bölmədə 3428 material var

Tarix: 22/07/13 Böyük ölçülü maye kristal panellərin tədarük həcmi 2,5% azalıb

Tayvanın “TrendForce” analitik şirkətinin tədqiqat bölməsi “WitsView”in ekspertlərinin hesablamasına görə, 2013-cü ilin iyununda qlobal bazara ümumilikdə 65.95 milyon böyük ölçülü “TFT-LCD” panelləri tədarük edilib. May ayı ilə müqayisədə göstəricilərin həcmi 2,5% azalıb.

Tarix: 22/07/13 İnternetdə köhnə mobil tətbiqlərə dair internet-muzey istifadəyə verilib

Amerikalı Elli Drayver bu yaxınlarda “Capptivate” adlanan qeyri-adi internet-muzey hazırlayıb və istifadəyə verib. Orada "eksponat" qismində  ya yeniləri ilə əvəz edilmiş köhnə mobil tətbiqlər, ya da hazırda mövcud olmayanlar yerləşdirilib.

Tarix: 22/07/13 Yaponiya alimləri səhraların yaşıllaşdırılması üçün texnologiya hazırlayıblar

Yaponiyanın Kioto Universitetinin əməkdaşları “Panasonic” korporasiyası ilə birlikdə səhraların yaşıllaşdırılması üçün nəzərdə tutulan texnologiya işləyib hazırlayıblar. Bu barədə şirkətin nümayəndələri məlumat verib.

Tarix: 19/07/13 “Apple” inqilabi məhsullar hazırlayacaq

“Apple” çox tezliklə məhsullarının istehsalında "maye metal" tətbiqinə başlaya bilər. Amerika şirkəti 2010-cu ildə sirkonium, titan, nikel və misdən ibarət bu yüngül və möhkəm ərinti materialı üzərində eksklüziv hüquqları “Liquidmetal”dan satın alıb

Tarix: 19/07/13 “Google” yeni yığcam planşet təqdim edəcək

“Google” şirkəti iyulun 24-də San-Fransiskoda mətbuat konfransı keçirəcək. "Zəhmət olmasa, Sundarom Piçai ilə səhər yeməyinə siz də qoşulun" – jurnalistlərə göndərilmiş dəvətdə belə deyilib.

Tarix: 19/07/13 “Samsung” şirkəti “Galaxy S4” smartfonunun daha güclü versiyası üzərində işləyir

Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy S4” smartfonunun daha bir növü üzərində iş aparır. “Samsung” şirkətindəki mənbələrinə istinadən “Antutu Labs” nəşrinin yaydığı məlumata əsasən, smartfonun yeni versiyası aparat içliyi nöqteyi-nəzərindən daha çox güclü olacaq və “LTE-Advanced” standartlı qabaqcıl şəbəkələrini dəstəkləyəcək.

Tarix: 18/07/13 “LG” “3D” texnologiyasını dəstəkləyən smart televizorlar təqdim edib

“LG Electronics” şirkəti “Ultra HD” (4К) formatını dəstəkləyən televizorların çeşidlərini artırıb. Bu dəfə söhbət “LA9700” seriyasından olan işıq diodlu işıqlandırmaya malik 55 və 65 düymlük modellərdən gedir.

Tarix: 18/07/13 Böyük Qafqazın Azərbaycan ərazisinin geoloji mühitinin “3D” modeli qurulacaq

Niderlandın Delft Universitetində təşkil olunmuş Şotlandiyanın “Midland Valley” şirkətinin “MOVE” rəqəmli proqram təminatının mənimsənilməsi üzrə təlim kursu artıq başa çatıb.

Tarix: 17/07/13 Bu da ən güclü, ən yeni “BlackBerry”

Kanadanın “BlackBerry” korporasiyası yeni smartfon hazırlayır. “ICTnews.az” elektron xəbər xidməti “milli.az” saytına istinadən bildirir ki, “BlackBerry A10 Aristo” adlanan smartfon 5 düymlük ekran, 8 meqapiksellik kamera və ən yeni “BB Software” əməliyyat sistemi ilə təchiz edilib.

Tarix: 17/07/13 Mobil telefonların enerji ilə doldurulması üçün şok üsul tapıldı

Britaniyanın Bristol robot-texnika laboratoriyasının alimlərinin hazırladığı həll sayəsində mobil telefonları insan sidiyinin köməkliyi ilə enerjiylə doldurmaq mümkündür.

Tarix: 17/07/13 “iPhone 5S” smartfonunun istehsalına iyulun sonunda başlanılacaq

“PCMag” resursu analitik Piter Maysekə istinadən yazıb ki, “Apple” şirkəti bu ayın sonunda “iPhone 5S” smartfonunun yeni versiyasının istehsalına başlayacaq. Beləliklə, yenilik sentyabrın sonunda və ya oktyabrın əvvəlində təqdim ediləcək.

Tarix: 16/07/13 “Utilite” adlı yığcam kompüter təqdim edilib

“CompuLab” şirkəti “ARM” arxitekturasına əsaslanan prosessor ilə işləyən “Utilite” adlı yığcam kompüter təqdim edib.

Tarix: 16/07/13 “NVIDIA Tegra 4” çipi ilə təchiz edilmiş ilk smartfon təqdim ediləcək

“ZTE” şirkəti “Geek” smartfonunun yeni fotosunu dərc edib. Sözügedən cihaz dördnüvəli “NVIDIA Tegra 4” çipi ilə təchiz ediləcək ilk smartfon olacaq.

Tarix: 16/07/13 Fırça ilə şəkil çəkə bilən robot yaradılıb (VİDEO)

Konstanz Universitetində işləyən alman mütəxəssislərdən ibarət qrupun hazırladığı “e-David” adlı robot digərlərindən fərqli olaraq şəkil çəkə bilir.

Tarix: 15/07/13 “Lenovo” şirkəti yeni smartfon hazırlayır

Çinin “Lenovo” şirkəti “NVIDIA Tegra 3” mobil platforması əsasında qurulan “A850” adlı yeni smartfon hazırlayır. Aparat 5,5 düym diaqonallı böyük “IPS” ekrana malik olacaq və onun qiyməti təxminən 250 dollar təşkil edəcək.








19 Mart 2024

18 03 2024