bölmədə 3428 material var

Tarix: 22/04/14 “Google” şirkəti “Nexus” planşetləri üçün yeni istehsalçı axtarır

“Digitimes.com” resursu yazır ki, “Google” şirkəti “HTC” ilə əməkdaşlıq çərçivəsində növbəti qabaqcıl planşetini buraxa bilər.

Tarix: 21/04/14 Yaponiyada dünyanın ən sürətli lifti hazırlanıb

Yaponiyanın nəhəng “Hitachi Ltd” elektrotexnika istehsalçısı dünyanın saatda 72 km sürətlə hərəkət edən ən sürətli liftini təqdim edib. Yerli “NHK” telekanalının məlumatına görə, lift 1-ci mərtəbədən 95-ci mərtəbəyə 43 saniyəyə qalxır.   

Tarix: 21/04/14 Gözdən əlillərə kitabları oxumağa imkan verən qurğu yaradılır

Məlum olduğu kimi, görmə qabiliyyəti qüsurlu olan insanlar Brayl şrifti (1824-cü ildə fransalı Lui Brayl tərəfindən yaradılıb və gözdən əlillərin yazması və oxuması üçün nəzərdə tutulub) ilə yazılmış mətni oxuya bilirlər. Lakin Massaçusets Texnologiya İnstitutunun (MTİ) tədqiqat komandası daha əlverişli alternativ həll hazırlayır.

Tarix: 19/04/14 “Toshiba” şirkəti dünyanın ən sürətli yaddaş kartlarını təqdim edib

“4K” formatlı ekranla təchiz edilmiş noutbukun nümayişindən sonra  Yaponiyanın “Toshiba” şirkəti “MicroSD” formatlı ən sürətli yaddaş kartlarını buraxıb. Yeni məlumat daşıyıcıları yüksəksürətli “UHS-II” standartına uyğun gələn birinci “MicroSD” kartdır.

Tarix: 18/04/14 Finlandiyada internetə çıxışa malik qəhvə fincanı yaradırlar

Finlandiyalılar internetə çıxışa malik qəhvə fincanı yaradıblar. “Paulig” qəhvə şirkətindən bildirilib ki, yeni qurğuda unikal texnologiyadan istifadə olunub.

Tarix: 18/04/14 Bu robot qaçır, pilləkənləri düşür, içki süzür və salamlaşır

“Honda” şirkəti “ASIMO” robotunun yeni versiyasını nümayiş etdirib. İndi robot yalnız hərəkət etmək, qaçmaq, pilləkənlə aşağı düşmək və qalxmaq deyil, həm də butulkanın ağzını aça, içki süzə və salamlaşma əlaməti kimi əl sıxa bilər.

Tarix: 18/04/14 66 gün avtonom rejimdə işləyən smartfon

“Philips” şirkəti “Apple”, “LG” və ya “Samsung” kimi kütləvi smartfon istehsalçısı deyil, lakin “Philips”in mobil qurğuları həmişə rəqibləri ilə müqayisədə avtonom iş vaxtının müddətinə görə seçilib. Yeni “Philips W6618” qurğusunun akkumulyatoru cihazın 66 gün müddətində avtonom rejimdə işləməsinə imkan verəcək.

Tarix: 17/04/14 “ZTE Star 1” smartfonu rəsmən nümayiş etdirilib

“ZTE” şirkəti öz “Star 1” yeni smartfonunu nümayiş etdirib.
 

Tarix: 17/04/14 “Samsung”un özünü “Apple”ə oxşatmaq istəyi uğursuz oldu

İlk baxışdan “Samsung Galaxy S5”-in  barmaq izləri skanerinin kifayət qədər təhlükəsiz olduğu görünür.

Tarix: 16/04/14 Cənubi Koreya avtomatik məhv olan smartfonlar istehsal edir

Ölkə ərazisində smartfon oğurluğunun geniş yayılması ilə əlaqədar Cənubi Koreya hökuməti mobil qurğularda təhlükəsizlik tədbirlərini gücləndirib.

Tarix: 16/04/14 İnqilabi modulyar smartfon rəsmən təqdim edilib

“Google” şirkəti “Ara” modulyar smartfonunun prototipini nümayiş etdirib, baza komponentlərinə malik qurğunun maya dəyərini və onun bazara çıxarılma tarixini açıqlayıb.

Tarix: 16/04/14 “Toshiba” 4K formatlı noutbuk istehsal edəcək

Aprelin 22-də ABŞ-da “Toshiba” şirkətinin 3840x2160 piksel təsvir ölçülü 15,6 düymlük  ekranla təchiz edilmiş yeni noutbuku satışa çıxarılacaq. Qurğu fotoqraf, dizayner və videomontajçılar üçün nəzərdə tutulub.

Tarix: 16/04/14 “Google” şirkəti kontakt linzalar quraşdırıla bilən kameraları patentləyib

“Google” şirkəti kontakt linzalara quraşdırıla bilən kiçik ölçülü kameraların qeydiyyatına patent sorğusu göndərib. Bu sistem görmə qabiliyyəti zəifləmiş insanlara şəhərdə səmt seçməyə icazə verəcək. Məsələn, insan yola yaxınlaşdıqda smartfon səs siqnalı çalır.

Tarix: 16/04/14 İnsanların yaşla əlaqədar xarici görünüşünün dəyişməsi yeni üsulla proqnozlaşdırılacaq

Vaşinqton Universitetinin alimləri tərəfindən hazırlanan proqram uşağın fotoşəkli ilə onun yaşlananda necə görünəcəyini əvvəlcədən xəbər verə bilir. Bu texnologiyadan təkcə əyləncə üçün deyil, həm də digər ciddi məqsədlər - məsələn, itkin düşən uşaqların hətta bir neçə ildən sonra axtarışı üçün istifadə etmək olar.

Tarix: 15/04/14 “Samsung” daşınan cihazlar üçün bükük batareyalar nümayiş etdirib

Cənubi Koreya korporasiyasının enerji toplama elementləri istehsal edən “Samsung SDI” bölməsi daşınan elektronika üçün bükük batareyalar nümayiş etdirib.








19 Mart 2024

18 03 2024