bölmədə 3428 material var

Tarix: 28/07/16 Havanın çirklənməsi zamanı rəngini dəyişəcək “ağıllı” geyim yaradılıb (VİDEO)

ABŞ dizayneri Nikolas Bentelin təsis etdiyi “Aerochromics” şirkəti havada zərərli maddələrin təhlükəli konsentrasiyasını müəyyənləşdirərək rəngini dəyişən “ağıllı” geyim yaradıb.

Tarix: 26/07/16 Protezlərin hazırlanmasında titanı əvəz edəcək möhkəm ərinti yaradılıb

ABŞ-ın Rays Universitetinin tədqiqatçılar qrupu protezlərin yaradılması sahəsində geniş tətbiq edilə biləcək möhkəmliyi ilə seçilən yeni ərinti icad edib.

Tarix: 25/07/16 Xəstə haqqında məlumatları kompüterə ötürən cərrahi tikiş materialı yaradılıb

ABŞ alimləri yaranı sağaltmağa kömək edən və xəstənin vəziyyəti barədə informasiyanı kompüterə translyasiya etməyə imkan verən cərrahi tikiş materialı prototipini hazırlayıblar.

Tarix: 25/07/16 Universal mikrorobotların yaradılması texnologiyası kəşf edilib

İsveçrə alimləri istiliyin təsiri nəticəsində konfiqurasiyanı dəyişə bilən yüksək buraxılış qabiliyyətinə malik universal mikrorobotların yaradılması texnologiyasını hazırlayıblar.

Tarix: 23/07/16 Yeni "Gorilla Glass” şüşəsi mobil telefonları zərbədən daha yaxşı qoruyacaq

ABŞ-ın “Corning” şirkəti mobil qurğuların displeyləri üçün "Gorilla Glass” qoruyucu şüşəsinin beşinci nəslini təqdim edib. 

Tarix: 22/07/16 Günəş batareyaları ilə işləyən dronun uğurlu sınaqları keçirilib

ABŞ-ın “Facebook” şirkəti günəş enerjisi ilə işləyən və dünyanın ucqar yerlərində yaşayan insanların internetə qoşulması üçün nəzərdə tutulan “Aquila” pilotsuz uçan aparatın ilk sınaqlarını keçirib.

Tarix: 22/07/16 Beyin üçün yüksək dəqiqlikli termometr icad edilib

Avstraliyanın Adelaid Universiteti və Nanomiqyaslı Biofotonika üzrə Qabaqcıl Təcrübə Mərkəzinin fizikləri baş-beyinin temperaturunun ölçülməsi üçün yüksək həssaslığa malik zond hazırlayıblar.

Tarix: 21/07/16 “Obi” robotu əlillərə qida qəbulunda kömək edəcək

“Desin” şirkəti sağlamlıq imkanları məhdud insanlara kömək üçün nəzərdə tutulan robotlaşdırılmış əl hazırlayıb.

Tarix: 20/07/16 “Wi-Fi” qəbuledicisinin optik analoqu yaradılıb

“Facebook Connectivity Lab” laboratoriyasının mütəxəssisləri hava ilə ötürülən optik rabitə siqnallarının aşkarlanması üçün yeni konseptual yanaşma təqdim ediblər.

Tarix: 20/07/16 Vitaminlə işləyən redoks batareya hazırlanıb

ABŞ mikrobioloqları elektrik enerjisini dəyişən enerji mənbələrindən təhlükəsiz və qənaətli saxlamağa imkan verən yeni üzvi molekullar sinfi yaradıblar.

Tarix: 20/07/16 10 terabayt tutumlu sərt disklər təqdim edilib

“Seagate” şirkəti “Guardian” istehsal xəttindən 10 terabayt tutumlu yeni sərt disklər təqdim edib. Bura fərdi kompüterlər üçün “Seagate BarraCuda” toplayıcısı, videomüşahidə məlumatlarının saxlanılması üçün “IronWolf” və “SkyHawk” sərt diskləri daxildir.

Tarix: 16/07/16 Enerjidən asılı olmayan yaddaş kartının istehsalı üzrə yeni texnoloji proses yaradılıb

“IBM” və “Samsung” şirkətləri “NAND” yaddaş toplayıcısından 100 min dəfə sürətli işləyən, oxuma “IBM” və “Samsung” şirkətləri “NAND” yaddaş toplayıcısından 100 min dəfə sürətli işləyən, oxuma və yazma üçün məhdudiyyətsiz dövrəyə malik enerjidən asılı olmayan yaddaş kartının istehsalı üzrə texnoloji prosesin yaradılmasını bəyan ediblər.

Tarix: 14/07/16 Süni intellektli mobil proqram yolda qeyri-adekvat sürücülər barədə xəbərdarlıq edəcək

İsrailin “Nexar” şirkəti süni intellekt əsasında işləyən dünyanın ilk videoregistrator əlavəsini nümayiş etdirib. 

Tarix: 14/07/16 Yuxunun keyfiyyətini yaxşılaşdıran “ağıllı” yastıq (VİDEO)

Əksər “ağıllı” saat və idman bilərzikləri istifadəçinin necə yatması barədə məlumatlar əldə etməyə imkan verən yuxu mərhələlərinin izlənilməsi funksiyası ilə təchiz edilib. 

Tarix: 14/07/16 Nadir materiallardan istifadə olunmadan ilk hibrid mühərrik yaradılıb

Yaponiyanın “Honda Motor Co” avtomobil istehsalçısı nadir yer materiallarından istifadə etmədən hibrid avtomobil mühərriki hazırlayıb. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bu, hibrid avtomobillərin yaradılmasının dəyərini azaldacaq.








19 Mart 2024

18 03 2024