bölmədə 3428 material var

Tarix: 18/06/13 İkinci nəsil “Nexus 7” planşeti iyulda satışa çıxarılacaq

“DigiTimes” resursunun məlumatına əsasən, ikinci nəsil “Nexus 7” planşetinin satışa çıxarılması bu ilin iyuluna planlaşdırılıb. 16 QB-lıq daxili fləş-yaddaşla təchiz edilmiş qurğunun qiyməti 229 dollar təşkil edəcək.

Tarix: 18/06/13 Smartfonlar bədən hərarəti ilə enerji toplayacaq

“Vodafone” şirkəti mobil qurğuların enerji ilə doldurulması üçün “Power Pocket” adlanan qeyri-adi texnologiyanın prototipini təqdim etməyə hazırlaşır.

Tarix: 18/06/13 Çində dünyanın ən güclü superkompüteri yaradılıb

Çinin “Tyan'e-2” adlanan ən yeni superkompüteri 3,1 milyon hesablama nüvəsindən ibarətdir. Çin istehsalçıları son iki il ərzində dünyanın 500 ən güclü superkompüteri siyahısında artıq iki dəfə lider olmağa müvəffəq olublar.

Tarix: 14/06/13 66 klavişli yeni mini-klaviatura

“Rosewill” şirkətinin mütəxəssisləri yaxın vaxtlarda ictimaiyyətə “Rosewill Micro RK9000” adlı mini-klaviaturanın işlək prototipini nümayiş etdiriblər. İlk növbədə qeymerlər (gamer – kompüter oyunçusu) üçün nəzərdə tutulmuş klaviatura yığcam ölçüsü və cəmi 66 klavişə malik olmasıyla fərqlənir.

Tarix: 12/06/13 Gələcəkdə heyvanların danışığını başa düşmək olacaq

Amerikanın Şimali Arizona Universitetinin əməkdaşlarının hazırladığı unikal qurğu gələcəkdə heyvanların danışığını insan dilinə çevirəcək.

Tarix: 12/06/13 Yeni batareyaları 27 il istifadə etmək mümkün olacaq

Almaniyanın “ZSW” (Centre for Solar Energy and Hydrogen Research Baden-Württemberg) mərkəzinin tədqiqatçıları 27 il müddətində istifadə edilə biləcək yeni litium-ion batareyaları hazırladıqlarını elan ediblər.

Tarix: 12/06/13 Alimlər daimi fləş-yaddaş yaradıblar

Sinqapurda yerləşən Nanyan Texnologiya Universitetinin alim-fiziklərdən ibarət qrupunun hazırladığı ən yeni fləş-yaddaş nümunəsi yüz milyonlarla dəfə yenidən yazıla bilər və demək olar ki "əbədidir".

Tarix: 12/06/13 “3D” ayaqqabı

Dünyanın aparıcı idman brendləri olan “Nike” və “Adidas” ayaqqabı istehsalı prosesini sürətləndirmək üçün “3D” texnologiyasından istifadə etməyə başlayıb. Yeni ayaqqabı altlıqlarının prototipi üçölçülü printerlərin köməyilə yaradılır.

Tarix: 11/06/13 “Nokia” şirkətinin yeni smartfonu satışa çıxarılıb

Finlandiyanın “Nokia” şirkətinin “Microsoft” korporasiyasının “Windows Phone 8” əməliyyat sistemi ilə işləyən “Lumia 925” smartfonu satışa çıxarılıb. Sözügedən cihazı, hələ ki, Almaniyada satın almaq olar.

Tarix: 10/06/13 “Galaxy S4” kamerafonu təqdim edilib

“Samsung” şirkəti iyunun 20-də keçiriləcək “Premiere 2013” mətbuat konfransında “Galaxy S4” smartfonunun “Zoom” əlavəsi ilə daha bir növünü təqdim edəcək.

Tarix: 10/06/13 Azərbaycanda normal qiymətə yeni iki SİM kartlı smartfon təqdim olundu

“HTC” şirkəti iki SİM kartı dəstəkləyən yeni “HTC Desire 600” smartfonunu təqdim edib.

Tarix: 10/06/13 Bu da “ağıllı” çamadan

“Airbus” şirkəti “T-Mobile” mobil operatoru və “Rimowa” çamadan istehsalçısı ilə birgə “Bag2Go” "ağıllı çamadan" konseptini təqdim edib. Bu çamadan “iPhone” smartfonunda quraşdırılmış mobil tətbiqin köməkliyi ilə baqajın olduğu yerə nəzarət etməyə imkan verir.

Tarix: 10/06/13 2015-ci ilədək “AMOLED”-panellərin istehsal həcmi üç dəfə artacaq

2015-ci ilə “AMOLED” texnologiyalarının (üzvi işıq diodları üzərində aktiv matrisa) tətbiqi ilə yaradılmış panellərin buraxılış həcmi 11,47 milyon kvadratmetrə çatacaq və 2012-ci ilin göstəricisi ilə müqayisədə üç dəfədən çox artacaq, - “DailyComm” saytı “Digitimes Research” şirkətinin ekspertlərinə istinadən xəbər verir.

Tarix: 10/06/13 “Windows 8” əməliyyat sistemi ilə işləyən 46 düymlü planşet masalar bazara çıxarılacaq

“Ideum” və “Touch Systems” şirkətləri bazara qeyri-adi planşet çıxarıblar. 46 düymlük ekranla təchiz edilmiş qurğu masa formasındadır və “Windows 8” əməliyyat sistemi ilə işləyir.

Tarix: 08/06/13 "LG" şirkəti "Optimus F3" smartfonunu təqdim edib

"LG Electronics" şirkəti və "Sprint" operatoru "Android 4.1.2 Jelly Bean" əməliyyat sistemi ilə işləyən "Optimus F3" smartfonunu təqdim ediblər.








19 Mart 2024

18 03 2024