bölmədə 3428 material var

Tarix: 21/10/11 İlk “Hibrid” planşeti 2012-ci ilin əvvəlində satışa çıxarılacaq

“ASUS” şirkəti İdarə heyətinin sədri Conni Şi “AsiaD” konfransında bildirib ki, “PadFone” planşet kompyuterini 2012-ci ilin ilk rübündə almaq mümkün olacaq. Yenilik faktiki olaraq, 2 qurğudan ibarətdir: korpusun arxa tərəfində xüsusi yer var, ora smartfon yerləşdirilir.

Tarix: 20/10/11 “ARM” şirkəti ən az enerji sərf edən effektiv prosessoru təqdim edib (VİDEO)

“ARM” şirkəti növbəti nəsil smartfonlarında istifadə üçün nəzərdə tutulmuş “Cortex-A7 MPCore” çipini elan edib. İstehsalçının bəyanatına əsasən, yenilik “ARM” şirkətinin ən az enerji sərf edən effektiv prosessorudur. “Cortex-A7” prosessoru 28 nanometr texnologiya üzrə hazırlanacaq və “Cortex-A8” ailəsinin müasir

Tarix: 20/10/11 “ASUS”-dan “Transformer”

“ASUS” şirkətinin İdarə heyətinin sədri Conni Şi “AsiaD” konfransında “Transformer Prime” planşet kompyuteri haqqında danışıb. Planşetin əsasını üçüncü nəsil “nVidia Tegra” platforması təşkil edir. Onun tərkibinə 4 əsas hesablama nüvəsi ilə olan “Cortex-A9 ARM” prosessoru daxildir. Bundan başqa, 12 nüvəli “GeForce” qrafik kontrolleri daxildir.

Tarix: 20/10/11 20 nanometrlik çiplər istehsal ediləcək

Britaniyanın “ARM” şirkəti və Tayvanın “TSMC” müqavilə istehsalçısı “Cortex-A15” ailəsinin 20 nanometr texnologiya ilə hazırlanan prosessorlarının test istehsalının hazırlığı üzrə işləri bitiriblər. “Cortex-A15 Mpcore” arxitekturası 1-dən 16-ya qədər nüvəyə malik olacaq.

Tarix: 19/10/11 “Motorola RAZR” smartfonunun qalınlığı 7,1 millimetr təşkil edir (VİDEO)

“Motorola Mobility” şirkəti “Android 2.3.5” platformasında işləyən 4,3 düymlü ekranı olan güclü “RAZR” smartfonunu elan edib. Aparat monoblok korpusda 7,1 millimetr qalınlıqda hazırlanıb. “QHD” (960×540 nöqtə) kəskinliyə malik olan “Super AMOLED Advanced” sensor ekranı zədələrdən “Gorilla Glass” şüşəsi ilə qorunur.

Tarix: 19/10/11 “Galaxy Nexus”: “Android 4.0” platformasında ilk smartfon (VIDEO)

“Galaxy Nexus” “Android İce Cream Sandwich” (4.0) əməliyyat sistemi ilə işləyən ilk aparat olub. Həm smartfon, həm də planşetlərdə istifadə edilə bilən bu platforma təkmilləşdirilmiş interfeys, xəbərdarlıq mərkəzi və genişləndirilmiş çoxməsələlik vasitələri əldə edib.

Tarix: 19/10/11 “İntel” yeni server prosessorları 2012-ci ildə təqdim edəcək

Veb-mənbələrin məlumatına əsasən, “İntel” korporasiyası ikiprosessorlu sistemlər üçün “Xeon E5-2400” server çipləri seriyasını hazırlayır. Yeni seriya məmulatlarının əsasını “Sandy Bridge” arxitekturası təşkil edəcək; prosessorların quraşdırılması üçün “Socket 1356” konnektoru ilə olan sistem lövhə lazımdır.

Tarix: 18/10/11 “Microsoft” əli, bloknotu, masanı sensor edəcək

“Microsoft” şirkəti “OmniTouch” texnologiyasını təqdim edib. Bu texnologiya istənilən səthi sensor interfeysə çevirə bilər. Təqdim olunan sistemin prototipi pikoproektor və “PrimeSense” videokamerasından ibarətdir. Onların vasitəsi ilə əli, bloknotu, masanı və s-ni sensor etmək olar.

Tarix: 17/10/11 Çinlilər robotlara stolüstü tennis oynamağı öyrədiblər (VIDEO)

Çjenszyans Universitetindən olan Çin tədqiqatçıları stolüstü tennis oynaya bilən robotların hazırlanmasına 4 il vaxt sərf ediblər. Mexanikləşdirilmiş oyunçular təxminən 1,6 metr boya və 55 kq çəkiyə malikdirlər. Topun izlənilməsinə saniyədə 120 kadr sürətlə təsviri ötürən kameralar məsuliyyət daşıyır.

Tarix: 17/10/11 5 TB tutumlu vinçester istehsal ediləcək

“Seagate” şirkəti bu yaxınlarda 4 TB tutuma malik ilk xarici vinçester təqdim edib": “GoFlex Desk” daşıyıcısının qiyməti təxminən 250 dollardır. İndi isə şirkətin tezliklə 5 TB tutumlu sərt disk təqdim edə biləcəyi deyilir. Disk hər biri 1 TB olan 5 maqnit lövhəsinə malik olacaq. Əvvəlcə qurğu xarici daşıyıcı şəklində təklif ediləcək.

Tarix: 17/10/11 Yeni nəsil “3D” eynəyi təqdim edilib

“nVidia” şirkəti “3D” məzmunla işləməyə icazə verən “3D Vision” texnologiya dəstəkli kompyuterlər üçün aksessuar çeşidini genişləndirib. Şirkət “LightBoost” sistemini təqdim edib. Sistem mövcud həllərlə müqayisədə “3D” təsvirin 2 dəfə daha yüksək parlaqlığını və təkmilləşdirilmiş rəngverilişini təmin edir.

Tarix: 17/10/11 “Nokia 710”-nun xüsusiyyətləri açıqlanıb

Veb-mənbələrin məlumatına əsasən, “Nokia” şirkəti “Nokia 710” smartfonunu hazırlayır. Smartfonun proqram platformasının “Windows Phone” olacağı ehtimal olunur. Aparatın "ürəyi”nin 1.4 QHz takt tezlikli “ARM Cortex A8” prosessoru olacağı bildirilib.

Tarix: 15/10/11 “Apple” şirkəti yeni “MacBook” hazırlayır

“Apple” şirkəti “MacBook” noutbuklarının yeni modellərini istehsal etməyi planlaşdırır. Yeniləmə bazara 5 yeni model gətirəcək – 2 ədəd 13 düymlü, 2 ədəd 15 düymlü və 1 ədəd 17 düymlü noutbuk. Modellərin kod adları –“K90IA”, “K91A” və “K92A”. Yeni modellər “Bluetooth 4.0” ilə təchiz olunacaq.

Tarix: 15/10/11 Dünyada ilk olaraq terabaytlıq SSD disk

“KİNGMAX SATAİİ” interfeysi ilə 2.5 düymlü form-faktorda dünyada ilk olaraq terabaytlıq SSD disk istehsal edib. Yenilik zərbəyə davamlı korpusda hazırlanıb və "Global Wear Leveling" mexanizmi vasitəsi ilə yüksəldilmiş xidmət müddətinə və məhsuldarlığa malikdir.

Tarix: 13/10/11 “Nokia 603”: “Symbian Belle” platformasında smartfon (VİDEO)

“Nokia” şirkəti “Nokia 603” smartfonunu təqdim edib. Aparat monoblok tipli klassik korpusda hazırlanıb. Cızıqların yaranmasına qarşı möhkəm olan tutumlu sensor ekranın ölçüsü 3,5 düym təşkil edir; kəskinlik 360×640 nöqtədir. Daxili yaddaş tutumu 2 QB;








19 Mart 2024

18 03 2024