bölmədə 3428 material var

Tarix: 30/11/11 Lenovo yeni smartfon təqdim edib

Çinin Lenovo şirkəti WCDMA mobil şəbəkələrində istifadə üçün nəzərdə tutulmuş LePhone S2 smartfonunu təqdim edib. Smartfon 1,4 QHz takt tezlikli Qualcomm MSM8255 (Snapdragon ailəsi) prosessoru ilə təchiz edilib, əməliyyat sistemi kimi Android 2.3.4 versiyasının platforması istifadə olunur.

Tarix: 30/11/11 Yeni hibrid disklər istehsal olunub (VİDEO)

Seagate şirkəti portativ kompyuterlər üçün nəzərdə tutulmuş yeni nəsil Momentus XT hibrid sərt disklərinin tədarükünə başlayıb. Sərt diskin formfaktoru 2,5 düym; fərdi kompyuterə qoşulma üçün Serial ATA 3.0 interfeysi tətbiq edilir. Şpindelin fırlanma tezliyi haqda məlumat verilmir.

Tarix: 29/11/11 Tərkibində heç bir bərk cisim olmayan robot hazırlanıb

Harvard Universitetinin alimləri tərkibində heç bir bərk cisim olmayan elastik robot yaradıblar. Robot tırtıl və ya dəniz ilbizi kimi hərəkət edə və maneələrin altından sürünə bilər. Bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilmiş məqalədə bildirilib.

Tarix: 28/11/11 “Motorola” şirkəti “Droid 4” smartfonu hazırlayır

Veb-mənbələrin məlumatına əsasən, “Motorola Mobility” şirkəti dekabr ayının 8-də “Android 2.3.x” əməliyyat sistemi ilə işləyən “Droid 4” smartfonunu təqdim edəcək. Smartfonun “ürəy”ini 1.2 QHz takt tezlikli 2 nüvəli prosessor təşkil edəcək. Əməli yaddaş tutumu 1 QB; qHD kəskinlikli sensor ekranın diaqonalı

Tarix: 28/11/11 Rusiya da planşet istehsalına maraq göstərir

Rusiyanın "Yeni texnologiyalar" şirkəti “BigPad” planşetinin istehsalını təşkil edib. Bu barədə “CNews” yazıb. Qurğunun ölçüləri 217x80x19 sm,

Tarix: 26/11/11 “LG” və “PRADA” yeni smartfon istehsal edəcəklər

“LG Electronics” şirkəti və “PRADA” modalar evi mobil telefon istehsalı ilə bağlı yeni əməkdaşlıq sazişi bağlayıblar. “LG” və “PRADA” 2006-cı ildə əməkdaşlığa başlayıblar və artıq 2007-ci ildə “PRADA Phone by LG 1.0” qurğusunu təqdim ediblər. Tərəflər o zaman bildirmişdilər ki, bu model ilk dəfə olaraq

Tarix: 26/11/11 “Samsung” şirkəti netbuk istehsalından imtina edib

“Samsung” şirkəti 2012-ci ildə netbuk istehsalından imtina etməyi planlaşdırır. Bu barədə Fransanın “Blogeee.net” saytı guya Cənubi Koreya şirkətinin öz ticarət partnyorlarına göndərdiyi məktuba istinadən xəbər verib. Məktubda bildirilib ki, “Samsung” şirkəti portativ kompyuterlər barəsində strategiyasına yenidən baxmaq niyyətindədir.

Tarix: 25/11/11 Mobil qurğular üçün yeni nəsil yaddaş mikrosxemləri təqdim edilib

Yaponiyanın “Elpida Memory” şirkəti “DDR3 Mobile RAM” (LPDDR3) yaddaş mikrosxemi hazırlayıb. Mikrosxem 30 nanometr texnologiya üzrə hazırlanıb. “Elpida” şirkətinin iddialarına əsasən, yeni məmulatlar “DDR2 Mobile RAM” (LPDDR2) ilə müqayisədə məlumatların ötürülməsinin 2 dəfə daha yüksək sürətini təmin edir.

Tarix: 25/11/11 Dünyada ən parlaq pikoproektor

“AAXA Technologies” şirkəti 340 dollar dəyərində olan yığcam “AAXA P4” proyektorunun satışlarına başlayıb. Qurğu 750 MHz prosessor, 2 Qb fləş yaddaş, SD kartlar üçün slot və 1 Vt gücündə dinamiklə təchiz edilib. 3,5 mm audio konnektor, “D-Sub” və “USB 2.0” portları var. İstehsalçı iddia edir ki,

Tarix: 24/11/11 “iPhone” smartfonu ilə idarə olunan robot yaradılıb

“Romotive” şirkəti ABŞ-ın 2 mühəndisi tərəfindən yaradılmış “Android” və ya “iPhone” smartfonu vasitəsi ilə idarə olunan “Robo” adlı portativ tırtıllı robot təqdim edib. “Romotive” şirkətindən bildiriblər ki, robotun qiyməti 78 dollardır.

Tarix: 24/11/11 “HiddenRadio & Bluetooth Speaker”

“HiddenRadio & Bluetooth Speaker” layihəsinin iştirakçıları portativ qurğular üçün orijinal akustik sistem hazırlayıblar. Qurğunu aktivləşdirmək üçün yuxarı hissəni çevirərək dinamiki açmaq kifayətdir. Səs səviyyəsi 80 desibelə (db) çatır. İddia edilir ki,

Tarix: 23/11/11 “Lenovo İdeaCentre Q180”: Dünyada ən kiçik nettop

“Lenovo” şirkəti “İntel Atom” aparat platformasında kiçik form-faktorlu “İdeaCentre Q180” stolüstü kompyuterinin satışlarına başlayıb. İstehsalçılar yeniliyi dünyada ən yığcam nettop adlandırırlar: qurğunun ölçüləri 192×155×22 mm təşkil edir. Maksimal konfiqurasiyada kompyuter 2,13 QHz takt tezlikli ikinüvəli “Atom D2700” prosessoru və 4 QB əməli yaddaş

Tarix: 23/11/11 “Microsoft” korporasiyası “Kinect” kontrollerinin “Windows” üçün versiyasını təqdim edib (VİDEO)

“Microsoft” korporasiyası “Kinect” kontrollerinin “Windows” əməliyyat sistemi ilə işləyən kompyuterlər üçün yeni versiyasını təqdim edəcək. Bu barədə “Kinect for Windows” bloqunda bildirilib. Qeyd edək ki, hazırda “Kinect” yalnız “Xbox 360” oyun konsolu üçün istehsal edilir.

Tarix: 23/11/11 “Lenovo” şirkəti 5 düymlü ekrana malik “Android” planşetini hazırlayır

“Engadget” saytı “Lenovo” şirkətinin hələ elan edilməmiş qurğusunun bir neçə şəklini dərc edib. Qurğu 5 düymlü ekranla təchiz edilib və “Dell Streak” planşetini xatırladır. Yeniliyin ikinüvəli prosessorla təchiz olunduğu və “Android” (platformanın versiyası adlanmır) əməliyyat sistemi ilə işlədiyi məlumdur.

Tarix: 22/11/11 “KÜR EAİ” MMC "BakuTel -2011" rəqəmli TV üçün “DVB-T” dekoderlərini nümayiş etdirəcək

“KÜR” kompyuter texnikası istehsalı zavodu "BakuTel -2011" 17-ci Azərbaycan telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində “Prestije” brendi altında rəqəmsal televiziya üçün “DVB-T” dekoderlərinin iki yeni modelini nümayiş etdirəcək. Bu barədə zavodun direktoru Rizvan Osmanov bildirib.








19 Mart 2024

18 03 2024