bölmədə 3428 material var

Tarix: 16/05/15 “Google” şirkətinin avtonom avtomobilləri yayda Kaliforniya yollarında sınaqdan keçiriləcək

“Google” şirkətinin sürücüsüz avtomobili üzərində işlər çox sürətlə aparılır: ötən ilin dekabrında ilk işlək prototip nümayiş etdirilib.

Tarix: 15/05/15 “HTC” şirkəti ən güclü smartfonlarından birini təqdim edib

Tayvanın “HTC” şirkəti “J Butterfly” smartfonunu elan edib: yeni modeldə “One M9” və “One M9+” qabaqcıl modellərinin ən yaxşı texniki imkanları istifadə olunur. Yeni qurğu Tayvan şirkətinin istehsal xəttində ən güclü smartfonlardan biridir.
 

Tarix: 14/05/15 ABŞ-da ağrı hisslərinin bloklanması üçün "ağıllı” plastır hazırlanıb

Elektrik enerjisinin köməyi ilə ağrı hisslərini bloklayan “Cur” “ağıllı” plastırları artıq 2015-ci ilin qışında satışa çıxarılmalıdır.

Tarix: 14/05/15 Yaponiyada gözün qüzehli qişasını tanıyan smartfon istehsal olunacaq

Yaponiyanın “NTT DoCoMo” mobil rabitə operatoru "Fujitsu” korporasiyası ilə birlikdə gözün qüzehli qişasını tanıyan dünyanın ilk smartfonunu hazırlayacaq. Yeni texnologiyadan qurğu və mobil ödənişlərin blokdan çıxarılması üçün istifadəsi planlaşdırılır.

Tarix: 14/05/15 Hollandiyada unikal “günəş” avtomobili satışa çıxarılıb

Hollandiyada dörd il əvvəl Tvente Universitetinin mütəxəssislər komandası tərəfindən yaradılmış və günəş batareyası ilə işləyən elektrik avtomobili satışa çıxarılıb.

Tarix: 13/05/15 “Sony” 20,7 Mp kameraya malik “Xperia A4” smartfonunu təqdim edib

“Sony” şirkəti Yaponiya bazarında “Sony Xperia A4” (“SO-04G”) smartfonunu elan edib.

Tarix: 13/05/15 Smartfon və planşetlər üçün dünyada ilk 10 nüvəli prosessor təqdim edilib

Smartfon və planşetlər üçün ilk 10 nüvəli prosessor təqdim edilib. Bu prosessor avtomobilin ötürmə qutusu prinsipi üzrə hazırlanıb.
 

Tarix: 12/05/15 “Huawei” yeni planşetini nümayiş etdirib

“Huawei” şirkəti Parisdə ikinci nəsil “MediaPad M” planşet kompüterini təqdim edib. Model “Full HD” 0020 formatını dəstəkləyən 8 düymlük ekran, metal korpusa malikdir və dördüncü nəsil şəbəkəsini dəstəkləyir.

Tarix: 12/05/15 “Ağıllı” soyuducu təqdim edildi

“Canonical” şirkəti öz yeni innovativ ixtirasını – “Ubuntu” əməliyyat sistemi ilə işləyən “ChillHub” soyuducusunu təqdim edib. Qurğu San-Fransiskoda “əşyaların interneti”nə həsr edilmiş “IoT World” konfransında nümayiş etdirilib.

Tarix: 08/05/15 Günəş enerjisi ilə işləyən təyyarə 8 min kilometr məsafəni qət etməlidir

“The Verge” nəşri yazır ki, isveçrəli pilot günəş enerjisi ilə işləyən uçuş aparatının köməyilə Çin və Havay arasındakı təxminən səkkiz min kilometr məsafənin öhdəsindən gəlmək niyyətindədir.

Tarix: 08/05/15 Yeni aerobusun 1000-dən çox detalı “3D” printerin köməyi ilə çap edilib

“BBC” teleşirkətinin yaydığı məlumata əsasən, yeni “A350 XWB” aerobusunun 1000-dən çox detalı “3D” çap texnologiyasının köməyi ilə hazırlanıb.

Tarix: 07/05/15 “Microsoft” korporasiyası “Surface 3” planşetinin satışına başlayıb

“Microsoft” şirkəti cari il martın sonunda nümayiş etdirdiyi “Surface 3” planşetinin satışına başlayıb. ABŞ və doqquz başqa bazarda proqram nəhənginin yeni planşetini 499 dollara (2 QB əməli yaddaş, 64 QB daxili yaddaş)  və ya 599 dollara (2 QB əməli yaddaş, 128 QB fləş yaddaş) satın almaq olar.

Tarix: 07/05/15 Superkompüter həkim-onkoloqları əvəz edəcək

“IBM” şirkətinin nümayəndəsi məlumat verib ki, onun mühəndisləri tərəfindən hazırlanmış “Watson” superkompüteri 14 mərkəzdə quraşdırılacaq və onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edəcək.

Tarix: 07/05/15 Romada Azərbaycanın elektron hökumət quruculuğundan danışılıb

İtaliyanın paytaxtı Roma şəhərində elektron mühitdə identitet mövzusunda beynəlxalq konfrans (The 2015 Identity Conference) keçirilib.

Tarix: 07/05/15 “Sony” şirkəti “selfi” həvəskarlarını sevindirib

“Sony Mobile” şirkəti orta səviyyəli yeni “Xperia C4” smartfonunu nümayiş etdirib. Qurğu təkmilləşdirilmiş foto imkanlarına malikdir.
 








19 Mart 2024

18 03 2024