bölmədə 3428 material var

Tarix: 28/02/13 Yaşlı insanlar da “Android” platformasında işləyən telefondan istifadə edə biləcəklər

“Fujitsy” şirkətinin yaşlılar üçün təqdim etdiyi telefon “Stylistic S1” adlanır. O, 800x480 piksel təsvir ölçüsünə malik 4 düymlü ekran, 8 meqapikselli kamera, 4 QB daxili yaddaş və 1.4 QHs takt tezlikli birnüvəli prosessorla təchiz olunub.

Tarix: 28/02/13 Bu unikal “ağıllı” telefon dünyada ilk dəfə Azərbaycanda satışa çıxarılacaq (VİDEO)

27 fevralda İspaniyanın Barselona şəhərində “GSMA” təşkilatının sponsorluğu ilə keçirilən illik “Mobile World Congress” sərgisində Azərbaycanın “Mobitel” və İsrailin “Lifewatch” şirkətləri arasında müqavilə imzalanıb.

Tarix: 28/02/13 “Huawei” dünyanın ən sürətli “ağıllı” telefonunu təqdim edib

“Huawei” şirkətinin təqdim etdiyi “Ascend P2” “ağıllı” telefonu “LTE” şəbəkəsi üzrə verilənlərin 150 Mbit/s sürətlə ötürülməsi imkanını təklif edir. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Ascend P2” modeli 1,5 QHs takt tezlikli dördnüvəli prosessor, 1280x720 piksel təsvir ölçüsünə malik 4,7 düymlü ekran, həmçinin 13 meqapiksel təsvir ölçüsünə malik əsas və 1,3 meqapiksel təsvir ölçüsünə malik ön kamera və 2420 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib.

Tarix: 28/02/13 Yaşlılar üçün telefon istehsal edilib

Yaponiyanın “Kyocera” şirkəti “MWC 2013” sərgisində yaşlı auditoriya üçün nəzərdə tutulmuş mobil telefon təqdim edib. Yaponiya əhalisinin 20%-dən çoxunun 65 yaş həddini ötdüyünü nəzərə alsaq, burda təəccüblü heç nə yoxdur. “ICTnews.az” elektron xəbər xidməti “computerra.ru” saytına istinadən bildirir ki, “Mi-Look” adlanan qurğu özündə, demək olar ki, üç qurğunu birləşdirir.

Tarix: 28/02/13 Bu plyonka enerjinin boşalmasına imkan verməyəcək

Fransanın “Wysips” startapı 1.3 avro dəyərində şəffaf fotohəssas plyonka hazırlayıb. Proqnozlara görə, ekranına bu plyonkalar quraşdırılmış “ağıllı” telefonlar cari ilin sonunda satışa çıxarılacaq.

Tarix: 28/02/13 Elastik litium-ion batareyası yaradılıb (VİDEO)

Şimal-Qərb Universitetinin mühəndislərinin yaratdığı elastik litium-ion “qida” mənbəyi gərginlik və cərəyan gücünü itirmədən üç dəfə dartılmaq bacarığına malikdir. Qurğu şəffaf elastik polimerə implantasiya edilmiş çoxlu xanadan ibarətdir.

Tarix: 28/02/13 Dünyanın ən kiçik “ARM” çipi yaradılıb

“Freescale Semiconductor” şirkəti dünyanın ən kiçik “ARM” prosessorunu yaradıb. Çox kiçik qurğulara belə yerləşdirilə bilən çip "Əşyaların interneti" konsepsiyasının həyata keçməsini daha da əlçatan edir. “ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, kiçik ölçüsünə (1,9x2 millimetr) baxmayaraq, “Kinetis KL02” tam işlək mikrokontrollerdir.

Tarix: 27/02/13 Neft sənayesində nanotexnologiyalar əsasında qazma işləri uğurla davam etdirilir

Qazma sahəsində 2010-2015-ci illər ərzində icrası nəzərdə tutulan «Nanoneft» Proqramı uğurlu nəticələr verir. Dövlət Neft Şirkətindən verilən məlumata görə, «NanoMAY» sistemləri dünya qazma praktikasında ilk dəfə olaraq Azərbaycanda tətbiq edilib.

Tarix: 27/02/13 Dünyanın ən kiçik simsiz enerjidoldurma qurğusu təqdim edilib

Koreyanın “LG” şirkəti Barselonada (İspaniya) keçirilən “Mobile World Congress” sərgisində dünyanın ən kiçik simsiz enerjidoldurma qurğusunu təqdim edib. “WCP-300” adlanan qurğu “Qi” standartını dəstəkləyən aparatlarda işləyir. Adıçəkilən standartı, məsələn “LG Optimus G Pro”, “Vu II” və “LTE II”, həmçinin “Nexus 4” aparatları dəstəkləyir.

Tarix: 27/02/13 Şəffaf “ağıllı” telefonlar ilin sonunda satışa çıxarılacaq (VİDEO)

“Polytron Technologies” firması şəffaf “ağıllı” telefon hazırlayır. Bu cihazda "Dəyişdirilən şüşə" texnologiyasından istifadə olunur. Adıçəkilən texnologiya təsvir və mətni göstərmək üçün maye kristal molekullarından istifadə edir. Yeni “ağıllı” telefon tamamilə şəffaf olmayacaq: “SIM” kart və “SD” yaddaş kartı kimi detallar görünəcək.

Tarix: 26/02/13 Ev üçün media-mərkəz

Kompüter istehsalı üzrə ixtisaslaşmış “Velocity Micro” şirkəti “Windows 8 Pro” Əməliyyat Sistemində işləyən ev üçün “Raptor MultiPlex” media- mərkəzini təqdim edib.

Tarix: 26/02/13 Dünyanın ən böyük qlobusu

Qabaqcıl "DeLorme-un" kartoqrafiya şirkəti planetimizin üçölçülü fırlanan modelini yaradıb. “ICTnews.az” elektron xəbər xidməti “mirfactov.ru” saytına istinadən bildirir ki, “Ginnessin rekordlar kitabı”nın nümayəndələrinin fikrincə, diametri 12.6 metr olan bu quraşdırma hazırda dünyanın ən böyük qlobusudur.

Tarix: 26/02/13 “Nokia” şirkəti 15 avroluq telefon təqdim edib

“Nokia” şirkəti söz verdiyi kimi, büdcəyə uyğun telefonlar seqmentinə diqqət ayırmağa başlayıb. Belə ki, “Nokia 105” və “301” telefonlarını təqdim edib. Birinci aparat cari rübdə 15 avro qiymətinə satışa çıxarılacaq. Aparat çox sadədir, fənər, FM radio və batareya ilə təchiz edilib.

Tarix: 26/02/13 Dünyanın ən nazik planşeti təqdim edilib

“Sony” şirkəti Barselonada işinə başlamış “MWC 2013” sərgisində “Xperia Tablet Z” planşetini təqdim edib. Onun qalınlığı 6,9 millimetr və ekranının diaqonalı 10,1 düym təşkil edir. Bundan başqa, “Xperia Tablet Z” planşeti su keçirmir: 30 dəqiqə ərzində 1 metr dərinlikli suda qala bilər. Həmçinin istehsalçı iddia edir ki, o, dünyanın ən nazik planşetidir.

Tarix: 26/02/13 “Reuters”: “Samsung” şirkəti “Galaxy S IV” “ağıllı” telefonunu martın 14-də təqdim edəcək

“Samsung” şirkəti martın 14-də Nyu-York şəhərində “Android” mobil əməliyyat sistemi ilə işləyəcək yeni flaqman “ağıllı” telefonunu təqdim edəcək. Deyilənlərə görə, “Samsung Galaxy S IV” “Full HD” təsvir ölçüsünə malik 5 düymlü ekran, 8 və ya 13 meqapiksel təsvir ölçüsünə malik kamera, həmçinin səkkiznüvəli “Exynos 5 Octa” prosessoru ilə təchiz ediləcək.








19 Mart 2024

18 03 2024