: 08/10/13 “Samsung” mobil qurğular üçün kamera modulunu təkmilləşdirib

“Samsung” şirkəti mobil qurğularda tətbiq üçün nəzərdə tutulmuş yeni kamera modulu hazırlayıb.

Tarix: 08/10/13 Yeni elektrik avtomobili 2,15 saniyə ərzində saatda 100 km sürət yığır

Hollandiyanın Delftski Texniki universitetinin mühəndis-konstruktorları bu yaxınlarda elektrik avtomobilləri üçün sürət yığımı üzrə yeni mütləq rekord təyin etməyə müvəffəq olublar.








19 Mart 2024

18 03 2024