bölmədə 3428 material var

Tarix: 13/10/11 “Toshiba” korporasiyası yeni sərt disklər istehsal edib

“Toshiba” korporasiyası server və işçi stansiyalar üçün nəzərdə tutulmuş “MK01GRRB/R” vinçesterlərini istehsal edib. Yeni sərt disklər 2,5 düymlü form-faktorda hazırlanıb; kompyuterə qoşulması üçün 6,0 Qbit/s-ə qədər keçirtmə qabiliyyətini təmin edən “SAS” (Serial Attached SCSİ) interfeysindən istifadə olunur.

Tarix: 12/10/11 “Motorola” smartfonu netbuka çevirəcək

“Motorola Mobility” şirkəti smartfonlar üçün netbuk şəklində hazırlanmış “Lapdock 100” dok-stansiyasını təqdim edib. Yenilik 1366×768 piksel kəskinlikli 10,1 düym ekranla, klaviatura və taçpad ilə təchiz edilib. SD fləş kartlar üçün slot, 2 USB portu və inteqrasiya edilmiş dinamikası var.

Tarix: 11/10/11 Yeni yarımkeçirici elementləri yaradılacaq

Almaniyanın “İnfineon” şirkəti 300 millimetr diametrli nazik silisium lövhələr əsasında hazırlanan qüvvət yarımkeçirici elementlərin istehsalına başlanacağı haqqında məlumat verib. “İnfineon” şirkətinin bu sahədə müvafiq prosesi öyrənə bildiyi qeyd edilib.

Tarix: 10/10/11 “Qualcomm” şirkəti yeni nəsil prosessorlarının xüsusiyyətlərini açıqlayıb

“Qualcomm” şirkəti “Krait” arxitekturasında hazırlanan növbəti nəsil “Snapdragon” prosessorlarının xüsusiyyətlərini açıqlayıb. “Snapdragon S4” (MSM8960) prosessorlarının yeni seriyasının məmulatları 28 nanometr texnologiya ilə istehsal ediləcək, bu isə məhsuldarlığın əhəmiyyətli artımını və enerji istehlakının azalmasını təmin edəcək.

Tarix: 10/10/11 “Pandigital” şirkəti “SuperNova” planşetini 8 düymlü diaqonal ekranla təchiz edir

“Pandigital” şirkəti oktyabr ayının ortalarında “Android 2.3” proqram platformasında olan “SuperNova” planşet kompyuterinin satışlarına başlayacaq. Qurğuda 1,06 QHz takt tezliyində işləyən “Samsung S5PV210 Cortex” prosessoru tətbiq edilib. Qurğu 512 MB əməli yaddaş və 4 QB tutumlu fləş daşıyıcı

Tarix: 08/10/11 Plastik şüşə korpuslu ultrabuklar istehsal ediləcək

“Acer” və “ASUS” şirkətləri ultrabuklar (İntel korporasiyasının məhsuldarlığı itirmədən nazik, 20 mm-dək yüngül mobil kompyuterlərin yaradılması konsepsiyası) üçün alümin korpusların çatışmazlığı problemini həll ediblər və eyni zamanda belə qurğuların maya dəyərinin azaldılması üsulunu tapıblar.

Tarix: 08/10/11 Hindistan planşetinin prototipi 3 Vatt enerji sərf edir

2012-ci ildə Hindistanda “İ-slate” planşet kompyuterlərinin kütləvi istehsalı başlanacaq. “İ-slate” planşetinin əsas xüsusiyyəti təxminən 3 Vatt təşkil edən kiçik enerji istehlakıdır. Rays (ABŞ) Universitetinin professoru Krişna Palem izah edir ki,

Tarix: 07/10/11 “Samsung Galaxy Nexus”un texniki xüsusiyyətləri məlum olub

“bgr.com” saytı öz etibarlı mənbələrindən “Samsung Galaxy Nexus” aparatı haqqında informasiya əldə edib. Aparat gələn həftə təqdim ediləcək. Mənbənin məlumatlarına əsasən, “Galaxy Nexus”un texniki xüsusiyyətləri aşağıdakı kimidir:

Tarix: 07/10/11 “JVC GC-PX10” hibrid videokamerasının qiyməti 900 dollardır (VİDEO)

Oktyabr ayının sonuna kimi 12,75 milyon piksellə və 10 qat optik transfokator obyektivlə olan 1/2, 3 düymlü “KMOP” matrislə təchiz edilmiş “JVC GC-PX10” hibrid videokamerasının satışları başlanacaq. Qurğu “Full HD” (1920×1080 nöqtə) formatında yüksək dəqiqlikli videoçəkiliş etməyə imkan yaradır.

Tarix: 07/10/11 Güclü “HTC Sensation XL” smartfonu təqdim edilib

“HTC” şirkəti cari rübdə “Sense 3.5 Uİ” firma istifadəçi interfeysində “Android 2.3.5” (Gingerbread) əməliyyat sistemi ilə işləyən “Sensation XL” smartfonunun satışlarına başlayacaq. Yeniliyin “ürəy”i 1.5 QHz takt tezlikli birnüvəli “Qualcomm Snapdragon MSM 8255” prosessorudur.

Tarix: 05/10/11 “Apple iCloud” xidməti oktyabr ayının 12-də istifadəyə veriləcək

Yeni nəsil “iPhone” smartfonunun təqdimatına həsr edilmiş dünənki tədbirdə “Apple” şirkəti bildirib ki, “iCloud” veb- xidməti və “iOS 5” mobil əməliyyat sistemi oktyabr ayının 12-də istifadəyə veriləcəklər. “iCloud” xidməti məzmunu internetdə serverlərdə saxlamağa, onu portativ və stasionar qurğular arasında sinxronlaşdırmağa imkan yaradacaq.

Tarix: 04/10/11 5 terabayta qədər məlumat saxlaya bilən media-server istehsal edilib

“Toshiba” şirkəti dünən, oktyabr ayının 3-də yapon bazarında 5 terabayta qədər məlumat saxlaya bilən yeni media-serveri təqdim edib. Şirkətin bəyanatında qeyd edilib ki, yenilik, eyni zamanda, 6 telekanaldan yazılan videotranslyasiyanı 15 günə qədər saxlaya bilər.

Tarix: 04/10/11 “Oracle” şirkəti “Exalytics İntelligence Machine” platformasını təqdim edib

“Oracle” şirkətinin rəhbəri Larri Ellison növbəti yeniliyi - korporativ istifadəçilər üçün “Exalytics İntelligence Machine” kompleksini təqdim edib. Aparat nöqteyi-nəzərindən yenilik 40 hesablama nüvəsi və 1 Tb əməli yaddaşa malik serverdir.

Tarix: 03/10/11 “Kodak PlayFull”: germetik korpusda cib videokamerası

Maliyyə vəziyyəti heç də yaxşı olmayan “Eastman Kodak” şirkəti “PlayFull” cib videokamerasının satışına başlayıb. Yenilik möhkəm germetik korpusda hazırlanıb: istehsalçı iddia edib ki, 1.5 metr hündürlükdən düşmə qurğu üçün təhlükəli deyil. Qurğu suyun altında 3 metr dərinlikdə 2 saat qala bilər.

Tarix: 01/10/11 “iPad 2” planşeti üçün simsiz yükləmə qurğusu hazırlanıb

“Hitachi” “Maxell Apple iPad 2” üçün qeyri-adi aksessuar hazırlaması haqqında məlumat verib. Şirkət planşet üçün simsiz yükləmə qurğusu hazırlayıb. Belə ki, qurğu, planşeti heç bir sim olmadan enerji ilə doldurmağa imkan yaradır. Yeni simsiz yükləmə stansiyası "energetika stendi”ndən və "energetika örütüyü”ndən ibarətdir.








19 Mart 2024

18 03 2024