bölmədə 3308 material var

Tarix: 28/02/14 “Google” modulyar smartfonun çıxarılma tarixini açıqlayıb

“Google” şirkəti tərəfindən hazırlanan “Project Ara” modulyar smartfonu 2015-ci ilin əvvəlində satışa çıxarılacaq.

Tarix: 28/02/14 Yaponiyada meşəqıran robot yaradılıb

Yaponiyanın “Marutomi Seiko” şirkətinin və Qrifu Universitetinin mütəxəssisləri əsas vəzifəsi ağacın gövdəsi ilə hərəkət etmək və qol-budaqları kəsməkdən ibarət olan robot-meşəqıran yaradıblar.

Tarix: 27/02/14 2013-cü ilin dördüncü rübündə serverlərin tədarük həcmi 3.2 faiz artıb

“Gartner” analitik şirkətinin hesabatına əsasən, 2013-cü ilin dördüncü rübündə qlobal server tədarükünün həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2,6 milyon olub.

Tarix: 26/02/14 İranlı uşaqlara ibadəti öyrədən robot yaradıb

“Fox News” nəşri yazır ki, İran sakini Əkbər Rezai uşaqlara ibadəti öyrətmək üçün “Veldan” robot humanoidini yaradıb.

Tarix: 26/02/14 Avtomatlaşdırılmış gəmilər istehsal ediləcək

“Bloomberg”in informasiyasına görə, Britaniyanın “Rolls-Roys” sənaye şirkəti avtomatlaşdırılmış gəmilər yaratmaq fikrindədir: komandanın iştirakı olmadan sərbəst şəkildə dəniz yolları ilə yükləri çatdıra biləcək.

Tarix: 25/02/14 Dünyanın ən sürətli "Wi-Fi” marşrutlayıcısı nümayiş olunub

Çinin “Huawei” şirkəti Barselonada keçirilən “Mobile World Congress” (MWC 2014) mobil sənaye sərgisində “LTE Cat6” rabitə standartını dəstəkləyən yeni "Wi-Fi” marşrutlayıcısını təqdim edib. "Huawei E5786” qurğusu məlumatların 300 Mbit/saniyə sürətində ötürülməsini təmin edir.

Tarix: 25/02/14 “HTC” 2 yeni smartfonu birdən təqdim etdi

“HTC” şirkəti Barselonada start götürmüş “Mobile World Congress (MWC) 2014” sərgisi çərçivəsində keçirdiyi mətbuat konfransında iki yeni “Android” smartfonu nümayiş etdirib.

Tarix: 25/02/14 128 giqabayt tutumlu ilk yaddaş kartı buraxılıb

Barselonada keçirilən “MWC 2014” sərgisində "SanDisk” şirkəti dünyanın ilk 128 giqabayt tutumlu “microSDXC” formatlı yaddaş kartını nümayiş etdirib. Artıq satışa çıxarılan kartın tutumu 16 saatlıq “Full HD” (1080р) formatlı videonu yazmağa kifayət edir.

Tarix: 25/02/14 "Nokia” şirkəti “Android” sistemli ilk smartfonlarını təqdim edib

Finlandiyanın "Nokia” şirkəti fevralın 24-də keçirilən mətbuat konfransında “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk “Nokia X”, “Nokia X+” və “Nokia XL” smartfon modellərini təqdim edib.

Tarix: 25/02/14 “Samsung” şirkəti “Galaxy S5” smartfonunu təqdim edib ( VIDEO)

“Samsung” şirkəti “Mobile World Congress” konfransında “Galaxy S5” smartfonunu təqdim edib.
Barmaq izlərinin skaneri, nəbz ötürücüsü və kamera aparatda ən nəzərəçarpacaq yenilik olub.

Tarix: 24/02/14 “ZTE” şirkəti “Grand Memo II” planşetofonunu nümayiş etdirib

Çinin “ZTE” şirkəti “MWC” sərgisində “Grand Memo II” planşetofonunu nümayiş etdirib. Aparatın qalınlığı cəmisi 7,2 mm-dir. Qurğu “Gorilla Glass 3” şüşəsi ilə qorunan 6 düymlük HD ekran, “Snapdragon 400” dördnüvəli prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib.

Tarix: 24/02/14 “Samsung” şirkəti “Smart TV” modellərinin satışında liderdir

Cənubi Koreyanın “Samsung” şirkəti dünya “Smart” (ağıllı) funksiyalı televizor modelləri bazarında satışların həcminə görə liderlik mövqeyini qoruyaraq 2013-cü ilin dördüncü rübündə payını 26,4 faizə çatdırıb.

Tarix: 24/02/14 “Xperia Tablet Z2” planşeti təqdim edilib

Yaponiyanın “Sony” şirkəti fevralın 24-də Barselonada öz işinə başlamış “MWC” sərgisində “Xperia Tablet Z2” planşetini təqdim edib. Cihaz bir il bundan əvvəl çıxarılmış “Tablet Z” planşetinin daha nazik və daha yüngül versiyasıdır.

Tarix: 24/02/14 15 il sonra kompüterlər intellekt cəhətdən insanlardan daha ağıllı olacaq

2029-cu ilədək kompüterlər insan dilini öyrənəcək və intellekt cəhətdən insanlardan daha ağıllı olacaq. “Google”un texniki direktoru vəzifəsində çalışan məşhur futuroloq Reymond Kursveylin bəyanatına istinad etmiş “The Independent” nəşri yazıb.

Tarix: 24/02/14 “Alcatel-Lucent” şirkəti “Firefox OS” ilə işləyən üç smartfon nümayiş etdirib

“Alcatel-Lucent” şirkəti “Mobile World Congress 2014” sərgisinin açılışı ərəfəsində “Firefox OS” açıq əməliyyat sistemi işləyən ucuz smartfonlar xəttini (“Fire E”, “Fire C” və “Fire S”) təqdim edib.








06 Aprel 2020

05 04 2020