bölmədə 3428 material var

Tarix: 20/02/13 ABŞ-da dənizdə batanları xilas etmək üçün robot hazırlanıb

ABŞ-da dənizdə batanları xilas etmək üçün robot hazırlanıb. “ICTnews.az” elektron xəbər xidməti “azertag.com” saytına istinadən bildirir ki, “Emili” adı verilən robot insanla müqayisədə 12 dəfə sürətlə üzür, dəniz sularında bir batareya ilə 120 kilometr hərəkət edə bilir.

Tarix: 19/02/13 “Ağıllı” telefon ən yaxşı fotonu özü seçəcək

“Apple” şirkəti mobil qurğu ilə çəkilmiş fotoların keyfiyyətinin artırılması texnologiyası üçün patent ərizəsini təqdim edib. Bu barədə “AppleInsider” saytı yazıb.

Tarix: 18/02/13 “Donmayan” kompüter yaradılıb

London Universitet Kollecinin mühəndislərinin yaratdıqları kompüter öz-özünü "sağalda" bilir. Belə ki, kompüterin əsasını təşkil edən “ağıllı” sistem səhv tapdıqda, onu özü sərbəst şəkildə proqramlaşdırır. Bir sözlə, bu cür kompüter üçün “göy ekran” heç bir qorxu yaratmır.

Tarix: 18/02/13 Ərazinin radioaktiv maddələrdən təmizlənməsi üçün robot yaradılıb

“Toshiba” şirkəti radioaktiv maddələrin təmizlənməsi üçün uzaq məsafədən idarə olunan yeni robotunu təqdim edib. Plana əsasən, qurğu Fukusimada yerləşən Atom Elektrik Stansiyasında istifadə ediləcək. “ICTnews.az” elektron xəbər xidməti “zhelezyaka.com” saytına istinadən bildirir ki, tırtıllı robotun divar və döşəməyə tulladığı karbon qazı qranulası buxarlanaraq radioaktiv maddələri özünə çəkir.

Tarix: 18/02/13 “Micron” şirkəti dünyanın ən kiçik ölçülü “NAND” yaddaş mikroçipini yaradıb

“Micron Technology” şirkəti “NAND” fləş-yaddaş mikroçiplərinin hazırlanması üzrə əldə etdiyi son nailiyyətləri nümayiş etdirib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 128 Qbit həcminə malik “NAND” çip yaradılıb. 20 nanometr texnologiya üzrə hazırlanmış məhsulun sahəsi 146 kvadrat millimetrə malikdir.

Tarix: 15/02/13 Planşet və “ağıllı” telefonlar enerji ilə 40 faiz daha sürətli doldurulacaq

“Ağıllı” telefon və planşetlər üçün mobil içlik istehsalçısı “Qualcomm” şirkəti “Quick Charge 1.0” mobil texnologiyası üzərində apardığı işi başa çatdırmaq üzrə olduğunu bildirib. Bu texnologiya sayəsində “ağıllı” telefon sahibləri öz qurğularını enerji ilə daha sürətli doldura biləcək.

Tarix: 15/02/13 Alimlər sərt disklərin həcminin artırılmasında ultrasəsdən istifadə ediblər

ABŞ-ın Oreqon Universitetinin tədqiqatçıları ultrasəs vasitəsilə sərt disk və sərtgövdəli daşıyıcıların həcmini artırmağa imkan verən texnologiya hazırlayıblar. Dəqiq istiqamətləndirilmiş şüa materialın vəziyyətini dəyişdirərək onu elastikləşdirir və bundan sonra böyük həcmli məlumat yazmaq mümkün olur.

Tarix: 15/02/13 Sensor ekranlar üçün “yoxa çıxan” klaviatura təqdim edilib (VİDEO)

Kaliforniyanın “Tactus Technology” şirkətinin təqdim etdiyi yeni texnologiya ekranın səthində qabarıqlar yaradır və onlar virtual klaviaturanı yaradır. Klaviatura istifadə edilmədikdə, həmin qabarıqlar sadəcə yoxa çıxır.

Tarix: 14/02/13 “Intel” bu il internet televiziyasını işə salacaq

ABŞ-ın “Intel” korporasiyası internet televiziyasını işə salmağa hazırlaşır. Şirkətin vitse-prezidenti Erik Hagers bildirib ki, layihə üzərində iş artıq bir ilə yaxındır davam edir və “Intel Media” adlandırılan bölmədə “Apple”, “Google” və “Netflix” şirkətlərinin keçmiş əməkdaşlarından ibarət mütəxəssislər qrupu çalışır.

Tarix: 14/02/13 Azərbaycanın milli klaviaturası hazırlanıb

Azərbaycanın milli klaviaturası hazırlanıb. AMEA-nın müxbir üzvü Asəf Hacıyev yeni klaviaturanın vizual görünüşcə hazırda istifadə etdiyimiz klaviaturalardan

Tarix: 13/02/13 Qızdırıcını xatırladan səssiz kompüter yaradılıb (VİDEO)

Güclü kompüterlər informasiyanı sürətli emal etməklə yanaşı həm də xeyli miqdarda istilik ayırır. Məşhur dizayner Cefri Stivenson bu xüsusiyyətdən yararlanıb. O, ventilyatorsuz işləyən və qızdırıcını xatırladan səssiz kompüter yaradıb.

Tarix: 13/02/13 10,5 min dollarlıq “ağıllı” telefon

“Vertu” şirkəti cari il yanvarın sonunda “Android” mobil əməliyyat sistemi ilə işləyən birinci “ağıllı” telefonunu təqdim etmişdi. O zaman cihazın qiyməti açıqlanmamışdı. Zərif və bahalı əşya həvəskarları “Vertu Ti” üçün təxminən 10,5 min dollarından keçməli olacaq.

Tarix: 12/02/13 “Nokia” 100 dollarlıq telefon təqdim edib

Finlandiyanın “Nokia” şirkəti “Asha 310” telefonunu təqdim edib. Aparat 400×240 piksel təsvir ölçülü 3 düymlü sensor ekranla təchiz edilib və “Dual SİM”-i dəstəkləyir.

Tarix: 12/02/13 75 dollarlıq kompüter

“Android 4.1.2 Jelly Bean” əməliyyat sistemi ilə işləyən “MK812” mikrokompüteri satışa çıxarılıb. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, fləş-kart ölçüsündə olan qurğu “Cortex A9” arxitekturası və 1,6 QHs takt tezlikli ikinüvəli prosessorla təchiz olunub.

Tarix: 12/02/13 “LG” şirkəti növbəti “ağıllı” telefonlarını təqdim edib

“LG” şirkəti “Optimus L” “ağıllı” telefonlar xəttini yeniləyib. Qurğular “MWC 2013” sərgisində təqdim ediləcək, lakin aparatların bəzi xüsusiyyətləri artıq məlumdur. Press-relizə əsasən, təqdim ediləcək cihazlarda nəfis dizayn və müasir texnologiyaların vəhdəti saxlanılacaq. “Ağıllı” telefonların üç modeli (“Optimus L7 II”, “L5 II” və “L3 II”) satışa çıxarılacaq.








19 Mart 2024

18 03 2024