bölmədə 3428 material var

Tarix: 05/02/13 “xPhone”-un texniki xüsusiyyətləri məlum olub

Kevlar materialdan hazırlanmış korpusa malik olacaq “X Phone” cihazı 128 QB daxili fləş-yaddaşla təchiz ediləcək. “Android 5.0 Key Lime Pie” əsasında işləyəcək cihazın cari ilin mayında təqdim ediləcəyi gözlənilir.

Tarix: 04/02/13 Dizaynerlər üçün yeni qələm

“Hammacher Schlemmer” şirkəti dizaynerler üçün sənədləri skan edən diyircəkli dizayner qələm təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, “Pen-Sized Scanner”-in yuxarı hissəsinə avtofokuslu mikroobyektiv və həcmi 1 qiqabaytlıq mikrosxemli fləş-yaddaşı olan beş meqapikselli kamera yerləşdirilib.

Tarix: 04/02/13 "Ağıllı" otel tikiləcək (VİDEO)

İspaniyanın “Serrano Brothers” şirkəti “gələcəyin oteli”ni yaratmağı planlaşdırır. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, konsept “ITH Room Experience” adlandırılıb və o, qabaqcıl texnologiyalarla təchiz edilmiş otel nömrəsidir. Otel nömrəsinin təchiz edildiyi pəncərələr lazım olduqda açılır və bağlanır.

Tarix: 04/02/13 Dizayner şəffaf “iPad” planşetinin konseptini təqdim edib

“Apple” korporasiyasının laboratoriyalarında yeni nəsil mobil cihazlar üzərində iş aparıldığı zamanda, müstəqil dizaynerlər “iOS”-qurğularla bağlı öz konseptlərini təklif ediblər. Belə ki, sənaye dizayneri və tərtibatçı Rikardo Luis Monteyro Afonso (Ricardo Luis Monteiro Afonso) “iPad” planşet kompüterinin gələcəyi ilə bağlı öz baxışını təqdim edib.

Tarix: 04/02/13 Yeni superkompüter beynin işini imitasiya edəcək

Avropa İttifaqı insan beyninin işini dəqiq surətdə imitasiya etmək bacarığına malik olan unikal superkompüterin yaradılması üzrə beynəlxalq layihəni təsdiqləyib. Layihə 2023-cü ilədək Avropa, ABŞ və İsrailin bir neçə aparıcı ali məktəbində çalışan mütəxəssislər tərəfindən reallaşdırılacaq. Unikal superkompüterin yaradılmasına ümumilikdə 1 milyarddan çox avro xərclənəcəyi planlaşdırılır.

Tarix: 04/02/13 Orfoqrafiya səhvləri barədə xəbərdarlıq edən elektron qələm yaradılıb

Almanların hazırladığı “Lernstift Pen” adlı diyircəkli qələm daxili elektron qurğuya malikdir və o, yazan şəxsin əl hərəkətlərini müəyyənləşdirərək yazıları düzgünlük baxımından təhlil edir və səhv qeydə aldığı zaman bu barədə vibrasiya ilə bildirir. Bu cür texnologiya yazan şəxsə səhvləri aradan qaldırmaqda yardımçı olacaq.

Tarix: 02/02/13 "İntel" ikinüvəli çiplə təchiz olunmuş "ağıllı" telefon hazırlayır

"İntel" şirkəti ikinüvəli prosessorla təchiz ediləcək bir neçə "Android"-qurğu hazırlayır. Yeniliklər 25-28 fevralda Barselonada keçiriləcək "Mobile World Congress" (MWC) sərgisində təqdim olunacaq. Həmçinin inkişaf etməkdə olan ölkələr üçün "Z2420" (Lexington) platformasında işləyəcək ucuz "ağıllı" telefon, planşet və ultrabuk xətti təqdim ediləcək.

Tarix: 31/01/13 Şəffaf smartfonun prototipi hazırlanıb

Tayvanın “Polytron Technologies” şirkəti tam şəffaf smartfonun prototipini təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, modelin yaddaş kartı,

Tarix: 31/01/13 Uçan avtomobil: arzu reallığa çevrilir

50 ildən sonra entuziast Pol Müller “Skycar” adlı uçan avtomobillərin istehsalına başlamağı planlaşdırır. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Pol Müller bu işə 80 milyon dollar həcmində sərmayə yatıracaq tərəfdaş tapıb. Bu layihəyə, həmçinin Çinin böyük marağı var:

Tarix: 30/01/13 Dünyada ilk dəfə olaraq ultramüasir formatda televiziya yayımı reallaşdırılacaq

Yaponiyanın “Asaxi Şimbun” nəşri yazır ki, 2014-cü ilin iyulundan etibarən ölkə ərazisində “4K” formatında televiziya yayımına start veriləcək.

Tarix: 30/01/13 “iPad mini” dizaynında “iPad 5”-in korpusunun fotosu internetdə dərc edilib

“Apple”-ın planşet kompüterlərinin siması son iki il ərzində, demək olar ki, dəyişməz olaraq qalır. Göründüyü kimi, “iPad 5”-in görünüşü mühüm dəyişikliklərə məruz qalacaq və bu cihaz “iPad mini”-yə bənzəyəcək.

Tarix: 29/01/13 Təkrar emal edilmiş “DVD” disklərdən hazırlanmış kürəşəkilli muzey

“Miniwiz” şirkəti “iGreen” adlı qeyri-adi aviasiya muzeyi tikməyi planlaşdırır. Binanın tikintisində təkrar emal edilmiş “DVD” və “CD” disklərdən istifadə ediləcək.

Tarix: 29/01/13 Yeni masa oturaq həyat tərzindən xilas olmağa kömək edəcək (VİDEO)

Milyonlarla insan gün ərzində saatlarla masa arxasında oturmaq məcburiyyətindədir və bu, sağlamlığa mənfi təsir göstərir. Bu problemi aradan qaldırmaq üçün “Active Desk”-in istehsalçıları ofis masası ilə velosiped trenajorunu birləşdiriblər.

Tarix: 29/01/13 “iPad” planşetinin yaddaşı artırılacaq

“Apple” şirkəti “iPad” planşetinin 128 qiqabayt daxili yaddaşa malik versiyasını istehsal edəcək.

Tarix: 28/01/13 Yeni “BlackBerry” tanış olun

Yeni nəsil “BlackBerry” “ağıllı” telefonunun fotosu internetdə dərc edilib. Cihaz rəsmi olaraq yanvarın 30-da təqdim ediləcək. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “@evleaks” mikrobloqu “BlackBerry Z10”-un fotosunu internetdə yerləşdirib.








19 Mart 2024

18 03 2024